Zərdabda futbol idman növü üzrə rayon çempionatına start verilib. Bu barədə Zerdab.com saytına Zərdab rayon Gənclər və İdman İdarəsindən məlumat verilib. Bildirilir ki, çempionata aprelin 10-da Zərdab rayon Mərkəzi Stadionunda start verilib. Çempionat ümummilli lider Heydər Əliyevin anadan olmasının 90-cı ildönümünə həsr olunub. Yarışın məqsədi Zərdab rayonunda idmanın futbol növünün kütləviliyinin inkişafı, gənclərin idmana cəlb edilməsi, onların asudə vaxtlarının təşkili, respubilka turnirində iştirak etmək ücün rayon komandasına namizədlərin seçilməsi, futbolçuların idman dərəcələrinin artırılması və təkmilləşdirilməsidir. Çempionatın final mərhələsi 10 may 2013-cü il tarixdə Zərdab rayon Mərkəzi Stadionunda baş tutacaq.
Zerdab.com
Yaralı yerimiz!!!
Comments are closed.