Çağdaş insanın ən böyük dilemması; olmaq yoxsa görünmək;
– Ağıllı olmaq, yoxsa ağıllı olduğunu zənn etmək,
– Hər hansı bir şeyi bilmək, yoxsa bildiyinə inanmaq,
– Təvazökar olmaq, yoxsa təvazökar olduğuna özünü inandırmaq,
– Əxlaqlı olmaq, yoxsa əxlaqlı görünmək,
– Maddi, mənəvi zəngin olmaq, yoxsa zəngin kimi davranmaq…
Misalları çoxalda bilərik. Olmaq, yoxsa görünmək…
***
Həqiqət nədir?
Gördüklərimiz, eşitdiklərimiz, hiss etdiklərimiz nə qədər gerçəkdir?
Bildiklərimiz nə qədər həqiqətdir?
Ətrafımızdakı hadisələrə münasibətdə insanın yanılmaq ehtimalı nə qədərdir?
Əslində, bilmək məsuliyyəti artırır. Bilməmək bəzən daha xeyirli olur. Amma bildiyini zənn etmək, ona görə davranmaq ən böyük sükutdur.
***
Hürriyyət nədir?
Mütləq hürriyyət hər istədiyini etməkdirmi?
Əgər insanlara görə davranışımız dəyişirsə, o zaman biz nə qədər hürr sayılırıq?
Hürriyyət əslində köləliyin ziddidir.
Amma insan istəsə də, istəməsə də quldur, kölədir. İradəmiz vasitəsilə seçim edirik; kimə və nəyə qulluq edəcəyimizə. Ya elə Birinə qul olacaqsan ki, ondan başqa heç kim, heç nə sənə təsir etməsin. Ya da Ondan başqa hər şeyə kölə olacaqsan. Şan-şöhrət köləsi, mal-mülk köləsi və s.
***
Ətrafınıza bir nəzər salın. Problemlərindən bəhs edən, şikayət edən, narazılıq edən çox insan var. Amma özünü günahlandıran demək olar ki, yox dərəcəsindədir. Halbuki hər bir insan ətrafındakılarının müsbət xarakterləri qədər yaxşıdır. Mənfi yönləri qədər də mənfi adamdır.
Hamının yaxşı tanıdığı Mövlana ustadı, dostu, sirdaşı, qardaşı Şəms Təbrizinin ayrılması ilə yeməkdən, içməkdən kəsilir. İnsanlarla münasibəti get-gedə azalır. Bir mənada ətrafındakı yüzlərlə insan arasında yalnızlıq çəkir. Dostları ondan soruşurlar:
– Sən Şəms gəlmədən əvvəl də hər kəsin təqdir etdiyi, kimsənin imanından, biliyindən şübhə etmədiyi möhtərəm bir mömindin. Şəms sənə nə göstərdi, nə öyrətdi ki, bu qədər pərişan oldun?
– Dedikləriniz doğrudur. Mən Şəmslə rastlaşmadan əvvəl, üşüdüyüm zaman əynimə isti paltar geyinib isinirdim. Amma Şəmsi tanıdıqdan sonra artıq üşüyəndə isinə bilmirəm. Çünki Şəms mənə bir şey öyrətdi. Əgər yer üzündə bir mömin üşüyürsə, sən isinmə haqqına sahib olmamalısan. Mən də bilirəm ki, yer üzündə üşüyən möminlər var. Ona görə də, artıq isinə bilmirəm. Əvvəllər ac olanda, yemək yeyirdim və doyurdum. Amma indi yediyim heç bir qidadan ləzzət ala bilmirəm. Çünki bilirəm ki, dünyada çoxlu aclar var. Şəms mənə bunu öyrətdi. Bu öyrətdiyi şeylər Peyğəmbərimizin əxlaqıdır.
Başqa sözə nə hacət. Hamımıza nümunə olması təmənnası ilə…
Anar Qaraxançallı
Peyqambermiz s.e.s buyrubki SIZIN EN XEYIRLINIZ OMRU UZUN EXLAQI GOZEL OLANINIZDIR. EN SERLINIZ ISE OMRU UZUN EXLAQI PIS OLANINIZDIR. Bu hedisden yola cixaraq onu qeyd etmeliyik ki exlaqli gorunmek yox exlaqli olmaq lazimdir. Cunki exlaq olmadiqi zaman zaten exlaqli gorunmek mumkun deyil. Bunu babalardan esitiyimiz bir mesellerde de gostere bilerik. BULAQA SU TOKMEKLE BULAQ SULU OLMAZ GEREK SU BULAQIN OZUNDE OLMUS OLSUN. Yani cox sey yazmaq olar ancaq biz qisa yazmaqa ustunluk verdik. Fursetden istifade ederek Nicat muellime derin tewekkurumu bildirirem ki bele biri birinden gozel statuslar, meqaleler derc edir. Sairlerimizi, yazicilarimizi, ziyalilarimizi gundeme getirir. Uca yaradandan size islerinizde muveffeq olmaqi, her zaman sesinizin yuksekliklerden gelmesini ve yuksek naliyyetler elde etmeyinizi niyaz edirik. AMIN.
Ən möhtəşəm və son din olan İslam və onun müqəddəs kitabı «Qurani-Kərim» bütün bəşəriyyətə Allah tərəfindən göndərilən və vacib buyrulan əvəzedilməz nemətdir. «Qurani-Kərim» dini abidə olmaqla yanaşı, həm də insanların ictimai həyatının bütün sahələrini əhatə edərək istənilən məsələ və problemlərin həlli yollarını göstərir. Burada müxtəlif elmi (elmin bütün sahələrinə – astronomiya, okeonologiya, embriologiya, coğrafiya, fizika, kimya, sosiologiya, etika, biologiya, hüquq, tarix və s. aid), tərbiyəvi və digər məsələlər işıqlandırılıb. «QuraniKərimdə» dini tərbiyə ilə yanaşı, insanların hüquq və əxlaq tərbiyəsi də ön plana çəkilərək, konkret vəziyyətlərdə necə hərəkət etməyin lazım olması məsləhət və ya zəruriyyət kimi göstərilir. Bu baxımdan «Quran» bütün dövrlər, bütün xalqlar və millətlər üçün dəyişilməz qalan əxlaq kodeksidir.
Comments are closed.