Zərdab rayonunun Pərvanlı kəndinin ərazisi 300 hektar genişlənə bilər

2
60

PərvanlıZərdab rayonunun Pərvanlı kəndinin ərazisi 300 hektara qədər genişlənə bilər. www.zerdab.com saytının məlumatına görə, bu məsələ ilə əlaqədar Zərdab rayon İcra Hakimiyyətinin yaxın vaxtlarda Nazirlər Kabinetinə müraciət edəcəyi gözlənilir. Belə ki, 1940-cı illərdə Kür çayının məcrasının dəyişməsi nəticəsində Zərdab rayonunun Pərvanlı kəndinin 300 hektara qədər ərazisi indiki Ağcabədi Meşə Mühafizəsi və Bərpa Müəssisəsinin balansına keçib. Halbuki, tarixən bu torpaqlar Zərdab rayonunun Pərvanlı kəndinin ərazisi olub. Zərdab rayon İcra Hakimiyyətinin Nazirlər Kabinetinə müraciət etməsinin məqsədi də məhz həmin torpaqların öz tarixi sahiblərinə – Pərvanlı kənd əhalisinin istifadəsinə qaytarılmasıdır. Hər halda ümid edək ki, uzun illər bağlı qalmış bu məsələ Pərvanlı kənd əhalisinin istəyinə uyğun olaraq həllini tapacaq.

www.zerdab.com

2 ŞƏRH

  1. Çox gözəl kənddir..Heyf torpağı azdır..Ən xoşuma gələn yeri isə qəbristanlığıdır..Öləndə elə yerdə öləsən..Hər ora gedəndə yadıma Taras Şevçenkonun “Vəsiyyət” şeiri düşür..

Comments are closed.