“Həsən bəy Zərdabi irsi: keşməkeşli həyat yolu”
Həsən bəy Zərdabinin babası Məlik Rəhim bəyin oğlu Səlim bəy Məlikovun nəsil şəcərəsi.
Zerdab.com saytına verdiyim açıqlamada qeyd etdiyim kimi, Azərbaycanın ilk ali təhsilli müəllimi, milli teatrımızın, milli mətbuatımızın banisi, müsəlman Şərqində xeyriyyəçilik hərəkatının yaradıcısı, millətin mənəvi atası, ensiklopedik biliyə malik, müsəlman dünyasının ilk təbiətşünas alimi, 1899-1903-cü illərdə yazdığı “Torpaq, su və hava” əsərindəki elmi fikirləri və təcrübi olaraq həyata keçirdiyi işləri ilə təbiətşünaslıq, torpaqşünaslıq, aqrokimya, yerquruluşu və bir sıra digər elmlərin əsasını qoyan, görkəmli ictimai-siyasi xadim Həsən bəy Məlikov Zərdabinin anadan olmasının 170 illiyinə həsr etdiyim “Həsən bəy Zərdabi irsi: keşməkeşli həyat yolu” adlı monoqrafiyada gərgin zəhmət tələb edən çoxillik tədqiqatlar, əldə etmiş olduğum bilgilər, arxiv sənədləri əsasında ilk dəfə olaraq tərəfimdən Həsən bəy Zərdabinin nəsil şəcərəsi tərtib olunmuşdur. Tərtib etdiyim şəcərədə əks olunan insanların başına gətirilən faciəli hadisələrin, onların keşməkeşli həyat yollarının tarixi şərhi verilmiş, eyni zamanda Zərdabinin, Zərdabi ocağından çıxanların, habelə bu nəsildən olan insanların o zaman xalqının tərəqqisi, rifahı naminə gördükləri elmi-təcrübi işləri, ideyaları, tövsiyələri, xeyriyyəçilik hərəkatı diqqətə çatdırılmış və bu işlərin müasir dövrdə böyük aktuallıq kəsb etməsindən, müstəqil Azərbaycan Respublikasında uğurla həyata keçirilməsindən söhbət açılmışdır.
Təəssüf ki, faciəli, məşəqqətli sürgün həyatı yaşamış, repressiyanın qurbanlarına çevrilmiş həmin insanların, həmçinin böyük Məlikovlar nəslinin onlarla nümayəndəsinin həyatından bu gün də xəbərsizik.
Eyni zamanda ayrı-ayrı yerlərə sürgün olunan və sürgün həyatını başa vurduqdan sonra müxtəlif regionlarda məskunlaşan, Məlikovlar nəslinin bir-biri ilə qohum olan nümayəndələrinin əksəriyyəti bu günün özündə də bir-birilərindən xəbərsizdirlər.
Mən, yerli sakin, Zərdabi yurdunun övladı olaraq həmin insanların bir çoxu ilə son 30 ildən bəri müddət ərzində çox görüşmüş, əlaqə saxlamışam. İndinin özündə də imkan yarandıqca görüşür, əlaqə saxlayıram, onların iş yerlərinə gedir və hətta bəzilərinin yaşadıqları ünvanda qonaq oluram, söhbətləşirəm.
O insanlardan bu gün həyatda olan, Həsən bəy Zərdabi nəslindən akademik Böyükkişi Ağayevin, İlyas bəy Ağayevin, Qüdrət və Aydın Məlikovların, Həsən bəyin əmisi Hidayət bəyin nəvəsi, tanınmış jurnalist, şair, dramaturq Səttar Zərdabinin, qardaşı Səfəralı bəyin oğlu Həmdulla bəyin qızı Sara xanımın, qardaşı Səfəralı bəyin qızı Bəyimxanımın nəvəsi Şura xanımın, Sahib bəyin, Bəyimxanımın qızı Əzizbikə xanımın nəvəsi Məfkurə xanımın, əmisi Qasım bəyin oğlu Rəhim bəy Məlikovun nəvələri Esmira xanımın, Zelfurə xanım Məlikovaların, Rəhim bəy Məlikovun, Həsən bəy Zərdabinin babası Məlik Rəhim bəyin qardaşı Cəfərqulu bəy Məlikovun oğlu Möhtəsim bəyin Qırğızıstanda yaşayan nəvəsi (Mövsüm bəyin oğlu) Ələddin bəyin və bir çoxlarının adlarını çəkə bilərəm. Açıq etiraf edim ki, mənim buna təşəbbüs göstərməyimdən başqa, Zərdabi nəslinin bu gün həyatda olan bir çox ziyalı nümayəndələrinin özləri də daima mənimlə görüşmək istəyində olur və təəssüratlarını bölüşürlər.
Mən, Həsən bəy Zərdabi nəslinin nümayəndələri, onların keşməkeşli həyat yolları barədə tarixi araşdırmalar aparsam da, hüquqi-arxiv sənədlərinə, mənbələrə istinad etsəm də bu nəslin, bəyliyin dünyagörmüş yaşlı insanları, alimləri, ziyalıları ilə görüşüb təəssüratlandıqdan sonra əldə etdiyim bilgiləri qələmə almalı oldum.
Hesab edirəm ki, həmin insanlarla görüşmək, Zərdabi ocağından çıxanların, ümumilikdə bu nəslin başına gətirilən və zaman-zaman yaddaşlara həkk olunan, ağrılı-acılı, iztirablı günləri birgə yaşamaq, onların millət yolunda qurban getmiş həyatını tarixin səhifələrinə yazmaq, bunları xalqımıza çatdırmaq hər bir Azərbaycan ziyalısının, qələm sahibinin mənəvi borcudur.
Bütün bunlarla yanaşı, belə bir qərara da gəldim ki, kitab çapa gedənədək Zerdab.com saytı vasitəsilə Zərdabi irsi ilə məşğul olan Zərdabisevərlərə, Zərdabişünaslara, Zərdabi nəslinin nümayəndələrinə bir daha müraciət edim. Əgər bu mövzu ilə bağlı bilgiləri və yaxud da hansısa iradları varsa bu sayt vasitəsi ilə bildirsinlər.
Odur ki, bu məqsədlə Zərdabi nəsli barədə əldə etdiyin bilgiləri şəcərə ardıcıllığı üzrə oxucuların diqqətinə çatdırmağı məqsədəmüvafiq hesab edirəm.
Mənbələrdə Məlik Rəhim bəyin yalnız Səlim bəy adlı oğlu olduğu bildirilsə də, apardığımız araşdırmalar deməyə əsas verir ki, Məlik Rəhim bəyin Səlim bəydən başqa Hidayət bəy, Əsəd bəy, Qasım bəy adlı oğulları, Tubu və Ayna xanım adlı qızı olmuşdur.
Tədqiqatlarımız, araşdırmalar, əldə etdiyimiz bilgilər əsasında onu da müəyyən etmişik ki, Məlik Rəhim bəyin Cəfərqulu bəy, Məmmədalı bəy, Qədir bəy adlı qardaşları da olmuşdur ki, onların hər biri Şirvanın ən varlı-dövlətli bəylərindən hesab edilmişdir.
Deyim ki, müəyyən zaman kəsiyində Zərdabi nəslindən olan insanlar güclü təzyiqlərə məruz qalmışlar. Xüsusilə keçən əsrin 20-30-cu illərindən başlanan sürgün həyatı bütövlükdə Məlikovlar nəslinə məhrumiyyətlər gətirmişdir. Sürgün həyatından qurtulmaq üçün onlar “bəy” sözündən qaçmış, adlarını, soyadlarını belə dəyişmək məcburiyyətində qalmışlar.
Misal üçün, M.Topçubaşov adına Elmi-Cərrahiyyə Mərkəzinin direktoru, Azərbaycan Tibb Universitetinin Cərrahiyyə kafedrasının müdiri, “Şöhrət” ordenli əməkdar elm xadimi, 77 il öncə Zərdabi yurdundan çıxan, Zərdabi nəslinin tanınmış nümayəndələrindən olan akademik Böyükkişi Ağayevin uluları Məlikovlar nəslindən olmuşlar. Hansı ki, ata babası Böyük bəy Məlikov, ana babası Novruzəli bəy Məlikov Həsən bəy Zərdabi ilə bir nəsildən, bir kökdəndirlər.
Söhbətimizin əvvəlində Həsən bəy Zərdabinin atası Səlim bəy və babası Məlik Rəhim bəy, atası Səlim bəyin əmisi Cəfərqulu, Məmmədalı və Qədir bəy Məlikov qardaşları haqqında qısa da olsa məlumat vermişdik. Bildirmişdik ki, Məlik Rəhim bəyin oğlu Səlim bəyin 3 oğlu, 1 qızı olmuşdur. Onlar haqqında əldə etdiyim məlumatları oxucuların diqqətinə çatdırıram.
I. Mehralı bəy Məlikov Səlim bəy oğlu
Azərbaycan, ərəb, fars dilləri ilə yanaşı rus dilini mükəmməl bilən Səlim bəyin böyük oğlu Mehralı bəy Məlikov Bakı şəhərində yaşamışdır. O, Bakıda Əmlak İdarəsində tərcüməçi işləmişdir. Bəzi mənbələrdə qısaca olaraq qeyd edilmişdir ki, Mehralı bəy ermənilər tərəfindən zəhərlənərək öldürülmüşdür. Lakin Mehralı bəy haqqında geniş məlumat yoxdur və bu barədə araşdırmalara ehtiyac vardır.
Qeyd edim ki, Həsən bəy Zərdabinin qardaşı Mehralı bəy Məlikov Əmlak İdarəsində işləyərkən bu orqanın icraçı strukturu tərəfindən yerlərdə icra olunan planalma işləri zamanı milli və tarixi yer adlarımızın, toponimlərimizin olduğu kimi xəritə və sənədlərdə öz əksini tapmasına çalışırdı. Mehralı bəyin buna xüsusi diqqət yetirməsinin səbəbi vardı. Çünki o zaman rusca tərtib olunan plan və layihələrdəki toponimlərimiz düzgün tərcümə edilməsəydi, onlar tarixdə, rəsmi sənədlərdə təhrif olunmuş şəkildə qalardı. Digər tərəfdən, Mehralı bəy yaxşı bilirdi ki, toponimlərimizin doğma dilimizdə düzgün yazılmasına Həsən bəy böyük əhəmiyyət verir.
Mehralı bəy Məlikovun Rəhim bəy adlı oğlu olmuşdur.
1.1. Rəhim bəy Məlikov Mehralı bəy oğlu
Rəhim bəy Mehralı bəy oğlu Məlikov 1886-cı il mayın 2-də Zərdab kəndində (indiki Zərdab şəhəri) doğulmuşdur. Görkəmli fizik, riyaziyyatçı, publisist, teatrşünas və professor Rəhim bəyin atası Mehralı bəy Həsən bəy Zərdabinin qardaşıdır. Mehralı bəy vəfat edəndə Rəhim bəyin 8 yaşı vardı və bu səbəbdən də əmisi H.Zərdabi ona himayədarlıq edərək gözəl tərbiyə və təhsil vermişdir.
Rəhim bəy gənc yaşlarında Bakıya getmiş, “Realnı məktəb”də təhsil almış, 1906-cı ildə təhsilini müvəffəqiyyətlə başa vurmuşdur. Bundan sonra o dövrün məşhur elm ocağı olan Kazan Universitetinə gedərək fizika-riyaziyyat fakültəsinə daxil olmuş, özünü yüksək istedadlı, nümunəvi tələbə kimi göstərmişdir. 1912-ci ildə Universiteti yüksək qiymətlərlə bitirən gənc Rəhim bəy bir müddət Qroznı, Maykop və Pyatiqorsk şəhərlərində ali kurslarda müəllim kimi çalışaraq fizika və riyaziyyatdan dərs demişdir.
1923-cü ildə R.Məlikov Azərbaycana, Bakı şəhərinə dəvət olunmuş və öz doğma xalqına xidmət göstərmək təklifini məmnuniyyətlə qəbul etmiş, elə o vaxtdan Azərbaycan Pedaqoji İnstitutuna (indiki APU) fizika müəllimi təyin olunmuşdur. Rəhim bəy Məlikov görkəmli alim olaraq Azərbaycan Dövlət Universitetinə (indiki ADU), Azərbaycan Neft və Kimya İnstitutuna (indiki Azərbaycan Dövlət Neft Akademiyasına), Sovet Ticarəti İnstitutuna, texnikum və digər təhsil ocaqlarına müəllim kimi dəvət olunmuş və dərs demişdir. 1930-cu ildən ömrünün sonuna qədər indiki APU-nun fizika kafedrasının ilk azərbaycanlı müdiri vəzifəsində şərəflə çalışmışdır.
Professor Rəhim bəy Məlikov ilk dəfə Azərbaycan dilində istilik fizikasına dair dərslik yazan (əlyazma şəklində) müəllif kimi də tarixə düşmüşdür. O, fizika və riyaziyyata dair terminlər lüğəti, çox dəyərli elmi proqram da tərtib etmişdir. Hələ gənc yaşlarında, 1917-ci ilin oktyabr çevrilişindən əvvəl R.Məlikovu Azərbaycan qadınının azadlığı problemi ciddi düşündürmüş, o bu mövzuda, həmçinin mədəni və ictimai məsələlərə dair məqalələr yazıb qəzet və jurnallarda dərc etdirmişdir. Eyni zamanda ədəbiyyatla və teatrla ciddi maraqlanmış, ədəbi tənqidlə də məşğul olmuşdur. R.Məlikov “Seqodnya” qəzetinin 12 iyun 1908-ci il tarixli sayında “Teatr oçerki” adlı resenziyasında (rus dilində) Hüseynqulu Sarabskinin “Cəhalət” pyesinin oynanılması səviyyəsini və Azərbaycan teatrının mövcud vəziyyətini geniş təhlil etmişdir. Acı reallığı, həyatın müxtəlif sahələrindəki mənfilikləri, xüsusən qadın hüquqsuzluğunu kəskin tənqid etdiyinə görə mətbuatda açıq hücuma, hətta təhqirlərə məruz qalmış, Nəriman Nərimanov onu mətbuatda açıq müdafiə etmiş, haqlı olduğunu yazmışdır. R.Məlikovun ən mühüm xidmətlərindən biri də realist Azərbaycan ədəbiyyatı nümunələrindən rus dilinə tərcümələr etməsidir. Ümumiyyətlə, bu görkəmli simanın Azərbaycanda elmin, xalq maarifinin və mədəniyyətinin inkişafındakı xidmətləri çox böyük dəyərə malikdir. Rəhim bəy Mehralı bəy oğlu Məlikov 1936-cı il fevralın 23-də Bakıda dərs dediyi auditoriyada vəfat etmişdir.
Çox maraqlıdır ki, Azərbaycanın belə bir tarixi şəxsiyyətinin qəbrinin yeri, yaşadığı ünvan bəlli deyil. Eyni zamanda Rəhim bəy Məlikovun həyat yoldaşı haqqında da məlumat yoxdur. Bilinən bircə budur ki, Şamil Qurbanovun Rəhim bəy Məlikovun xatirəsinə həsr etdiyi “Pamyati budet poçtena” (“Xatirəsi yaşayacaq”) kitabında onun oğlu olduğu qeyd edilmişdir. Lakin bu günədək onun haqqında məlumat əldə edilməmişdir.
Həsən bəy Zərdabinin qardaşı Səfəralı bəyin Zərdabda yaşayan nəvəsi Sara xanım Həmdulla bəy qızı bildirir ki, Rəhim bəy Məlikov əmisi Həsən bəy Zərdabinin kiçik qızı Qəribsoltan xanım Məlikovanın nişanlısı olub. Lakin onlara ailə həyatı qurmaq qismət olmayıb. Qəribsoltan xanım ömrünün sonuna kimi ailə həyatı qurmamış, subay qalmışdır.
O, Azərbaycan Respublikasının və SSRİ-nin gələcək Xalq artisti Rauf Soltan oğlu Hacıyevi oğulluğa götürmüş, himayəsi altında tərbiyə etmiş, təhsili ilə məşğul olaraq onu ərsəyə yetirmişdir. Onlar bir yerdə, ana-bala kimi Bakı şəhəri, S.Vurğun küçəsi, bina 85, 100 saylı mənzildə yaşamışlar. Onu da qeyd edim ki, Rauf Hacıyevin doğma anası Nanə xanım zərdablı olmuşdur. O, uşaq ikən yetim qalmış, Həsən bəy Zərdabinin xanımı Hənifə xanım Məlikova (Abayeva) 3 yaşlı Nanə xanımı və onunla bahəm 9 yetim uşağı övladlığa götürüb öz ailələrində böyütmüş, tərbiyə-təhsil vermiş, ev-eşik sahibi etmişdir. Bir faktı da bildirim ki, Qəribsoltan xanım bir vaxtlar Nanə xanımla Zərdaba dönmüş və hər ikisi Zərdabda dərs demişlər.
II. Səfəralı bəy Məlikov Səlim bəy oğlu
Səfəralı bəy Məlikov doğma yurdu olan Zərdab kəndində yaşayıb. O, qardaşı Həsən bəyin “Dolanbaba” adlı yurd yerində əkinçiliklə məşğul olmuşdur. Həsən bəy Zərdab kəndində yaşadığı zaman (1880-1896) qardaşı Səfəralı bəylə birlikdə bu ərazi ilə yanaşı bir çox yerlərdə təsərrüfatla məşğul olmuşdur. Səfəralı bəy kənd təsərrüfatı işlərinin icrasında qardaşı Həsən bəyin ən yaxın köməkçisi olmuşdur.
Qeyd etdiyimiz kimi, Həsən bəy Zərdabda yaşadığı müddətdə ciddi şəkildə kənd təsərrüfatı işləri ilə məşğul olurdu. O, Misirdən bitki növləri gətirir, müxtəlif növ bitkiləri bir-birinə calaq edib yeni növlər yetişdirirdi. Barama saxlayanlar (kümçülər) onun yanına məsləhətə gəlirdilər. Lakin ömrünün ən müdrik çağında, öz doğma yurdu Zərdabda yaşadığı müddətdə də bir dəstə qaragüruhçu ona imkan verməmişdir ki, Həsən bəy gözəl əməlləri ilə asudə məşğul olsun. Ona böhtanlar atılmış, qara yaxılmış, evinə basqınlar edilmiş, taxıl zəmisinə od vurulub yandırılmışdır.
“Kaspi” qəzetinin 1887-ci ildə çıxan 125-ci nömrəsində oxuyuruq: “… Gecə qolçomaqlar və başqa müftəxorlar Həsən bəyin Dalan-baba adlı (mənbələrdə həmin yerin adı səhv olaraq Dalan-baba kimi göstərilir. Hansı ki, bu yurd yerinin adı “Dolanbaba”dır-E.H.) yerdə biçilib pəncəyə vurulmuş, lakin hələ daşınmamış taxıl zəmisinə od vurmuşlar. Xoşbəxtlikdən Həsən bəyə dərin ehtiram bəsləyən qonşu Müskürlü və Pərvanlı kəndlərinin əhalisi yanğını söndürmüşlər”.
Həsən bəy bütün bu çətinliklərə baxmayaraq Zərdabda yaşadığı illər ərzində əkinçilik, bitkiçiliklə məşğul olmuş, torpaqdan səmərəli istifadə yollarını xalqına başa salmış, təcrübələr qoymuş, yeni meyvə sortları yetişdirmiş, müxtəlif kənd təsərrüfatı məhsulları istehsalı ilə məşğul olmuşdur. Bu illər (1880-1896) ərzində Zərdabi həmçinin əkinçilik, toxumçuluq, arıçılıq, maldarlıq, qoyunçuluq, balıqçılıq və digər sahələrdə əldə etdiyi nailiyyətləri mətbuat vasitəsi ilə avam kütlələrə çatdırır, onları qəflət yuxusundan oyadırdı. Azərbaycanda kənd təsərrüfatını kompleks inkişaf etdirməyə çağırırdı.
Həsən bəy Zərdabi “Kaspi” qəzetinin 1900-cü il tarixli, 37-ci nömrəsində çap etdirdiyi elmi tövsiyəsində yazır: ”Kənd təsərrüfatını xilas etmək üçün xüsusi elmləri geniş təbliğ etməli, məhsulları satın alan ittifaqlar yaratmalı, maşın, kənd təsərrüfatı avadanlıqları, toxum, mal-qara, gübrə almaq, torpağı icarəyə götürmək üçün birliklər təşkil etməli, yolların qaydaya salınması, bataqlıqların qurudulmasına, xam torpaqların suvarılmasına və digər bu cür məqsədlərə nail olmalıyıq”.
Apardığımız tədqiqatlar, hüquqi-arxiv sənədləri bizə deməyə əsas verir ki, keçmiş Göyçay qəzasının ərazisində Zərdabiyə məxsus torpaq sahələri olmuşdur. Zərdabi kənd təsərrüfatının ayrı-ayrı sahələri üzrə qazandığı nailiyyətləri bilavasitə özünə məxsus olan həmin torpaq sahələrindən səmərəli surətdə istifadə etməyin nəticəsində əldə etmişdir.
Səfəralı bəyin iki zövcəsi olmuşdur. Birinci arvadı Xanım, ikinci arvadı isə Bahar xanım olmuşdur. Onun Xanım nənədən Həmdulla bəy, İbad bəy adlı oğlu, Bəyimxanım və Cəmilə xanım adlı qızları, Bahar nənədən isə Saday bəy adlı oğlu olmuşdur.
2.1. Həmdulla bəy Məlikov Səfəralı bəy oğlu
Həmdulla bəy Zərdabın indiki Pərvanlı kəndindən Nişafərim adlı qızla ailə həyatı qurur. Onların iki oğul, iki qız övladı dünyaya gəlir. Bu zəhmətkeş ailə bir müddət doğma vətən torpağında xoşbəxt həyat sürür.
Həmdulla bəy Zərdabda atası Səfəralı bəyin, əmisi Həsən bəy Zərdabinin bir vaxtlar yuxarıda sözügedən “Dolanbaba” adlı yurd yerində onların ənənəsini davam etdirir, əkinçiliklə, heyvandarlıqla məşğul olur.
Çox keçmir ki, dövrün, zamanın hökmü bu bəy ailəsinin də üstünü alır, qanlı-qadalı günlər başlayir, Həmdulla bəy keşməkeşli həyat tərzi keçirir.
O, anası Xanım, həyat yoldaşı Nişafərim xanım və dörd övladı böyük qızı Rusxarə xanım, oğlanları Əli, Sabir və kiçik qızı Bahar xanımla birlikdə yaşadıqları doğma Zərdab kəndindən didərgin salınır, ailəliklə Sibirə sürgün olunurlar. İsti iqlim şəraitinə uyğunlaşan, aranda yaşayan, bu dərdə tab gətirməyən Səfəralı bəyin zövcəsi (Həmdulla bəyin anası) Xanım nənə və Həmdulla bəyin dörd övladının hər biri şaxtadan donaraq dünyasını dəyişir. Övladlarının faciəli şəkildə, bir-birinin ardınca nakam ölümünə dözə bilməyən Nişafərim xanım da dünyasını dəyişir.
Onlardan Həmdulla bəyin 4-cü və 5-ci sinif şagirdi olmuş Bahar adlı qızı və Sabir adlı oğlu qarlı, boranlı, şaxtalı bir gecənin içində donaraq eyni gündə dünyasını dəyişir, bacı və qardaş bir yerdə Sibirdə torpağa tapşırılır. Onların dalınca yetkinlik yaşına çatmış böyük oğlu Əli və böyük qızı Rusxara xanım da belə bir faciənin qurbanı olurlar.
Rusxara xanım valideynləri ilə Sibirə sürgün olunan zaman Zərdabın indiki Məmmədqasımlı kəndindən Hacı Cavad oğlu Hüseynə nişanlı olmuşdur. Zərdabdan Sibirə, nişanlı olan Rusxara xanıma bayramlar qabağı bayramlıq xonça göndərilərmiş. Növbəti dəfə ona bazarlıq bağlama göndərilən gün Rusxara xanım artıq dünyasını dəyişən günə təsadüf edir, bayramlıq sovqatın, xonçanın üstünə qoyulmuş gəlinlik libası onun cənazəsi üstünə gətirilir və xonçaya qara bağlanılır, sonra həmin “pasılka” doğma Zərdab torpağına, bəy evinə geri qaytarılır.
Bunun əks-sədası bir müddət Zərdabda yaşayan insanların dərin hüznünə, kədərinə səbəb olur. Bu hadisə indinin özündə də nəinki Məlikovlar ailəsinə doğma olan, eləcə də bu tarixi hadisəni yaşamış digər hər bir yaşlı zərdablının yaddaşında unudulmaz bir tarixə çevrilmişdir.
Anasını, həyat yoldaşını, dörd balasını Sibirdə torpağa tapşıran bədbəxt ata Həmdulla bəy tək-tənha qalır, dərd-sər içərisində sürgün həyatını yaşayır.
Hələ bu dərd azmış kimi, Həmdulla bəyin Sibirdə davam etdirdiyi sürgün həyatı Daşkəndlə əvəz olunur. Sibir torpağında anasının, dörd övladının və həyat yoldaşının məzarını qoyub digər bir qürbət olkəyə sürgün olunmaq onun üçün ən böyük cəza idi.
Həmdulla bəy taleyin qismətini, sürgün həyatını Daşkənddə keçirməli olur. Həmdulla bəy orada indiki Ağdaş rayonunun Şordəhnə kəndindən olan, sürgün həyatı yaşayan Alıcan bəylə tanış olur. Onun həyat yoldaşı Məleykə xanım da əri ilə birlikdə sürgündə olur. Eyni zamanda Məleykə xanımın qayınları, yəni Alıcan bəyin Osman, Niftalı adlı qardaşları da Daşkənddə sürgündə olurlar. Alıcan bəy qəflətən dünyasını dəyişir. Alıcan bəyin dul qalan arvadı qayınları ilə birlikdə çox imkansız bir şəraitdə sürgün həyatı yaşamalı olur.
Bu zaman Həsən bəy Zərdabinin əmisi oğlu Rəhim bəy Məlikovun (arvadı Minə xanım olmuşdur) Daşkənddə sürgündə olan qızı Lütviyə xanım Məleykə xanıma deyir ki, gəl səni Həmdulla bəyə alaq. O, səni də, qayınlarını da saxlayar. Məleykə xanım bu işə bu deyilən şərtlə razı olduğunu bildirir.
Beləliklə, Həmdulla bəy Daşkənddə Məleykə xanımla ailə həyatı qurur və onun hər iki qaynını da himayəsinə götürür.
Bu yerdə onu da diqqətə çatdırmaq istəyirəm ki, Həmdulla bəyə təskinlik verməyə, onu ovutmağa çalışan Lütviyə xanımın özü şəcərədən də məlum olduğu kimi, Həmdulla bəylə əminəvəsi olmuşdur.
Digər tərəfdən Həmdulla bəyin halına acıyan qardaşı İbad bəy üç yaşlı böyük qızı Marusanı Zərdabdan Daşkəndə aparır və onu qardaşına övladlığa verir.
Həmdulla bəy Daşkənddə sürgündə olan zaman onun Məleykə xanımdan Məhəmmədəli adlı oğlu, Sara və Sura adlı qızı olur. Vaxt, zaman ötür, Həmdulla bəy sürgün həyatını başa vurur. O, həyat yoldaşının qardaşı, Ağdaşın Şordəhnə kəndində yaşayan Xancan bəydən məktub alır ki, uşaqları da götürüb vətənə dönsün.
Həmdulla bəy geri dönmür, lakin həyat yoldaşı Məleykə xanımla qızı Sara və Sura xanımı Ağdaşa gəzməyə göndərir. Məleykə xanımın qardaşı onun və qızları Sara və Sura xanımın qayıtmasına imkan vermir. Naəlac qalan Həmdulla bəy 1947-ci ildə yaşadığı mənzili satır, topladığı var-dövləti, övladlığa götürdüyü qardaşı qızı Marusa xanımı, oğlu Məhəmmədəli bəyi də götürərək həyat yoldaşının və qızlarının dalınca Ağdaşa gəlir.
Bu zaman Həmdulla bəyin Zərdabda olan yurdu dağılmış, ondan heç bir əsər-əlamət qalmamışdı. Xancan bəy ona məxsus olan mülkün birində yaşamağı, ona sahib olmağı, Ağdaşda qalmağı təklif etsə də o bu təkliflə razılaşmır, ailəsini də götürüb doğma yurdu Zərdaba gəlir. O, əldə etmiş olduğu məvacib hesabına yurd yerində kiçik bir ev tikmək istəyir. Həmdulla bəyin bunda da bəxti gətirmir, pul 1947-ci ildə dəyişir, dəyərini itirir. Bu zaman Həmdulla bəyə xalası oğlu İsgəndər bəy yardımçı olur, ona yer verir və Həmdulla bəy orada ev tikib ailəsini başına yığır.
Zərdabda yaşadığı zamandada onun ailəsinə bədbəxtlik üz verir, 13 yaşının içində olan qızı Sura xanım uşaqlarla ocaq başında dövrə vurub oynayarkən donunun ətəyindən onu od alır, köməksiiz qalan qızcıqazı xilas etmək mümkün olmur, oddan aldığı xəsarətdən dünyasını dəyişir. Onun dalısınca Həmdulla bəyin ailəsində növbəti bədbəxtçilik baş verir. Zədabda dünyaya göz açan 5 yaşlı oğlu Sabir vəfat edir. Bax, budur Məlikovlar nəslinin xeyirxah, cəfakeş nümayəndələrindən biri olan, başı bəlalar çəkən bədbəxt ata Həmdulla bəyin alın yazısı, faciə dolu ömür yolu.
2.2 Məhəmmədəli bəy Məlikov Həmdulla bəy oğlu
Həmdulla bəyin sürgündə doğulan oğlu Məhəmmədəli bəy Zərdabda Şərqiyyə adlı xanımla ailə həyatı qurur. Onların iki oğul, iki qız övladı dünyaya gəlir. Məhəmmədəli bəyin həyat yoldaşı Şərqiyyə xanım Əli adlı (arvadı Lalə xanım) oğlu ilə hazırda Zərdabda yaşayır. Bahar adlı qızı vəfat etmişdir.
Bu o, Bahar xanımdır ki, Sibirdə şaxtadan donub dünyasını dəyişən balaca bibisi Baharın adını ona vermişlər. Lakin bu adı yaşatmaq ona da qismət olmamış, bu qızcığaz da dünyasını nakam dəyişmişdir.
Məhəmmədəli bəyin Anar adlı oğlu və Hənifə xanım adlı qızı isə ailəsi ilə birlikdə Qazaxıstanın Aktau şəhərində yaşayırlar. Onu da qeyd edim ki, Məhəmmədəli bəy atası Həmdulla bəyin əmisi Həsən bəy Zərdabinin vəfalı həyat yoldaşı olmuş Hənifə xanımın şərəfinə ilk qız övladının adını Hənifə qoymuşdur.
2.3. Sara xanım Məlikova Həmdulla bəy qızı
Həmdulla bəyin Orta Asiyada sürgündə doğulan qızı Sara xanım Zərdaba gəlib burada yaşamalı olur. O, doğma ata-baba yurdunda Heyyət İsayevlə ailə həyatı qurur.
Onların Sərxan, Çərkəz, Elşad, Azər, Aqşin adlı oğlu, Gülafər adlı qızı dünyaya gəlir.
Ev-eşik, oğul-uşaq sahibi olmasına baxmayaraq bu günün özündə də Sara xanım keçən niskinli günləri, valideynlərinin, nəslinin başına gətirilən ağrılı-acılı hadisələri, keşməkeşli günləri, yaddaşına həkk olunmuş tarixi hadisələri unuda bilmir və deyir ki, bu, gor evinə kimi mənimlədir.
Sara xanımın əri Heyyət tanınmış oftalmoloq alim, professor Çingiz Cərullazadənin atası, məşhur həkim Cərulla Cərullazadənin dayısı oğludur, yəni dayıoğlu, bibioğludurlar.
2.4 İbad bəy Məlikov Səfəralı bəy oğlu
Səfəralı bəyin İbad bəy adlı ikinci bir oğlu olmuşdur. O, İntizar adlı xanımla ailə həyatı qurmuş və onların Marusa, Xanım, Rəhilə və Zeynəb adlı dörd qız övladı dünyaya gəlmişdir.
Yuxarıda deyildiyi kimi, Səfəralı bəyin oğlu Həmdulla bəyin uşaqları Sibirdə sürgündə şaxtadan donub ölən zaman qardaşı İbad bəy üç yaşlı qızı Marusa xanımı Daşkəndə aparır və onu qardaşının himayəsinə verir.
Həmdulla bəy ailəsi ilə doğma yurdu Zərdaba dönərkən Marusa xanım Zərdabda əmisi uşaqları ilə qardaş, bacı kimi bir yerdə yaşayır və bir müddətdən sonra, yetkinlik yaşına çatan Marusa xanım burada Əmiraslan adlı oğlanla ailə həyatı qurur. Onların Şəfiqə, Yeganə, Rəhilə, Kifayət adlı dörd qız övladı dünyaya gəlir.
İbad bəyin həyat yoldaşı İntizar xanım vəfat edir, özü isə sürgün həyatı yaşayır. Bu zaman onun kimsəsiz qalan Xanım adlı qızını uşaq evinə verirlər.
Bir müddətdən sonra sürgündən qayıdan ata qızı Xanımı axtarmalı olur. Bu işdə ona Göyçayda yaşayan bacısı Bəyimxanımın oğlu Soltanmecid bəy yardımçı olur. Xanımın Gəncə uşaq evinə verildiyi məlum olur. Atası İbad bəy doğma balası Xanımı oradan çıxarıb öz yanına gətirir. Onu da diqqətə çatdırım ki, İbad bəy bu sevimli qızına anası Xanım nənənin adını vermişdir.
İllər keçir, Xanım yetkinlik yaşına çatır və Ağa adlı oğlanla ailə həyatı qurur. Xanım nənə hazırda Mingəçevirdə yaşayır. Onun Rəna adlı bir qızı vardır. Rəna xanım Zərdab rayonunun Bıçaqçı kəndindən Səfəralı adlı oğlanla ailə qurmuşdur. Onların Təranə adlı bir qız övladı dünyaya gəlmişdir.
İbad bəyin üçüncü qızı Rəhilə xanım əslən Şəkidən olan, Zərdabda yaşayan Mirmöhsüm ağa ilə ailə həyatı qurmuşdur. Onların Kamil, Samir və Cavid adlı üç oğlu dünyaya gəlmişdir.
Zeynəb xanım adlı dördüncü övladı isə Ağcabədidən olan Abduləli adlı oğlanla ailə həyatı qurmuş və onlar həmin kənddə yaşamışlar. Bu zəhmətkeş ailədə onların doqquz övladı dünyaya gəlmişdir. Onlardan Telman, Elman, Adilə, Safura və Dilbər hazırda Ağcabədidə yaşayırlar.
2.5. Bəyimxanım Məlikova Səfəralı bəy qızı
Səfəralı bəyin Bəyimxanım (Tubu) adlı qızı olmuşdur. Sənəddə adı Bəyimxanım yazılmasına baxmayaraq, Bəyimxanım atası Səfəralı bəyin bibisi Tubu xanıma oxşadığından qohum-əqrəba arasında ona həmişə Tubu xanım deyərək müraciət olunmuşdur. Bəyimxanım (Tubu) Şirvan bəyləri arasında böyük nüfuz və hörmət sahibi olmuş Baxış bəylə ailə həyatı qurmuşdur. Bu ailə Göyçay rayonunun Alpoud kəndində yaşamışdır. Onların Soltanhəmid, Soltanmecid, Soltanmurad adlı oğlu, Əzizbikə adlı qızı olmuşdur.
Baxış bəyə qarşı böyük haqsızlıqlar olmuş, mülkinə od vurulub yandırılmış, həbs olunmuşdur. Başsız qalan Bəyimxanım uşaqları ilə Zərdaba, qardaşı Həmdulla bəyin yanına gedir və onun ailəsi ilə bir yerdə yaşamalı olur. Bir müddətdən sonra həbsdən qayıdan Baxış bəy ailəsini götürüb Göyçaya dönür və Göyçayın Ərəbcəbirli kəndində yaşamalı olur.
Ailənin böyük oğlu Soltanhəmid bəy Göyçayın Alpoud kəndində yaşamış və burada Siyarə adlı xanımla (1885-1984) ailə qurmuşdur (Siyarə xanm Qarabağdan olan Zülfü Adıgözəlovla dost-doğma əmioğlu, əmiqızı olmuşdur). Onların Niyaz (1916-1942) adında oğlu və Böyükxanım (1918-1988) adlı qız övladları dünyaya gəlir. Soltanhəmid bəy cavan yaşında dünyasını dəyişir. Onun dul qalan övrəti Siyarə xanım körpə balası Niyaz və Böyükxanımla uzun illər ər evində tənha həyat sürür.
Soltanhəmid bəy dünyasını dəyişərkən onun kiçik qardaşı Soltanmecid bəyin hardasa 5-6 yaşı olub. Soltanmecid bəy (1912-1996) yetkinlik yaşına çatdıqdan sonra, özündən 27 yaş böyük olan qardaşı Soltanhəmid bəyin dul qalan övrəti ilə ailə həyatı qurmalı olur. Onların Turə (1931-2008), Şura (1935) adlı qızları, Sahib (1938) adlı oğulları olur.
Bəyimxanımın Soltanmurad adlı oğlu isə o zaman baş verən yoluxucu xəstəliyin fəsadından erkən yaşda dünyasını dəyişmişdir.
Soltanhəmid bəyin oğlu Niyaz bəy 1939-cu ildə Ukraynanın Jitomir şəhərinə hərbi xidmətə yollanır. Hərbi xidmətini başa vurmağına 6 ay qalmış Niyaz bəy valideynlərinə məktub yazır və onun oradan Böyük Vətən Müharibəsinə göndərildiyini bildirir. O, 1942-ci ildə müharibədə itkin düşür.
Bəyimxanımın yeganə qız övladı olan Əzizbikə xanım (1902-1987) əmisi Səlim bəyin oğlu Rəsul bəylə ailə həyatı qurur. Bu bəy ailəsi indiki Ağsu rayonunun Ərəbmehdibəy kəndində yaşamalarına baxmayaraq, onların Şirvan ərazisinə daxil olan bir çox yerlərdə mülk yerləri, geniş torpaq sahələri olmuşdur.
Əzizbikə xanımın Müşki, Gülurus adlı qızları, Nisan adlı oğlu olmuşdur. Onu da diqqətə çatdırım ki, Nisan onun ikinci əri, şamaxılı Səfərəliyev Hüseyn adlı müəllimlə nigahdan olmuşdur.
Qeyd edək ki, bu bəy nəslinin də başının üstünü alan təhlükə Səlim bəydən, onun oğlanları Rəsul və Ağa bəydən də yan keçmir. Səlim bəy və hər iki oğlu bir gecənin içərisində güllələnir. Onların Ağsunun indiki Ərəbmehdibəy kəndində və digər yerlərdə olan mülk yerləri, torpaqları əllərindən alınır. Bu bəy nəsli canını qurtarmaq üçün ayrı-ayrı yerlərə üz tutmalı olur. Onu da deyim ki, Səlim bəyin iki qızı olmuşdur. Böyükxanım adlı qızı Şamaxının Qaleybuğurd kəndində yaşayıb. O, Bilal Əfəndinin gəlini olmuşdur. Balabikə adlı qızı isə Kürdəmirin Qacılı kəndində yaşamışdır.
Bu zaman həyat yoldaşı Rəsul bəyi itirən Əzizbikə xanım Həsən bəy Zərdabinin qardaşı Səfəralı bəyin oğlu Həmdulla bəy (Əzizbikə xanımın dayısı) Zərdabda yaşayarkən (sürgün həyatından qabaq) bir müddət onun himayəsində olur. Həmdulla bəy bacısı qızı Əzizbikə xanımı tanıdığı, əslinə, nəcabətinə bələd olduğu, o zaman Şirvanın bir çox yerlərində müəllim işləyən, pedaqoji fəaliyyətlə məşğul olan dövrün savadlı, ziyalı nümayəndələrindən biri, əslən şamaxılı Hüseyn müəllimə ərə verir.
Əzizbikə xanımın 1927-ci il təvəllüdlü oğlu Nisan Səfərəliyev respublikada tanınmış geoloqlardan biri olmuşdur. O, 1998-ci ildə Bakı şəhərində haqq dərgahına qovuşmuşdur.
Onun Müşki adlı qızı cavan yaşda, hardasa 24-25 yaşında dünyasını dəyişmişdir.
Gülurus adlı qızı (1931-2008) Ağsu rayonunun Növcü kəndindən Soltanmurad adlı oğlanla ailə həyatı qurmuşdır. Onların 4 oğul və 4 qız övladı dünyaya gəlmişdir.
Hazırda bu ailənin böyük övladı Rəhilə xanım Ağsu rayonunun Növcü kəndində, Aslan Ağsu şəhərində, Raya xanım Bakı şəhərində yaşayırlar. Rəsul və ailənin kiçik oğlu Bəhlul Bakı şəhərində yaşamış və orada dünyalarını dəyişmişlər. Ailənin ortancıl oğlu Şamil hazırda Ağsu rayonunun Növcü kəndində atası Soltanmurad kişinin yurdunda, ailəsi ilə birlikdə yaşayır. Meyrənsə adlı qızı ailəsi ilə Kürdəmir şəhərində, ailənin kiçik övladı Məfkurə xanım isə hazırda yeganə oğlu İsmayılov Cavanşirin ailəsi ilə bir yerdə, Bakı şəhərində yaşayırlar.
2.6. Cəmilə xanım Səfəralı bəy qızı
Səfəralı bəyin qızı Cəmilə xanım Zərdabın Allahqulubağı kəndində Xanlar bəylə ailə həyatı qurmuşdur. Onların Güllü adlı bir qız övladları olmuşdur.
Güllü xanım Cəmil adlı oğlanla ailə həyatı qurmuş və onların Tovuz, Yaquz adlı oğlanları və Firəngiz adlı qızları dünyaya göz açmışdır.
2.7. Saday bəy Səfəralı bəy oğlu
Səfəralı bəyin Xanım nənədən olan övladları Həmdulla bəyin, İbad bəyin, Cəmilə xanımın və Bəyimxanımın bir ögey qardaşı olub. Səfəralı bəyin ikinci arvadı Bahar xanımdan olan oğlu Saday bəy Zərdabda yaşamış və orada Mahur adlı xanımla ailə qurmuşdur. Onların Abbas adlı oğlu, Bədirnisə adlı qızları dünyaya gəlmişdir. Onların hər biri Zərdabda yaşamışdır.
(Mövzunun ardı davam etdiriləcəkdir)
Qeyd: “Həsən bəy Zərdabi irsi: keşməkeşli həyat yolu” adlı monoqrafiyada müəllif tərəfindən ilk dəfə işıqlandırılan tədqiqat materiallarından (o cümlədən şəcərə haqqında məlumatlardan və fotomateriallardan) yalnız müəllifin razılığı əsasında istifadə oluna bilər.
Men bu yazini diggetle oxudum.Xoshuma geldi.Amma kiçik sehvler var.Onlari demek isdiyirem.Seferali bey H.Zerdabinin gardashi yox,emisi olub.Seferali beyin bir arvadi olub,Xanim nene.Bahar xanim onlarin gizi olub.Babam vaxtsiz itirdiyi bacisini cox sevdiyi ucun nevesinin de adini Bahar goyub.Babamin evvelki familiyasi Melikov olsa da sonralar deyishib.Selimov Hemdulla Seferali oglu.Selim bey H. Zerdabinin atasidi.Bizim aileden olanlarin hamisi bu familiyani dashiyir.Bashga iradim yoxdu.Size bu sherefli ishinizde boyuk ugurlaram.
Men burada Rehim bey,Nusret bey Melikovlarin adini oxumadim.
Shecerenin bir hissesini bele genish verib diger hissesini ise vermemek ne derecede etikdir? Bu shecereni bu shekilde (qiriq)vermek bu qedermi vacib idi?
Gozel meqaledi lakin secere aid sekili jpg formatda tesuf ki goturmek olmur bir de eger cedvelde sexsiyyetlerle yanasi iller de yazilsaydi daha yaxsi olardi yeni tarixi xronoloji baximindan bunun cox boyuk onemi var
Hənifə xanım salam!
Səfəralı bəyin H.Zərdabinin qardaşı yox, əmisi olduğunu qeyd edirsiniz.
– Bildirirəm ki, Səfəralı bəy Zərdabinin əmisi deyil, qardaşıdır. Bilirsiniz ki, atanız mərhum Məhəmmədəli bəy Məlikov, bibiniz Sara xanım Zərdabinin qardaşı (Səfəralı bəyin) nəvələridir. Bu faktın reallığını bibiniz Sara xanımla dəqiqləşdirə bilərsiniz.
Səfəralı bəyin Xanım adlı bir arvadı olduğunu, Bahar xanımın isə onların qızı olduğunu bildirirsiniz.
– Diqqətinizə çatdırıram ki, Səfəralı bəyin 2 zöcəsi olmuşdur. 1-ci zövcəsi Xanım nənə olmuşdur ki, onların nigahından Həmdulla bəy (babanız), İbad bəy adlı oğulları, Bəyimxanım və Cəmilə xanım adlı qızları olmuşdur. 2-ci zövcəsi Bahar nənədən isə Saday bəy adlı oğlu olmuşdur. Bunlar şəcərədə öz əksini tapmışdır. Faktın reallığını bibiniz Sara xanımla da dəqiqləşdirə bilərsiniz.
– Nəslinizin Məlikovlar soyuna məxsus olduğu və sonradan Səlimov adlandırıldığı məlumdur. Bunun obyektiv və subyektiv səbəbləri barədə monoqrafiyada geniş açıqlama verilmişdir.
Babanızın vaxtsız itirdiyi bacısını çox sevdiyi üçün nəvəsinin adını Bahar qoyduğunu bildirirsiniz.
– Hənifə xanım! Həndulla bəyin birinci arvadı Nişafərim anadan olan, Sibirdə şaxtadan donaraq dünyasını dəyişən kiçik qızı Bahar xanımın şərəfinə nəvəsinə həmin Bahar xanımın adını qoyması söylənilir. Nəzərə alaq ki, bu barədə də əldə olunan bilgilər əsasında monoqrafiyada şərhlər verilmişdir.
cox gozel
Eldeniz bey salam.Men Bibinnnen de sorushdum.O deyir her sey menim dediyim kimidi.Yeni Seferali bei H.Zerdabinin emisidi.Yeni Selim beyin gardashidi.Seferali beyin bir arvadi olub olub.Bahar xanim babamin bacisi yox, gizi olub. Sizin dediyiniz Saday bey ise babamin gohumu olub.Onun gizi Bedirnise xanima biz bibi deyirdik.Serxan Isayevin arvadinin adi Henife xanim yox, Eminedi. Bizim ailede hami Selimov familiyasini dashiyir ve bununla fexr edirik.
Hənifə xanım salam! Mən, şəxsən bir daha Sara xanımla danışdım. O, mənə bildirdi ki, mən Sara xanım Həsən bəy Zərdabinin qardaşı Səfəralı bəyin nəvəsiyəm. Səfəralı bəy Zərdabinin əmisi deyil, qardaşıdır.
Bu faktın reallığını bibiniz Sara xanımla bir daha dəqiqləşdirməyinizi xahiş edirəm.
Salam Eldeniz bey.Men sizinle mubahise etmiyecem.Amma onu da deyim ki men emin olmasaydum bunu yazmazdim.Bibim neyi ise sehv xatirliya biler.Menim yaddash problemim yoxdu.Yene de men tekce bibimnen yox,bizim ailenin butun yashli uzvlerinden sorushdum.Eyni cavabi aldim.Bu mene besdi.Belke sizin ucun fergi yoxdu.Men hamini oz adi ile cagrilmasini isdiyirem.Men oz kokume o geder bagliyam ki,ailemizi menim geder kiminse tanimagina inanmiram.(Men ushag olanda babam bizim nesil sheceremizi mene yazdirmishdi, hem de ezberletmishdi.Ushag yaddashi mohkem olur deyirler.Men her sheyi bu gunki kimi xatirliyiram)Size ugurlar…….
Hörmətli dayım qızı Hənifə xanım,salam.Həmyerlimiz Zərdabişunas Eldəniz Həsənovun H.B.Zərdabi irsi “keçməkeşli həyat yolu “monoqrafiyasında bizim nəslimizlə bağlı qələmə aldığı real faktlar,nəsil şəcərəmizlə bağlı tərtib etdiyi şəcərə məni çox sevindirmişdir.Hənifə xanım,mən də sizin kimi Səfəralı bəyin oğlu Həmdullah bəyin nəvəsiyəm.(Sara xanımım oğlu).Anam Sara xanımın dediklərindən həmişə və bu gün də bilirəm ki,Səfəralı bəy Həsən bəy Zərdabinin qardaşı olmuşdur.Yəni,anam Sara xanım və mərhum Məhəmmədəli bəy(dayım)Zərdabinin qardaşı Səfəralı bəyin nəvələridir.Xatırladıram ki,Eldəniz müəllim bu faktı olduğu kimi şərh etmişdir.Hənifə xanım,nəzərə almaq lazımdır ki,əgər siz deyən kimiSəfəralı bəy Zərdabinin atası Səlim bəyin qardaşı olmuş olsaydı,onda soy adınız Səlimov yox Səfəralıyev olardı.Səfəralı bəyin Səlim bəyin qardaşı olması zaman,yaş baxımından da düzgün deyildir.Ulu babamız Məlik Rəhim bəyin Səlim bəy,Hidayət bəy,Əsəd bəy,Qasım bəy,Tubu xanım,Ayna xanım adlı övladları olduğu araşdırılaraq möhürü vurulmuşdur.Ağsaqqallarımızın və ağbirçəklərimizin dedikləri kimi Səfəralı bəy Məlik Rəhim bəyin nəvəsi,yəni Səlim bəyin oğludur.Bu monoqrafiyanın mətni saytda işıqlandırıldıqca,şərh olunan realliqlarla tanış olduqca hər şey siz və biz Zərdabi nəslinin nümayəndələrinə aydın olacaqdır.Biz uzun illərdən bəri aparılan bu tarixi araşdırmaya,tədqiqat materiallarına görə həmyerlimiz Eldəniz müəllimə dərin təşəkkürümüzü bildiririk.
Səfəralı bəyin oğlu Həmdullah bəyin nəvəsi Sərxan.
Salam Serxan .Tanishligimiza sevindim.Mence bu resmiyet de yersizdi. Men bu hagda hec ne yazmiyacam.Her sheyin yaxshisini siz bilirsiniz.Men kiminse sehvlerini cixarmag ucun yazmadim.Sadece bildiklerimi yazdim.Cunki bu ,, monografiya ,,dediyiniz tarixi faktlara soykenmelidi.Nece var ele de yazilmalidi.Bir de sen Seferali beyin nevesi yox,neticesisen. Ele menim kimi.Men ne olursa olsun oz gohumlarimla ,,senle,,danishmagia ustunluk verirem.
Salam… Zərdabi ilə bağlı yazı çox yaxşıdır. Onun süd anası Qoruqbağından olub. Onu axtarmaq lazımdır. Çünki özü yazır ki, Şeyx Abdı Qoruqbağına gəlmişdi..Onu görməyə mən də getdim… Orada süd anamı, dayəmi də gördüm.
Mənə salanm vermədilər… Şeyxdən çəkinirdilər… Şeyx mənnən görüşəndən hamı, o cümlədən dayəm və süd anam da məni qucaqladılar.
Bir də ən maraqlı general qubernatorun Zərdaba gəlməsidir. Şıxlar və onların tərəfdarları Ərizə yazıb Zərdabinin Qafqazı müsəlman əyalətlərini türkiyəyə birləşdirmək istədiyini yazırlar. General qubernator qatarla Ucara, oradan Zərdaba gəlir.
Bundan sonra şeyx Əlibabanı və qardaşını sibirə sürgün etdirir.
Eldəniz Müəllim, sizə çox təşşəkkür edirəm ki, tarihimizi gənclərə yazılarınızla çatdırırsınız.
Sizin nəzərinizə əlavə məlumatlar çatdırmaq istəyirəm:
Mənim nənəm Bəyimxanım Məlikova Həsən bəy Zərdabinin qardaşı Səfərəli bəyin qızıdır. Bəyimxanım Məlikovan üç oğlu, bir gızı olmuşdur.
Böyük oğlu Soltanhəmid Göyçayda uyezd naçalniki işləyib. Onun oğlu Niyaz bəy böyük vətən müharibəsində itkin düşüb. Qızı Böyükxanım 1988-ci ildə Beyləqan şəhərində dünyasını dəyişib.
Bəyimxanım Məlikovanım ikinci oğlu Soltanmurad Tiflisdə gimnaziyada oxuyurmuş. Bu zaman onun böyük qardaşı Soltanhəmid vəba həstəliyindən dünyasını dəyişir. Soltanmurad Göyçaya qardaşının dəfn mərasiminə gəlir və orada o da vəba həstəliyinə tutulur və dünyasını dəyişir.
Atam Soltanməcid və bibim Əzizbikə haqqında məlumatınız var.
Həsən bəyin gızı Qəribsoltan ilə dəfələrlə görüşmüşəm. Axırıncı dəfə 1957-ci ildə Göyçaya bizə qonaq gəlmişdi.
Mən özüm Bəyimxanım Məlikovanın nəvəsi Şura xanım 40 ilə yaxın müəllimə işləmişəm, hal-hazırda Göyçayda yaşıyıram.
Təşşəkkür edirəm, sağlıkla qalın.
Cox hörmətli Eldəniz müəllim. SİZƏ öz dərin minnətdarlığımızı bildiririk, ailəmiz adından, bizim şəcərəmiz haqqında yazılarınıza və tədqiqatlarınıza görə. Cox sağ olun
deyilenler hamsi duzdu..Sara xalani coox isdiyirem
Maraglidi………….Adam nenesine nece xala deye bilir???????????
Eldeniz muellim,size zerdabli,Zerdabisever ve “Ekinci” qazetinin emekdasi kimi bu arasdirmalariniz ucun tesekkur edirem!
Eldəniz bəy, araşdırmalarınız və çəkdiyiniz eziyyət ucun sag olun. Amma bezi meseleleri deqiqlesdirmek isterdim. Cemile Seferali bey qizi, Xanlar beyin (shecerede qeyd etdiyiniz Əsəd beyin oglu) deyil Suleyman beyin yoldashi olub. Xanlar bəyin həyat yoldashı Firəngiz xanım olub. Gullu xanimın anası Cəmilə xanəm , atası Suleyman bəydir. Cəmil adında oğlan dedyiniz Əsəd bəyin oğlu Xanlar bəyin oğludur.Cəmil bəy Gullu xanımla ailə qurmuş , onalrın Firəngiz, Tavuz, Yavuz (Yavuq deyil) və Shəmil adında ovladları oımushdur. Shəmil ushaq vaxtı , Yavuz isə təxminən 16 yashinda vəfat
etmishdir. Tavuz və Firəngiz isə yaxın vaxtlara qədər yashmış və Zərdab rayonunda vəfat etmishdir.
Süleyman bəyin Cemilə xanimdan yeganə ovladı Güllü xanım, ikinci həyat yoldashı Reyhan xanimdan isə 4 ovladı olmushdur. Xanlar bəyin isə Firəngiz xanımdan Cəmildən başqa Bikə adında bir qız ovladı da olmushdur. Xanlar bəy sonradan Nazlı xanımla da ailə qurmuş , bu nigahdan Əsəd, Məmməd, Əhmad və səhv etmirəmsə Xanım adında qızı olub. Xanlar bəyi sürgünə məhz sonuncu ailə üzvlıri ilə burgə göndərmişlər(Cəmil və Bikənin ayrıca ailələri oldugundan). Xanların qızı Xanım surgunun ilk gunlərində Qazagıstanda dunyasını dəyişmiş, Əsəd müharibənin ilk günlırində könüllü doyuşə getmiş, itkin dusmushdur. Məmməd və Əhməd isə otən esrin son illərinə kimi Qırgızstanda yashamıs , ele orada da dunyalrını dəyişmişlər. Hal-hazırda Xanlar bəyin övladları olan Cəmil bəy və Bikə xanımın nəslinin nümayəndələri Zərdabda, Əhmədin nəslinin davamcilari isə Qırgızstnada yaşayırlar. Cəmil bəyi isə 37-ci ildə gullələyiblər.
Men de bele bir kitabin yazildigini eshidende cox sevindim…Fikirleshdim ki yeni ne ise oyreneceyik.Men de bashgalari kimi nezaket xetrine muellifi terifliyib, teshekkur ede bilerdim.Etdim de.Amma sonra gordum ki yanilmisham…..Yazida sehvler oldugca coxdu.Bizim ailemiz hagginda yazilanlar ise meni cox teccublendir.Bir iki sheiy cixmagla hamsi yalnishdi.Men muellifden teleb edirem (bashgalarini nece isdiyir ele yaza biler)Hemdullah bey Seferali oglu Selimovun ailesine aid olan melimatlara bir de baxsin !!!Bize aid olan ne varsa oldugu kimi yazsin.
Xanlar bəyin Cəmilə xanımla ailə qurmadigini yazdim ve bunu deqiqi bilirem. O ki qaldi Xanlar beyin Allahqulubaginda yashamasi meselesine. Bu da mence bir az qeyri deqiqdir. Bele ki, en azindan Sovet Hakimiyyeti dovrundə o Zərdabda yaşayıb. 1933-cü ilde antisovet tebligatı bəhanəsi ilə DTK tərərfindən həbs ediləndə, sonralar 1937-də sürgün ediləndə də Zərdab da yaşayıb.(bu barədə arxiv materialı var). Bundan başqa Zardabinin Zərdab məktublarında Xanlar bəyin atası Əsəd bəyin adı Zərdablı bıylırdın biri kimi gedir( o bu məktublarında Qarabaglı Əlinin bəylərə kəsdiyi haqqdan danışır, burada Zərdab bəyləri sırasında Əsəd bəyin də adını çəkir). Nədən ata Zərdabda yaşaya -yaşaya oğul Allahqulubağlnda yaşamalı idi? Həmçinin nənəm Güllü xanım (ölənə kimi hamı onu Güllü xanım deyə çağırırdı), həmişə onların Kür tətəfdə (indiki Kür restoranından bir az irəli) yaşadıqlarını deyirdi. Xanlar bəy 1957-ci ildə qısa müddətə Vətənə döndükdə məhz o tərəfləri ziyrət etmişdir. Onun oğlunun Əhməd Məlikovun da evlərinin, mənim qeyd etdiyim tərəflərdə oldugunu, deməyini mən Qırğızstanda olanda da, onlar Zərdaba gələndə eşitmişəm.
Onu da qeyd etmək istərdim ki, mən Xanlar bəyin oglanlarının adın qetd edərkən Əhmədalı və Məmmədalının adlarının qısa variantını- Əhməd və Mammaed – qeyd etmişəm. Sürgün həyatlarında və sonradan onları belə çağırmışlar.
Hörmetli Nicat bey, Eldeniz muallim! Hörmətli admin! Öz adımdan, Xanlar bəy Əsəd bəy oğlu Məlikovun, Cəmilə xanımın Zərdabda , Bakıda, Qırgızstanda, Kanadada yaşayan qohumları adından xahiş edirəm ki(hələki xahiş edirəm), yazıda Cəmilə xanım, Güllü xanım, Xanlar bəy, Cəmil bəy barədə gedən səhvlərə düzəliş edilsin, yaxud həmin abzas tamamilə yazıdan goturulsun. Yoxsa burada yazılanlarla başqalarına məlum olnaları birləçdirdikdə belə alınır ki, güya nənəm Güllü xanım Xanlar bəyin qızıdır və o hansısa Cəmillə ailə qurub. Halbuku bu Cəmil bəy Xanlar bəyin ogludur. Nəticədə isə bilirsiz nə alınır-mənim nənəmlə babam bacı qardaş olublar. Vallah bilmirəm gülüm ya hirslənim. İnanıram ki, bu yanılışıqlar tezliklə duzəldiləcək. Ən azından coxdan dunyasını dəyişmisiş insanların ruhları xatirinə.
Salam. Həsən bəy haqqinda, qohumlari haqqinda Sizin saytdan məlumatlar oxumusam. Bu yaxinda digər saytda da (zardob.blogspot.com) Həsən bəyin əmiləri, ata-babalari haqqinda oxudum. Sizin məlumatlar ilə bu məlumatlarin arasinda fərqlər var. Mümkün olarsa, bu məsələyə aydinliq gətirərdiniz.
Asaqidakini nəzərdə tuturam.
https://zardob.blogspot.com/2020/05/hasan-bay-zardabi-ailasi.html
Bu saytda Hənifə xanim, Midhet bey haqqinda da melumatlar var.
Comments are closed.