Bu gün səhər saatlarında 200-dən çox OMON-çu Moskvanın “Pokrov” bazarına hücum edib. OMON-çular bazara 10 avtobusla gəliblər. Polislər bazarda çalışan azərbaycanlıları döyərək oradan qovublar.
Hazırda bazar bağlıdır və heç kəs buraxılmır. OMON-çular hadisə yerinə gedən “Millətin səsi”qəzetinin iki əməkdaşını saxlayıb. Onları naməlum istiqamətə aparıblar.
Hazırda bazarın rəhbərliyi yerli adminstrasiya ilə danışıqlar aparır. Hücumun səbəbi bilinmir.
Qeyd edək ki, həmin bazarda 5000-dən çox soydaşımız işləyir.
www.zerdab.com saytına verilən məlumata görə, döyülənlər və xəsarət arasında Zərdab rayonundan olanlar da var. Onlardan neçəsinin həbs olunduğu hələ ki, dəqiq bilinmir.
“Rusiya xüsusi təyinatlı polisi 3-4 aydan bir belə yoxlamalar keçirir. Məqsəd qeydiyyatı ilə bağlı problem olan azərbaycanlılardan pul yığmaqdır”. Bu açıqlamanı APA-nın Moskva müxbirinə Pokrovski meyvə-tərəvəz bazasında çalışan həmyerlilərimiz bildiriblər.
Onların sözlərinə görə, Rusiya xüsusi təyinatlı polis dəstələri – “OMON” il ərzində bir neçə dəfə bazada belə yoxlamalar aparır: “Bu, adi hal alıb. Onlar meyvə-tərəvəz bazasında çalışan azərbaycanlıların və digər qeyri-rus millətindən olan şəxslərin qeydiyyat vərəqəsini yoxlayırlar. Problemi olan şəxslər OMON tərəfindən avtobuslara doldurulub Brılyov Rayon Polis Şöbəsinə aparılır. Orada onların hərəsindən 4-5 min rubl pul alıb sərbəst buraxırlar. Bu gün də OMON belə bir yoxlama keçirdi. Artıq OMON tərəfindən saxlanılan şəxslər sərbəst buraxılıblar”.
Moskvanın Pokrovsk meyvə-tərəvəz bazasında xüsusi təyinatlı polis tərəfindən aparılan yoxlama planlı reyd olub”. Bu barədə APA-nın Moskva müxbirinə Rusiya Daxili İşlər Nazirliyindən məlumat verilib. Nazirlikdən bildirilib ki, reydin məqsədi bazada fəaliyyət göstərən şəxslərin qeydiyyatının yoxlanması və digər məsələlər olub. DİN-dən xüsusi təyinatlıların keçirdiyi reyd barədə ətraflı məlumat verə bilməyəcəklərini söyləyiblər.
Azərbaycan Daxili İşlər Nazirliyinin Rusiya Federasiyasındakı nümayəndəsi, polis polkovniki Eldar Səmədov isə APA-ya açıqlamasında Pokrovsk bazasında baş verənlərin onun nəzarətində olduğunu söyləyib: “Bu, hər zaman keçirilən reydlərdən biridir. Xüsusi təyinatlı polis dəstələri bazarda fəaliyyət göstərənlərin qeydiyyat vərəqələrini yoxlayırlar. Bu, onların işidir. Polis tərəfindən müxtəlif bölmələrə aparılan şəxslərin xəstəliklərinin olub-olmadığı da yoxlanılacaq”.
E. Səmədov “OMON”un bu reydinin təkcə azərbaycanlılara qarşı olmadığını söyləyib: “Bazada təkcə azərbaycanlılar işləmir ki?! Burada digər millətlərin də nümayəndələri fəaliyyət göstərirlər. “OMON” tərəfindən keçirilən reyd onlara da aiddir. Orada çoxlu adamlar olur. Çoxlu adam olan yerdə cinayətkarların da olması mümkündür. Ona görə də, “OMON”un reyd keçirməsi təəccüblü bir şey deyil. Keçirilən reyd nəticəsində saxlanılanlar var. Amma heç kəs həbs olunmayıb. Saxlanılanların sayı barədə dəqiq məlumat yoxdur. Onlar müxtəlif polis bölmələrinə aparılıblar. Polis yoxlamasını aparıb, qanunu pozmayan şəxsləri azad edəcək”.
Allah köməkləri olsun!
pakrovsk bazari acilacaqmi.xais edirem bu haqda melumatlar yenilendikce mene melumat veresiz evvelceden tewk
Comments are closed.