Son vaxtlar Zərdab rayonunun kəndlərinə qaz çəkilişi daha da sürətləndirilib. Bu isə xüsusən kəndlərdə yaşayan əhalinin böyük sevincinə səbəb olub. Zerdab.com saytının yaydığı məlumata görə, artıq rayonun Gəlmə, Salahlı, Xanməmmədli və Hüseynxanlı kəndlərində qaz xəttinin çəkilişi başa çatdırılıb. Hazırda sayğac quraşdırılmasına başlanılıb.
Saytın yaydığı məlumata görə, Kür çayının daşmasından ziyan çəkmiş rayon əhalisi üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən inşa olunmuş 71 yeni yaşayış evinin qazlaşdırılması işləri tamamlanaraq təbii qazın verilməsi üçün mənbəyə qoşulma mərhələsinə çatdırılıb.
Təkcə son 3 ay ərzində Zərdab rayonunun Pərvanlı və Dəli Quşçu kəndlərində 23 min 910 paqonometr qaz xətti çəkilib. Lələağacı, Yarməmmədbağı və Dəkkəoba kəndlərinin qazlaşdırılması üçün layihə-smeta sənədləri hazırlanıb, podratçı təşkilat müəyyənləşdirilib. Hazırda həmin kəndlərə qaz xəttinin çəkilişi davam etdirilir. Burada işlər yekunlaşandan sonra növbə digər kəndlərimizindir.
Zerdab.com
He bu barade prezdentimizin canin saq elesin. o cumleden icra hakimiyetinde iwleyen insanlarin.bawda bawcimiz olmaqla. bu bawqa mesele.ele bilerik Meliklide yox. parijdde yawayiriq.Allah hamiya saq can versin o gunu gorek.
Comments are closed.