Daxili İşlər Nazirliyində “Cinayətkarlığa qarşı mübarizədə əməliyyat-axtarış fəaliyyətinin təşkili”nin və “Azərbaycan Respublikası vətəndaşlarına şəxsiyyət vəsiqələrinin verilməsi işi”nin vəziyyətinə və qarşıda duran vəzifələrə həsr olunmuş geniş kollegiya iclası keçirilib.
Daxili işlər naziri, general-polkovnik Ramil Usubov cari ilin oktyabr ayında ölkədə keçiriləcək növbəti prezident seçkiləri ilə əlaqədar qanunvericiliklə nəzərdə tutulan yaş həddinə çatmış şəxslərin şəxsiyyət vəsiqələrinin dəyişdirilməsi işinin, səsvermə gününədək 18 yaşı tamam olacaq şəxslərin müvafiq sənədlərlə təmin edilməsinin ciddi nəzarətdə saxlanılmasını, səyyar qrupların fəaliyyətinin gücləndirilməsinin, bütövlükdə seçki hüququna malik bütün vətəndaşların şəxsiyyəti təsdiq edən sənədlərlə vaxtında təmin olunmasının vacibliyini bir daha qeyd etmişdir. Həmçinin, ərazi polis orqanlarının rəislərindən şəxsiyyət vəsiqəsi almaq üçün edilən müraciətlərə ən qısa müddətdə baxılıb həll olunmasının, hazırlanmış şəxsiyyət vəsiqələrinin sahiblərinə dərhal təqdim edilməsinin zəruriliyini nəzərə çatdırmışdır.
Zerdab.com