31 mart – Azərbaycanlıların Soyqırımı Günü ərəfəsində ölkəmizdə, o cümlədən, Zərdab rayonunda soyqırım qurbanlarının xatirəsinə silsilə tədbirlər həyata keçirilmişdir. Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən tədbirlər planı təsdiq olunmuş və plana müvafiq olaraq Zərdab rayonundan bir qrup gənc Quba şəhərində aşkar olunmuş xalqımızın müxtəlif vaxtlarda başına gətirilən etnik təmizləmənin – soyqırımın əyani sübutu olan kütləvi məzarlığı ziyarət etdilər.
Quba rayonuna ziyarətə gedən Zərdab gənclərini qarşılayan Quba Rayon Gənclər və İdman İdarəsinin əməkdaşları ilə birlikdə kütləvi məzarlığa yollandıq. Rayonumzdan gedən nümayəndə heyətinə məzarlıq haqqında geniş məlumat verildi və soyqırımı qurbanlarının məruz qaldıqları işgəncələrdən danışıldı. Quba rayon Gənclər və İdman İdarəsinin rəis müavini Mənsur müəllim bildirdi ki, burada 1918-ci ildə ermənilər və bolşeviklər tərəfindən vəhşicəsinə qətlə yetirilmiş Azərbaycanlılar və Yəhudilər basdırılıb: “İndiyədək burada 400 insan qalığı tapılıb. Məzarlıq 2007-ci ildə Qubada stadionun tikintisi zamanı aşkarlanıb. Qubadakı kütləvi məzarlıqda aşkar edilən iki arx skeletlərlə doludur. Bu, ermənilərin 90 il əvvəl Qubada soyqırımı həyata keçirdiyini sübut edir. Sümüklərin antropoloji tədqiqatı onların müsəlmanlara aid olduğunu təsdiqləyir. Quba ərazisində, Qudyalçayın sağ sahilində idman kompleksinin yenidən tikilməsi zamanı üzə çıxan insan sümüklərinin töküldüyü yerdə sümüklər bir-birinin üstündə tapılıb. Sümüklər çayın sahilindəki iki quyuda aşkarlanıb. Böyük quyunun diametri 5, kiçik quyunun diametri isə 2,5 metrdir. Quyular arasında 2 metr məsafə var. Böyük quyuda yüzlərlə insan skeleti aşkarlanıb. Skeletlərin bütöv halda tapılmaması insanların öldürüldükdən sonra, sanki şaqqalanaraq bura atıldığını göstərir. Uşaq sümükləri arasından yalnız 35 skeleti bütöv halda götürmək mümkün olub. Quyudan insana aid olan hər hansı bir sübut – saç, geyim, əşya tapılmayıb. Sümüklərin tədqiqatı zamanı ölüm faktının nə vaxt baş verdiyi dəqiqləşib. Arxeoloqun bildirdiyinə görə, qədim sümüklərdə sementləşmə gedir, amma Qubada tapılan sümüklər hələ nəmliyini qoruyub. Bu isə ölüm tarixinin təxminən 80-90 il öncə olduğunu üzə çıxarır. Quyunun ətrafının ilkin tədqiqinə əsasən, qətliamların burada baş vermədiyi güman olunur. Ermənilər qətliamların üstünü örtmək üçün, çox güman ki, suyun yuyub aparacağı gümanı ilə sümükləri çayın sahilinə töküblər”.
Quba hadisələri zamanı 17 minədək insanın qətlə yetirildiyini, 22 kəndin tamamən yandırıldığını bildirən Mənsur müəllim tədqiqatların bu gün də davam etdiyini və cənab Prezidentin tapşırığına uyğun olaraq məzarlıq ətrafında muzey kompleksinin tikildiyini, işlərin yüksək keyfiyyət və sürətlə aparıldığını qeyd etdi.
Rayonumuzdan gedən nümayəndə heyətinin rəhbəri Zərdab rayon Gənclər və İdman İdarəsinin rəisi İlkin Əliyev bu gün ölkəmizdə olduğu kimi rayonumuzda da soyqırım qurbanlarının xatirəsini yad edilməkdə olduğunu və Zərdab Rayon İcra Hakimiyyəti Başçısı Lütvəli Babayev tərəfindən xüsusi tədbirlər planı təsdiq edildiyini və ziyarətin tədbirlər planına müvafiq olduğunu bildirərək gənclərin bu cür faktlardan istifadə edərək, yalançı soyqırımı iddiasında olan və heç bir sübutu, əsası olmayan ermənilərə qarşı informasiya mübarizəsinə qoşularaq beynəlxalq ictimaiyyətə bir daha çatdırılmasında öz imkanlarından istifadə etmələrinin vacibliyini bildirdi.
Bu ziyarətdə iştirak edən gənc YAP-çılar sosial şəbəkələrdən və digər vasitələrdən istifadə edərək ziyarətin onlarda yaratdığı təəssüratları daha geniş əhatədə, o cümlədən, rayon ictimaiyyəti ilə bölüşmək barədə fikirlərini bildirdilər.
Nümayəndələrimizin ziyarəti Quba şəhərində fəaliyyət göstərən Xəyal TV-nin də diqqətini cəlb etmiş və Rayon İcra Hakimiyyəti Başçısı Aparatının məsul işçisi Murad Həsənovdan, Rayon Gənclər və İdman İdarəsinin rəisi İlkin Əliyevdən və Yeni Azərbaycan Partiyası (YAP) rayon təşkilatının aparat rəhbəri Zeynal İmanovdan soyqırımı məzarlığını ziyarətlə bağlı təəssüratları barədə müsahibələr alınmışdır.
Xatırladaq ki, gənclərin bu təşəbbüsünə YAP Zərdab rayon təşkilatı aparatının, Rayon Təhsil Şöbəsinin, Suvarma Sistemləri İdarəsinin, Rayon Mərkəzi Xəstəxanasının, Gigiyena və Epidemiologiya Mərkəzinin və Mədəniyyət və Turizm Şöbəsinin gənc əməkdaşları da qoşulmuş və ziyarətdə iştirak etmişlər.
Zərdab Rayon Gənclər və İdman İdarəsinin əməkdaşı Bəxtiyar Nurəliyev
Sadece Ehsen Halaldir
bura gerek gencler ve ya mekdebliler de gede.cavan qizlar ve oqlanlar.tariximizi daha tanisin derinden
halal olsun.
Ela. Biz de getmiwdik. Gencler ve Idman Idaresine minnetdarig ki, genclerimizi bele ekskursiyalara aparib tariximizle daha yaxindan taniw edirler.
———————————————–
———————–
Anonim şerh yazanlar, gizli adlarla yazmağa, kimise qaralamağa ehtiyac yoxdur. Şerhiniz yayımlanmayacaq.
İstəyirsiz açıq adla yazım təki siz yayımlayın
Heç olmasa camaat baxanda görsün ki rayonumuzun saytında demokratiya var.Çox gülməli səslənir amma bu da böyük şeydir
Məncə bunun ən yaxşı yolu məktəblərdə uşaqları maarifləndirməkdir.Əminəm ki,bu barədə heç səhər tezdən nə Azərbaycan marşı oxunub şəhidlərin xatirəsinə nə də məktəbdə bu barədə tədbir olub(ən azından biz oxuduğumuz vaxtlarda belə idi).Bunlar hamısı camaatın gözündən pərdə asmaqdı.Uşaqları vaxtında məktəblərdə maarifləndirə bilmədiyimizə görə bu dedikləriniz başımıza gəlib.Bizim rayonda da Maarif şöbəsi maşallah “üyüdür tökür”
AMMA FIKRIMCE BUNU HER SOY QIRIM CATANDA YA DA QARABAGIMIZIN ISQALI CATANDA XATIRLAMAQ LAZIM DEYIL.HER VAXT LAZIMDIR.HER AN.HER SAAT.GEREK TEBLIGAT GUCLU OLA.BU DA HARDADI KI?
Comments are closed.