Həmkəndlimiz, Qarabağ uğrunda döyüşlərdəki hünərinə görə “Hərbi xidmətlərə görə” medalına layiq görülmüş (ölümündən sonra) igid Müşfiq Hacıyevin əziz xatirəsinə. (Müşfiq Hacıyev 1974-cü ildə Zərdab rayonunun Bıçaqçı kəndində anadan olub.) Fotoları Zerdab.com saytına göndərdi: Zaur Rafiqoğlu.
Murovdan, Kəpəzdən ucaldı səsin,
Vətənə həsr etdin könül nəğməsin,
Qoy mənim sözümü ellər dinləsin,
Adına deyərdim mən qoç Koroğlu,
Unutmaq olarmı səni, eloğlu!
—-*****———-*****———–*****———
Düşməni önündə susdurdun hər an,
Sənə çox yaraşır bu şərəf, bu şan,
Vaxt gələr, adına yazılar dastan,
Oldun varlığınla Vətənə bağlı,
Unutmaq olarmı səni, eloğlu!
—-*****———-*****———–*****———
Hacağa deyir ki, düşəndə axşam,
Hərəmiz adına yandırırıq şam,
Sənin hünərinə heyran olmuşam,
Gətirdin ilhama məni, eloğlu!
Unutmaq olarmı səni, eloğlu!
Hacağa Hacıyev.
Zərdab rayonu Bıçaqçı kənd mədəniyyət evinin direktoru.
ALLAH REHMET ELESIN BELE OGULLARIMIZDAN COXDU BIZIM ELLERDE
Azərbaycan özünün ən çətin vaxtlarında-Olum və ya Ölüm məqamında məhz Müşfiq kimi oğulların çiyinləri üzərində bərqərar oldu.İndi Müşfiq Hacıyev təkcə Bıçaqçı kəndinin deyil, bütün Azərbaycanın oğludur.VƏTƏN naminə can qurban verən şəhidlərin ruhu qarşısında baş əyirəm,onların əzizlərinə Böyük Yaradandan səbr diləyirəm.
VƏTƏN SAĞ OLSUN!
VƏTƏN SAĞ OLSUN
Allah butun shehbdlere rehmet elesin!
Baxiram dünyanin bu gərdişinə dəli bir,aglamaq kecir könlümdən fələk rəvac verdi namərd ölümə dəli bir ağlamaq kecir könlümdən Allah bütün şəhidlərimizə rəhmət eləsin
Nə deyim,nə yazım,qələmim donur?
Azəri dünyası odlanır,yanır.
Sənin dözümündən yağılar sınır,
Qara şal bağlama,səhid anası!
Вурурса да лэнкэрини кэми кими, Кун кэлэчэк койэрэчэк зэми кими, Ким чэкмэсэ бу дэрди оз гэми кими, Даша донэр, даша донэр, ШЭhИДЛЭРИМ!!! Апарылан табутлары сон мэнзилэ, Йадымыздан чыхармы hеч бу мэнзэрэ?! Белэ дэрддэн гума донуб, даг эзилэр, Ган козумдэ йаша донэр, ШЭhИДЛЭРИМ!!!
MENDE O RAYONDA ANADAN OLMUSAM
Comments are closed.