Lazım və layiq olduğunuz yeri axtarın

2
62

Vaşinqtonun ucqar restoranlarının birində bir pianoçu var idi. Qaradərili bu pianoçu şirmayı dilləri o qədər ustalıqla dilləndirirdi ki, müştərilərin çoxu ancaq ona qulaq asmaq üçün restorana gəlirdi.

Bir gün müştərilərdən biri yerindən qalxdı, pianoçudan mahnı oxumağı tələb etdi. Pianoçu: “Mən heç vaxt mahnı oxumamışam, bacarmaram”, – deyib imtina etdi. Ancaq müştəri dediyindən dönmək istəmirdi. Restoran sahibini çağırıb: “Mən pianoya qulaq asmaq istəmirəm. İstəyirəm ki, bu pianoçu mahnı oxusun”, – dedi. Restoran sahibi bu cür varlı bir müştərini itirmək istəmirdi və ona görə də pianoçunun yanına gedib, onun qulağına: “Əgər işini itirmək istəmirsənsə oxumalısan!” – dedi. Pianoçu çarəsiz qalıb “təklifi” qəbul etdi və beləcə ilk dəfə tamaşaçılar qarşısında oxumağa başladı. Mahnı qurtarar-qurtarmaz müştərilərin gurultulu alqışı restoranı başına götürdü və beləcə, onlar Amerikanın gələcək məşhur müğənnisi Nat Kinq Koulun ilk ifasının şahidi oldular. Çox keçmədi ki, Nat Kinq Koul Amerika musiqiçiləri arasında böyük şöhrət qazandı və Amerika Televiziyasında şou-proqram aparan ilk qaradərili sənətçi oldu.

Koul heç vaxt tamaşaçı qarşısında mahnı oxumamışdı. Ancaq bir müştərinin təkidi ilə bu addımı atmalı oldu. Görəsən, o müştəri o istəyində təkid etməsəydi, Koul nə vaxtsa bu şöhrəti qazana biləcəkdimi?..

Bu misal əslində hamımıza aiddir. Biz içimizdə hansı qabiliyyətlərin, hansı imkanların olduğunu bilmirik. Ona görə də bəzən ömrünü ləl-cəvahirat dolu bir sandığın üstündə aclıq içində keçirən səfilə bənzəyirik.

Əgər uşağınızın hər hansı marağının qarşısını almaq üçün “sən bunu bacarmazsan” və ya “bu iş sənə görə deyil” kimi sözlərlə onu həvəsdən salırsınızsa, sizin bu hərəkətinizə heç cür bəraət qazandırmaq mümkün deyil. Valideyn uşağının hansı imkanlara sahib olduğunu üzə çıxarmaq üçün əlindən gələni əsirgəməməlidir. Bu məsələ, xüsusilə də, bizim xalqımızda daha çox özünü göstərir. Ən çox da analar uşaqlarını hər hansı zəhmətdən, əziyyətdən qorumaq üçün onların “ağır işə” girməsinə razı olmurlar. Kim bilir, bəlkə də sizə yad, ögey görünən o işlə sizin uşağınızın böyük bir qabiliyyəti üzə çıxacaq. Kosmosa uçanların hansı uşaq olanda düşünmüşdü ki, bir vaxtlar adları dillərə düşəcək? Bəzən insanın müxtəlif keyfiyyətləri real şəraitlə və ya ələ düşmüş hansısa imkanla üzə çıxır. Bizim borcumuz bu cür hallarda uşağımıza dəstək olmaq, onu təhlükəli vərdişlərdən və əyləncələrdən qorumaq, özünü yeni-yeni sahələrdə sınamağa təşviq etməkdir.

Qorxmayın, əmin olun ki, sizin də, elə uşağınızın da çox gözəl bacaracağı və çox şeylər qazanacağı sahələr var. Lazım və layiq olduğunuz yeri axtarın və bunun üçün uşaqlarınıza dəstək olun.

Hazırladı: Nicat

Zerdab.com

2 ŞƏRH

  1. Men shexsen lazim ve layiq olduqum yeri bilirem.AILEM.birde VETENIM. muharibeyede haziram komandan emr versin olume yox запросто oldurmeye gederem…

Comments are closed.