Zərdabda prokurorluq əməkdaşları vətəndaşlarla görüşəcəklər

0
46

prokurorluqZərdab rayon Prokurorluğunun əməkdaşları vətəndaşları yaşayış yerləri üzrə qəbul edəcəklər. Belə ki, may ayının 22-də Zərdab rayon prokurorunun köməkçisi S. Ağayev Qaravəlli kənd icra nümayəndəliyində kənd sakinləri ilə görüşüb onları narahat edən məsələlərlə maraqlanacaq, onların müxtəlif istiqamətlər üzrə müraciətlərini araşdıracaq. Görüş həmin gün saat 11:00-da başlanacaq.

Növbəti görüş isə Otmanoba kənd icra nümayəndəliyində olacaq. Bu görüş iyun ayının 12-də saat 11:00-da baş tutacaq. Kənd sakinlərini Zərdab rayon prokuroru Süleyman Süleymanov qəbul edəcək.

Süleyman Süleymanov, Zərdab rayon Prokuroru, ədliyyə müşaviri.