YAP Zərdab rayon təşkilatının qərərgahında ümummilli lider, ulu öndər Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş dəyirmi masa keçirilib. Təşkilatdan Zerdab.com saytına verilən məlumata görə, tədbir iştirakçıları əvvəlcə ulu öndərin Heydər Əliyev parkındakı möhtəşəm abidəsi önünə gül dəstələri qoyublar. Tədbirin rəsmi hissəsi YAP Zərdab rayon təşkilatının qərərgahında davam edib. Ümummilli liderin əziz xatirəsi dəyirmi masa iştirakçıları tərəfindən bir dəqiqəlik sükutla yad edildikdən sonra tədbiri giriş sözü ilə açan YAP Zərdab rayon təşkilatının sədri Pərvin Mahmudova “Azərbaycan naminə çalişan böyük şəxsiyyət” mövzusunda məruzə ilə çıxış etdi.
O, qeyd etdi ki, Azərbaycanın böyük şəxsiyyətləri çox olsa da, tariximizdə Heydər Əliyev qədər dərin iz buraxan, xalqımızın taleyində həllədici rol oynayan ikinci şəxsiyyət olmamışdır.
Məhz bu nadir tarixi şəxsiyyət 20-ci əsrin sonunda xalqımızı əsrlər boyu can atdığı həqiqi müstəqillik amalına qovuşdurmuş, mütərəqqi tarixi ənənə əsasında yeni dövlətçilik konsepsiyasını irəli sürmüş, onun dayanıqlı inkişafı üçün etibarlı zəmin yaratmışdır. Sağlığında ümummilli liderlik ucalığına qovuşmuş bu müdrik şəxsiyyət böyük fədakarlıqlar hesabına qurub-yaratdığı dövlətin sarsılmazlığını, demokratik yüksəlişini, Azərbaycanın müstəqilliyinin əbədiliyini, daimiliyini, dönməzliyini təmin etmişdir.
Ulu öndər Heydər Əliyev zəngin idarəetmə təcrübəsinə, yüksək siyasi intellektə sahib olduğu üçün, mədəniyyətimizə və mənəviyyatımıza dərindən bələd olduğu üçün milli inkişaf konsepsiyasını işləyib hazırlamış və onu dönmədən həyata keçirmişdir. Məhz onun respublikaya rəhbər seçilməsi ilə ötən əsrin 70-ci illərinin əvvəllərindən Azərbaycanın iqtisadi, ictimai-siyasi, mədəni tarixində yeni dövr başlamışdır. Həmin illərdə Azərbaycan tarixinin öyrənilməsinə, milli təfəkkürün oyadılmasına xüsusi əhəmiyyət verilmişdir.
Məruzədən sonra çıxışlar dinlənilmişdir.
Dəyirmi masada Rayon Mərkəzləşdirilmiş Kitabxana şöbəsinin şöbə müdüri, ilk partiya təşkilat katibi Gülnaz Məmmədova, Rayon Müharibə, Əmək, Silahlı Qüvvələr və Hüquq Mühafizə orqanlari şurasının sədri Hüseyn Həsənov, İsaqbağı kənd körpələr evi, uşaq bağçasının müdüri Röya İsmayılova, Şıxbağı kənd orta məktəbinin müəllimi Tural Nağıyev, Rayon Heydər Əliyev mərkəzinin əməkdaşı Könül Rəhimova, Rayon “Əkinçi” qəzetinin müxbiri Ələkbər Kərimov, YAP fəalı, sahibkar Zabit Davudov çıxış etdilər. Natiqlər Ümummilli lider Heydər Əliyevin vətən, xalq qarşısındakı misilsiz xidmətlərindən, uzaqgörən siyasətindən danişaraq Ulu öndərin özündən sonra Azərbaycana, eləcə də artıq böyük qüvvəyə çevrilən və öz ətrafında 600 mindən artıq həmfikiri birləşdirən Yeni Azərbaycan Partiyasına cənab İlham Əliyev kimi lider, siyasi varis bəxş etdiyindən iftixar duyduqlarını söylədilər.
Daha sonra çıxış edən Zərdab rayon İcra Hakimiyyətinin başçısı Lütvəli Babayev Ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı xidmətlərindən, ölkəmizin iqtisadi-siyasi mənəvi inkişafına verdiyi töhfələrdən danışdı. L. Babayev Ulu öndərin siyasi kursunun layiqli davamçısı, möhtərəm prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında müdrik xalqımızın daha parlaq gələcəyə doğru inamla irəlilədiyini söylədi. Rayonda həyata keçirilən geniş miqyaslı quruculuq,tikinti-abadlıq işləri barədə məlumat verdi.
Qeyd olundu ki, Azərbaycan xalqının rifahının günbəgün yaxşılaşması, Azərbaycanın müasirləşməsi, hər bir bölgənin simasının dəyişməsi, yaşadığımız mühitin yeniləşməsi və insanların rahatlığı, təhlükəsizliyinin təmin olunması bu gün Prezident İlham Əliyevin növbəti prezident seçkilərində namizədliyinin irəli sürülməsi və yekdilliklə Prezident seçilməsi ilə bağlı ümumxalq rəyinin formalaşmasının əsasını təşkil edir.
Tədbirin sonunda Yeni Azərbaycan Partiyasına qəbul olunan bir qrup gəncə Yeni Azərbaycan Partiyasının vəsiqələri təqdim olundu.
Zerdab.com
Basqa sekiller yoxdu? kollektiv falan?
Nermin, yoxdur.
bu sekili hardan almisan? basqa wekillerde cekilmisdi bes olar hani?
o biri sekilleri emaile gondere bilersiz?
yap.zardab@mail.ru email adresine muraciet edin.
Comments are closed.