Təhsil naziri vəzifəsinə yeni təyinat: bu vəzifəyə Mikayıl Cabbarov layiq görüldü

0
55
Mikayıl Çingiz oğlu Cabbarov
Mikayıl Çingiz oğlu Cabbarov

Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə Misir Mərdanov təhsil naziri vəzifəsindən azad edilib. Prezidentin digər sərəncamı ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi Mikayıl Çingiz oğlu Cabbarov təhsil naziri təyin edilib. Qeyd edək ki, Prezident İlham Əliyevin sərəncamı ilə təhsil naziri təyin olunan Mikayıl Çingiz oğlu Cabbarov 1976-cı il sentyabrın 19-da Bakı şəhərində anadan olub. M. Cabbarov Bakı Dövlət Universitetinin beynəlxalq hüquq fakültəsini bitirib. Daha sonra ABŞ-da Sakramento şəhərində hüquq məktəbində, daha sonra Azərbaycan Dövlət İqtisadiyyat Universitetində iqtisadiyyat üzrə magistr dərəcəsi alıb. Nyu-York şəhərinin vəkillər kollegiyasının üzvüdür. İlk əmək fəaliyyətinə 1995-ci ildə bank sektorunda başlayıb, 1999-2002-ci illərdə isə özəl sektorda hüquqşünas kimi işləyib. 2002-2003-cü illərdə İqtisadi İnkişaf Nazirliyində məsləhətçi, 2003-2004-də Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun prezidenti vəzifələrində çalışıb. 2004-cü ilin fevralın 20-də Azərbaycan iqtisadi inkişaf nazirinin müavini təyin olunub. 2009-cu ilin martın 6-dan isə “İçəriŞəhər” Dövlət Qoruğu İdarəsinin rəisi kimi fəaliyyət göstərib.

Zerdab.com