Zərdabda tədbir: “Tədris prosesinin təşkilinin aktual problemləri”

0
47

Zərdab şəhər 2 saylı körpələr evi-uşaq bağçası1Zərdab şəhər 2 saylı körpələr evi-uşaq bağçasında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 oktyabr 2012-ci il tarixli 218 nömrəli qərarı ilə təsdiq edilmiş “Məktəbəqədər təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi”nin tələbləri baxımından körpələr evi-uşaq bağçalarında “Tədris prosesinin təşkilinin aktual problemləri” mövzusunda seminar-müşavirə keçirilib. Bu barədə Zerdab.com saytına Zərdab RİHB Aparatının informasiya təminatı və təhlil sektorundan məlumat verilib. Seminar-müşavirəni giriş sözü ilə Rayon İHB-nın müavini, ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Rəhman Feyzullayev açıb. Daha sonra Rayon Təhsil Şöbəsinin aparıcı məsləhətçisi Gülsurə Novruzova “Məktəbəqədər tərbiyə müəssisələrində təlim-tərbiyə proqramlarının tərtibi və təşkili” və 2 saylı körpələr evi-uşaq bağçasının müdiri Vüsalə Kərimova “Məktəbəqədər müəssisələrdə pedaqoji şuraların aparılması praktikası” mövzularında çıxış ediblər.

Çıxışlardan sonra tədbir iştirakçıları 2 saylı körpələr evi-uşaq bağçasının məktəbəhazırlıq qrupunda açıq məşğələdə iştirak ediblər.

Tədbirin sonunda tərbiyəçiləri maraqlandıran suallar cavablandırılıb.

Zərdab şəhər 2 saylı körpələr evi-uşaq bağçası2

Zərdab şəhər 2 saylı körpələr evi-uşaq bağçası3

Zərdab şəhər 2 saylı körpələr evi-uşaq bağçası

Zərdab şəhər 2 saylı körpələr evi-uşaq bağçası