Zərdab rayonunda səhiyyə işçiləri akademik Zərifə Əliyevanı andılar – fotolar

0
50

Zərdab Rayon Mərkəzi XəstəxanasıZərdab Rayon Mərkəzi Xəstəxanasında tibb elminin inkişafında göstərdiyi xidmətləri ilə xalqın qəlbində özünə əbədi məbəd tikmiş görkəmli alim Zərifə xanım Əliyevanın anadan olmasının 90 illiyi münasibətilə “Novator alim, nadir insan” adlı konfrans keçirilib. Zerdab.com saytı Zərdab RİHB Aparatının informasiya təminatı və təhlil sektoruna istinadən xəbər verir ki, tədbirdə akademik Zərifə xanım Əliyevanın həyat fəlsəfəsindən, mənəvi dünyasından oftalmologiya elminin inkişafındakı böyük xidmətlərindən ətraflı söz açılıb. “Unudulmaz alim, mehriban ana, qayğıkeş insan” mövzusunda çıxış edən Zərdab Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Ruslan Nemətov bildirib ki, Zərifə xanım fitri istedada malik novator alim, pak və nadir insan kimi yaşadığı dərin və mənalı ömrü, keçdiyi şərəfli həyat yolu ilə hər bir Azərbaycan vətəndaşı üçün kamillik, müdriklik məktəbidir.

Görkəmli alim çoxşaxəli elmi pedaqoji fəaliyyətində təkcə tədqiqat işləri aparmaqla kifayətlənməyib, yüksək ixtisaslı gənc alim kadrların yetişdirilməsinə, oftalmoloq həkimlərin bilik və təcrübələrin artırılması işinə xüsusi diqqət yetirib. O, eyni zamanda qayğıkeş ana, vəfalı ömür-gün yoldaşı olub. Enişli-yoxuşlu ömür yollarında birgə addımladığı həyat yoldaşı ümummilli liderimiz Heydər Əliyevlə yorulmadan müqəddəs amallar uğrunda bacarığını əsirgəməyib.

Konfransda çıxış edən digər natiqlər böyük alimin xeyirxahlıq missiyasına diqqəti daha çox cəlb ediblər. Bildiriblər ki, zərif barmaqları ilə insanların gözlərinə nur bəxş edən Zərifə xanımın nəcib xüsusiyyətləri onu böyük qəlbə malik bir insan kimi də qəlblərdə yaşadır. Zərdabın səhiyyə işçiləri görkəmli akademikin 90 illik yubileyinin keçirilməsi ilə bağlı Prezident sərəncamının da əhəmiyyətini yüksək qiymətləndiriblər.

Zerdab.com

Zərdab Rayon Mərkəzi Xəstəxanası3

Zərdab Rayon Mərkəzi Xəstəxanası