İcra başçısı: “31 mart soyqırımı öz siyasi-hüquqi qiymətini almalıdır”

1
58

31 mart soyqirimiArtıq 29 mart 2013-cü il tarixdən etibarən Zərdab rayonunda Azərbaycanlıların mart soyqırımı ilə bağlı silsilə tədbirlər keçirilir. Şəhər mərkəzində yerləşən Şəhidlərə Xatirə parkında 31 mart Azərbaycanlıların soyqırımı günü ilə bağlı  Şəhidlərin Xatirə Kompleksi önünə uşaq bağçalarının və məktəblilərin iştiraklı ilə gülqoyma mərasimləri keçirilib. Rayonun bütün idarə və təşkilatlarında, təhsil, səhiyyə və mədəniyyət müəssisələrində soyqırımı qurbanları anılıb.

30 mart 2013-cü il tarixdə Şəhidlərə Xatirə parkında Azərbaycanlıların mart soyqırımı ilə bağlı  ümumrayon anım mərasimi keçirilib. Hüznlü musiqi sədaları altında Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Lütvəli Babayev və hüquq mühafizə orqanlarının rəhbərləri Azərbaycanlıların soyqırımına həsr olunmuş rəsmlərə və divar qəzetlərinə baxıblar. Rayon rəhbərliyi parkı ziyarət edərək Azərbaycanlıların soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidə kompleksinin önünə gül dəstələri qoyub.

Mərasimdə Rayon İcra Hakimiyyətinin başçısı Lütvəli Babayev “31 mart – Azərbaycanlıların soyqırımı günüdür” mövzusunda geniş məruzə ilə çıxış edib. O, qeyd edib ki, Azərbaycan xalqına qarşı dəfələrlə törədilmiş və uzun illərdən bəri öz siyasi-hüquqi qiymətini almamış soyqırımı da tarixin açılmamış səhifələrindən biridir. 1813-cü və 1828-ci illərdə imzalanan Gülüstan və Türkmənçay müqavilələri Azərbaycan xalqının parçalanmasının, tarixi torpaqlarımızın bölünməsinin əsasını qoydu. Qısa bir müddətdə bu siyasət gerçəkləşdirilərək ermənilərin Azərbaycan torpaqlarına kütləvi surətdə köçürülməsi həyata keçirildi. Azərbaycan xalqının bu milli faciəsinin davamı kimi onun torpaqlarının zəbti başlandı.

Soyqırımına həsr olunmuş mərasim rayon mədəniyyət evinin kollektivinin ifasında kompozisiya ilə davam edib.

Mərasim iştirakçıları Şəhidlərə Xatirə parkındakı abidələr önünə gül dəstələri qoyaraq soyqırımı qurbanlarının əziz xatirəsini yad ediblər.

Soyqırımı qurbanlarının xatirəsini yad etmək üçün bu günlərdə Zərdab rayonunun bütün inzibati ərazilərində şəhidlərin xatirəsinə ucaldılmış abidələr məktəblilər və kənd ictimaiyyəti tərəfindən ziyarət olunaraq abidələr önünə gül-çiçək qoyulub.

Soyqırımı günü ərəfəsində rayon gənclərinin və YAP fəallarının bir qrupu Quba kütləvi məzarlığını ziyarət ediblər.

Rayonun bütün məscidlərində soyqırımı qurbanlarının xatirəsinə dini mərasimlərin təşkil olunub.

Zərdab Rayon İHB Aparatının informasiya təminatı və təhlil sektoru.

Zerdab-31 mart tedbiri

31 martsoyqirimi-kitab

 

1 comment

  1. butun sehidlerimize allah rehmet elesin qebirleri nurla dolsun sehidlerimiz hec vaxt unudulmur onlar olmezdiler biz azerbaycanlilarin hemise qelblerinde yasayilar

Comments are closed.