Nazir Əli Abbasov mayın 8-də Zərdab sakinləri ilə görüşəcək

0
45
Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov
Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov

Vətəndaşların NƏZƏRİNƏ!

Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun may ayının 8-də Bərdə rayonunda (Zərdab, Bərdə, Ağdam, Yevlax, Tərtər,Ucar, Ağcabədi, Beyləqan, Füzuli) əhaliyə göstərilən telekommunikasiya, internet, poçt, radio və televiziya yayımı xidmətlərinin keyfiyyəti, xidmət mədəniyyəti, bu sahədə bölgələrdə əhalini maraqlandıran məsələlərlə bağlı vətəndaşların qəbulu planlaşdırılır. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidmətindən Zerdab.com saytına verilən məlumata görə, vətəndaşlardan “mincom@mincom.gov.az” elektron poçt ünvanı, 1655 saylı “Qaynar xətt”, 598 38 18 nömrəli (regionlardan edilən zənglər pulsuzdur) telefon vasitəsilə əlaqə saxlayıb qəbula yazılmaları xahiş olunur.

Eyni zamanda qəbula gəlmək istəyən vətəndaşlar  üçün zərurət yaranarsa yaşadıqları ərazinin poçt və telefon qovşaqları tərəfindən nəqliyyat vasitələri ilə təmin olunacaqlar.

 

Zerdab.com