İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin xətti ilə Zərdab rayonunda “Azərbaycanda istehlakçı hüquqları qorunur” mövzusunda konfrans keçirilib. Konfransı Rayon İHB-nın sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması üzrə müavini Pərvin Mahmudova açaraq qonaqları salamlayıb. Daha sonra İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin rəis müavini Araz Əliyev giriş sözü ilə çıxış edərək vurğulayıb ki, konfransın keçirilməsində əsas məqsəd istehlakçıların hüquqlarının qorunması sahəsində regionlarda mövcud vəziyyəti təhlil etmək, aidiyyəti dövlət orqanlarının bu sahədə vəzifələri barədə müzakirələr aparmaq, dövlət orqanları-istehlakçı əlaqələrində sivil münasibətlərin formalaşdırılmasına nail olmaq, istehlakçı hüquqları ilə bağlı regionlarda həyata keçiriləcək təbliğat-təşviqat və digər maarifləndirmə tədbirlərinin istiqamətlərini müəyyənləşdirməkdən ibarətdir.
Daha sonra Rayon İHB-nın sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması üzrə müavini Pərvin Mahmudova, Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin nümayəndəsi Kamran Umudov, Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin nümayəndəsi Mətin Bədəlov, Azad İstehlakçılar Birliyinin nümayəndəsi Oqtay Hüseynov, Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin nümayəndəsi Zahid Şərifov “İstehlakçıların hüquqlarının qorunmasında dövlət orqanlarının vəzifələri”, “İstehlakçı hüquqlarının müdafiəsi ilə bağlı görülən işlər və qarşıda duran vəzifələr”, “Ərzaq malları alarkən nələrə diqqət yetirməli?”, “İstehlakçıların hüquqlarının müdafiəsi tədbirlərini gücləndirmək lazımdır”, “Hər bir istehlakçı öz hüquqlarını bilməlidir” mövzularında çıxışlar ediblər.
Konfransı Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin rəis müavini Araz Əliyev yekun nitq ilə yekunlaşdırıb.
Sonda tədbir iştirakçılarına əyani vəsaitlər, bukletlər, kitabçalar paylanıb, istehlakçıları maraqlandıran suallara cavablar verilib.
Zərdab RİHB Aparatının informasiya təminatı və təhlil sektoru