Babayev Babəli Əşrəf oğlu 1919-cu ildə Zərdab rayonunun Qaravəlli kəndində anadan olmuşdur. Atasını erkən yaşlarında itirən Babəli Babayev 1938-ci ildə daxil olduğu Göyçay Pedoqoji Məktəbini başa vurmamış hərbi xidmətə yollanmışdır. 1940-cı ildə ailə vəziyyəti və müəllim kadrların çatışmazlığı ilə bağlı hərbi xidmətdən tərxis edilmişdir. Bundan sonra Qaravəlli kəndində müəllim işləməyə başlamışdır. Həyatını təhsil sahəsindən ayrı görməyən Babəli müəllim 1941-ci ildən 1962-ci ilə qədər Kəndəbil, Dəkkoba, Alıcanlı, İsaqbağı kəndlərində direktor və məktəb müdiri vəzifəsində çalışmışdır.
1948-1949-cu illərdə Bakı Respublika Qiyabi Pedoqoji Məktəbini bitirmişdir. 1963-1982-ci illərdə Qaravəlli səkkizillik məktəbində sinif müəllimi işləmişdir.
Şagirdlərini daim təhsilə həvəsləndirən və onlara uğurlu gələcəyin yalnız təhsillə mümkün olduğunu bildirən Baba müəllimin əziyyəti boşa getməmişdir. Belə ki, bu gün Babəli müəllimin şagirdlərinin bir çoxu elmlər doktoru, professor, elmlər namizədidir.
Babəli müəllim həm də bu gün hamımızın yaxşı tanıdığımız filologiya elmləri doktoru, Qafqaz Müsəlmanları İdarəsinin Şirvan bölgəsi üzrə qazisi Xanəli Babayevin və Zərdab rayon İcra Hakimiyyətinin başçısı, iqtisad elmləri namizədi Lütvəli Babayevin valideynidir. O, övladlarına birinci sinifdə dərs demişdir.
Babəli Babayev 1987-ci ildə vəfat etmişdir. Allah rəhmət eləsin, məkanı cənnət olsun.
www.zerdab.com