Təvəkkül İslamov 1963-cü ildə Zərdab rayonunun Şahhüseynli kəndində anadan olub. Orta məktəbi bitirmiş, hərbi xidməti başa vurmuşdur. Azərbaycan Kənd Təsərrüfatı İnstitutunu fərqlənmə diplomu ilə bitirmiş, həmin institutda müəllim saxlanılmışdır. 1994-ci ildə texnika elmləri namizədi alimlik dərəcəsi almış, 1998-ci ildə ona traktor və avtomobillər kafedrasının dosenti elmi rütbəsi verilmişdir. 80-ə yaxın elmi məqalənin müəllifidir. Azərbaycan Dövlət Aqrar universitetində dekan müavinidir.