Zərdabımın güləş simvolu – Məhyəddin Allahverdiyev
Azərbaycanımızın görkəmli şəxsiyyətləri, ziyalıları, istedadları öz əməlləri ilə daim onun başını uca etmişlər. Bu mənada hər bir rayonumuzun özünəməxsus yeri vardır. Eləcə də ana yurdum Zərdabın.
– Xalqımızın xoşbəxt gələcəyi naminə gördüyü işləri, xidmətləri saydıqca bitib-tükənməyən, əsl millət fədaisi dahi Həsən Bəy Zərdabini də, 2-ci Dünya Müharibəsində böyük igidlik göstərərək Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş Məlik Məhərrəmovu da, eləcə də haqqında söhbət açacağım idmanın güləş növü üzrə Avropa və üçqat Dünya Çempionu Məhyəddin Allahverdiyevi də bu rayon yetişdirmişdir.
Bir neçə ay bundan əvvəl bir ananın yas mərasimində iştirak edirdim. Yeri gəlmişkən qeyd etmək istərdim ki, bütün analar müqəddəsdir, ən uca hörmət və məhəbbətə layiqdirlər. Ancaq elə analar da var ki, onlar bir ailəyə deyil, bütöv bir xalqa məxsus olan, ona layiqincə xidmət göstərən ər, nər oğullar dünyaya gətirirlər. Belə analarımız çoxdur. Mərhum Züleyxa anamız da onlardan biri idi. Çünki O, – adını Azərbaycanımızın, eləcə də 70 il tərkibində yaşadığımız, 270 milyonluq kemiş SSRİ-nin idman tarixinə qızıl hərflərlə yazmış, 80-ci illərin yunan-roma güləşinin ən məşhur simalarından biri, milyonların sevimlisi, Avropa və Üçqat Dünya Çempionu Məhyəddin Allahverdiyevi dünyaya gətirən anadır.
Mərasimdə cəmiyyətimizin bütün təbəqələrindən insanlar iştirak edirdi. Hamı məşhur idmançıya öz hörmətini, onun acısına şərik olduğunu bildirmək üçün burada idi. Bu məclisdə mən bir daha əmin oldum ki, “hec kəs yaddan çıxmır, heç nə unudulmur” kəlamı necə də düzgün deyilmişdir.
Əziz Azərbaycanlım! Əziz Zərdablım! Əziz Şahhüseynlim!
Səninlə daha da çox qürur duydum. Sənin həmkəndlin, həmyerlin olmağımla fəxr edirəm.
Züleyxa ana! Azərbaycanımızın idman tarixinə bu cür töhfələr verən nər oğul doğduğun üçün ruhun qarşısında baş əyirəm! Qəbrin nurla dolsun!
Məhyəddin Allahverdiyev – 8 may 1962-ci ildə ildə Zərdab rayonunun Şahhüseynli kəndində anadan olub. Onun kəndimizdə keçən uşaqlıq illərini xatırlayan, gündəlik həyatda müşahidə edən kənd sakinlərimizdən daim eşitmişəm ki, hər zaman onu çayırlıqda həmyaşıdları ilə, özündən yaşca və boyca böyük uşaqlarla güləşən görürlərmiş. Həmişə də qalib gəlirmiş. Hətta anası onu güləşməkdən ayıraraq yemək yeməyə güc-bəla ilə gətirirmiş.
Taleh və güləşə olan məhəbbət onu Bakı şəhərinin “Dinamo” idman klubuna gətirir. 1976-1988-ci illər ərzində davam etmiş idman karyerasında Məhyəddin Allahverdiyev yüksək nəticələr əldə etmişdir.
Yaxşı xatırlayıram ki, o zamanlar kiçikyaşlı məktəbli olsam da həmvətənimiz, xüsusən də həmkəndlimiz olduğu üçün evimizdə, eləcə də bütün qohumlarımızın evində onun güləşməyini televizordan hamı necə böyük həyəcan və heyranlıqla izləyirdi. Sanki nəfəslər kəsiləcəkdi. Elə cəld idi ki, öz çəkisində ona rəqib olan dünyanın ən güclü güləşçilərini tatamiyə çıxmağa peşman edirdi. Rəqibinə hərəkət etməyə, əksər hallarda hətta ona müqavimət göstərməyə belə imkan vermirdi. Onu elə çevirir, elə cəldliklə yıxırdı ki, sanki qarşısındakı cansız bir əşyadır.
Məhyəddin Allahverdiyev idman karyerasında aşağıdakı ən ali titulları almışdır:
1. 1984-cü ildə İsveçrənin Yyonçyopinq şəhərində keçirilən Avropa çempionatında yunan-roma güləş növü üzrə 48 kq. çəkidə 1-ci yeri tutaraq Avropa Çempionu adına layiq görülmüşdür;
2. 1985-ci ildə Norveçin Kolbotn şəhərində keçirilən Dünya çempionatında yunan-roma güləş növü üzrə 48 kq. çəkidə 1-ci yeri tutaraq Dünya Çempionu adına layiq görülmüşdür;
3. 1986-cı ildə Macarıstanın Budapeşt şəhərində keçirilən Dünya çempionatında yunan-roma güləş növü üzrə 48 kq. çəkidə 1-ci yeri tutaraq 2-ci dəfə Dünya Çempionu adına layiq görülmüşdür;
4. 1987-ci ildə Fransanın Klermon-Ferran şəhərində keçirilən Dünya çempionatında yunan-roma güləş növü üzrə 48 kq. çəkidə ardıcıl olaraq 3-cü dəfə 1-ci yeri tutaraq Üçqat Dünya Çempionu adına layiq görülmüşdür.
Eyni zamanda Məhyəddin Allahverdiyev bu şərəfli idman yolu ilə bir neçə rekorda da imza atıb.
1. Nəinki 48 kq. çəkidə, bütün çəkilər üzrə ilk azərbaycanlı Avropa Çempionu kimi güləş tariximizə düşüb.
2. İlk azərbaycanlı güləşçi olaraq 48 kq. çəki üzrə üçqat Dünya Çempionu adını qazanıb.
3. Güləşin hər iki növündə və bütün çəki dərəcələrində indiyədək heç bir azərbaycanlı idmançı 3 il ardıcıl olaraq Dünya Çempionu adına layiq görülməyib. Bunu yalnız Məhyəddin Allahverdiyev bacarıb.
Milyonlarla azarkeş vətəndaşı öz parlaq qələbələri ilə sevindirən, göylərə qaldıran, hətta deyərdim ki, xoşbəxt edən belə güləşçimizdir Məhyəddin Allahverdiyev. O, ən böyük hörmət və münasibətə layiq idmançılarımızdan biridir.
İdmançımıza uzun ömür, can sağlığı, xoşbəxtlik və ailə səadəti arzulayıram.
Dərin hörmətlə, Qurban Süleymanov
laiq olduqundan cox asaqi diiqqet gorur…
Once butun Analara can saqliqi dileyirem dunyasini deyiwen analarimiza Allah rehmet elesin ruhlari wad olsun.Zuleyxa anamizinda ruhu wad olsun mekani cennet olsun inwaAllah.
Bele oqul boyudub boya bawa catdirib .Meheddin qardawimiza can saqliqi arzu edirem uqurlari bol olsun bundan sonrada.
Nein ki bir Zerdabli kimi bir Azerbaycanli kimi mence hami Meheddin Allahverdiyivle fexr edir.
Cavan vaxtı gözəl idi indi qocalıb..bütün idmançılar belədirlər..tez qocalırlar
ALLAH CAN SAGLIGI VERSIN INWALLAH. FEXRIMIZDI .BELA INSANLARDAN NA QEDAR COX OLSA BAW UCALIGIDI
Esq olsun.
BIZ HAMIMIZ FEXR EDIRIK SIZINLE
oncelikle senin ziyali. vetenperver fikirlerine hormetle yanawiram.zerdab haqqinda ve zerdabin secilenleri haqqinda senin umumi musbet fikirlerin tedbirelayiq hesab edilmelidir ve bu hamimizin borcudur.bunu xalam oglu olmagin ucun deyil tebii ziyali fikir formalawdirdigin ucun ozume borc bilib saytda ozellikle qeyd etdim.biz ailelikle seninle fexr edirik.
fexrimizdi
Ewq olsun bele Azerbaycan ogllarina!!!Size de bu gozel insanlari xatirlatdiginiza gore derin tesekkurumu bildirirem.
sen zerdab rayonun fexrisen Mehiyeddin adi cekilende 1980 ci illerin 2 qat dunya cempionu olmagin bizleri qururlandirir.o vaxtlarda helem oglanlar bu neticeye gelib cixmagi bir az duwunce teleb edirdi.ancaq buna baxmayaraq zardab oglu biz seninle fexr edirik .hemiwe var olasan .
Comments are closed.