Zərdablı gənclər debat təlimlərində iştirak etdilər

0
56

“Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyi (İB) gənclərin maarifləndirilməsi istiqamətində fəaliyyətini davam etdirərək, Gənclər və İdman Nazirliyi ilə birgə “Respublika Gənclər Debat Forumu – Yaz 2012” layihəsinə başlayıb. www.zerdab.com saytı xəbər verir ki, layihə çərçivəsində fevral-may ayları ərzində gənclər üçün silsilə təlim və debat yarışlarının keçirilməsi planlaşdırılır. Layihə regionların 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramına əsasən “Regionların sosial-iqtisadi inkişafında gənclərin iştirakı özünü doğruldur” mövzusunda keçirilir. Qeyd edək ki, forum çərçivəsində martın birinci həftəsində debat təlimi keçirilib. Təlimdə digər rayonlarla yanaşı, Zərdabdan da fəal gənclər iştirak ediblər.