Zərdabıma məktub

8
71

zerdab.com-Zerdab rayonu-Zərdab rayonu

Qurban Süleymanov-Şahhüseynli

Salam. Mən Süleymanov Qurban Süleyman oğlu 1976-cı ildə Zərdab rayonunun Şahhüseynli kəndində anadan olmuşam. Bakıda yaşayıram. İlk öncə rəhbərliyə, eləcə də bu saytın yaradılmasında və fəaliyyətində əməyi keçən hər bir kəsə dərin təşəkkürümü bildirirəm. Saytı maraqla izləyirəm, doğma rayonum haqda müfəssəl məlumatlar alıram. Bütün bölmə və yazıları çox bəyənirəm.

Mən Zərdablı olmağımla çox fəxr edirəm və bunu fərəhlə hər bir yerdə deyirəm. Çünki həqiqətən də fəxr ediləsi rayonumuz və insanlarımız var. Harada Zərdablı olduğum haqda söz açmışamsa kənar bölgələrin əksər insanlarından Zərdab və onun sakinləri haqda yalnız xoş sözlər eşitmişəm. Xüsusən də onunla fəxr etməliyik ki, Zərdab insanı ölkədə mədəni, sakit, mehriban, humanist, savadlı insan kimi tanınır. O torpaq ki, bir tək Həsən Bəy Zərdabi kimi dahi, əsl vətənpərvər azərbaycanlı yetişdiribsə, demək çox müqəddəsdir. Düşünürəm ki, bizim də ən ümdə vəzifəmiz daim Zərdabımızı və Zərdabimizi Respublikamızın hər yerində layiqincə təmsil etmək, onların adını uca tutmaqdan ibarətdir.
Bəlkə də təvazökarlıqdan uzaq olacaq, kimlərsə məni düz anlamayacaq, ancaq inanın səmimiyyətimə ki, mən həmişə kimə nə yaxşılıq, bacardığım köməyi etmişəmsə ona hansısa bir məqamda mütləq Zərdablı olduğumu bildirmişəm. Düşünmüşəm ki, bu addımımla həmin insanda canım Zərdabım haqda müsbət fikir formalaşdıraram, nə vaxtsa onun da qarşısına hansısa bir Zərdablı çıxarsa o bunu xatırlayaraq həmin insana kömək edər.
Hörmətli Sayt! Çox məzmunlu, zəngin bölmələriniz fəaliyyət göstərir. Mənim də müəyyən təkliflərim var. Qəbul edərsinizsə çox şad olaram.
1. Gəlin Zərdabımızı daha da yaxşı tanıtmaq üçün ZİYALILARIMIZ və SEÇİLƏNLƏRİMİZ bölmələrini daha da genişəhatəli edək. Rayonumuzun görkəmli insanlarını – alimləri, idmançıları, yüksək vəzifəli məmurlarımızı və s., onların həyat və fəaliyyətlərini tam dolğunluğu ilə əks etdirən materialların sayını çoxaldaq. (Bu istiqamətdə kəndlərimizin İcra Nümayəndəliklərinin köməkliyindən istifadə etsək yüksək nəticələr əldə etmək olar.) Məsələn, bu gün bəlkə də Zərdabda çox az adam bilir ki, yaxın keçmişdə məşhur olan güləş üzrə üçqat dünya çempionu Məhyəddin Allahverdiyev Zərdab rayonunun Şahhüseynli kəndindəndir. Gənc nəsil Zərdablılar çox güman ki, ümumiyyətlə bu haqda məlumatsızdırlar, yaxud da az məlumatlıdırlar. Düşünürəm ki, bu güləşçimiz haqda Saytda məlumat verilsə, həm idmanımızın keçmişinə hörmətlə yanaşmış olarıq, həm də gənclərimiz bu idmançımızla fəxr edər, nəticədə isə güləşə , idmanın digər növlərinə daha da həvəslə yanaşarlar.
2. Məni bir Zərdablı kimi daim bir məsələ narahat edir ki, necə ola bilər ki, Məlik Məhərrəmov kimi Sovet İttifaqı Qəhrəmanı yetişdirən bir torpağın vətən torpağımız olan Qarabağ müharibəsində şəhid olmuş yüzlərlə igid oğlanları arasında Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülən övladı olmasın. Çox sağ olun, “ŞƏHİDLƏRİMİZ” bölməsində bir neçə igid oğullarımız haqda yazmısınız. Ancaq bu sahədə daha çox əziyyət çəksək (bu bizim borcumuzdur), daha çox jurnalist tədqiqatı aparsaq əminəm ki, igidlərimizin, şəhidlərimizin elə döyüş qəhrəmanlığı nümunələrini üzə çıxarmış olarıq ki, Azərbaycan Respublikasının Milli Qəhrəmanı adına layiq görülmək üçün bütün şərtlərə cavab vermiş olsun. Elə bu addıma Ümummilli Liderimiz tərəfindən “Hərbi xidmətlərə görə” medalı ilə təltif olunmuş Müşfiq Hacıyevin döyüş yolunun daha geniş şəkildə araşdırılmasından da başlamaq olar. Mən qəti əminəm ki, Milli Qəhrəman adına layiq şəhidlərimiz var. Düşünürəm ki, əsaslı faktlar əldə edə bilsək və bununla bağlı Ali Baş Komandanımıza müraciət etsək arzumuza çatarıq. Ümumiyyətlə isə “Şəhidlərimiz” bölməsində rayonumuzun bütün şəhidlərinin döyüş yolunu, əsgərlik həyatını əks etdirə bilsək, onların da ruhları şad olr. Qeyd etmək istərdim ki, Şahhüseynli kəndində 4 şəhid, 1 itkin var.
3. Gənclərimizin gələcəyimiz olduğunu düşünərək onlara aid bölmənin də saytda yaradılması ümumi işin xeyrinə olar. Bu bölmədə Zərdabımızın yüksək bal toplayan tələbələri, idmançıları, istedadlı, vətənpərvər, qeyri-adi bacarığa malik gəncləri, onların əl işləri, nailiyyətləri barədə də məlumatlar əksini tapsa çox əhəmiyyətli olar.
Bu yaxınlarda mərhum bir Zərdablı gənc (Allah ona rəhmət etsin, AMİN!) haqda oxumuşdum ki, Ramil Səfərov Macarıstanda həbsdə olarkən, xüsusən də məhbus həyatının ağır keçdiyi ilk illərdə – Onun ən ağır anlarında Macarıstanda təhsil alan və macar dilini bilən həmin Zərdablı gənc Ramil Səfərova mütəmadi olaraq əlindən gələn köməyi göstərib. Saytda bu faktla bağlı daha ətraflı məlumat verilərsə, bu məlumat bütün ölkə ictimaiyyətinə yayılarsa, gənclərimiz bu təqdirəlayiq vətənpərvərlik nümunəsindən bəhrələnə bilərlər. Rayonlarımızın sakinləri arasında qardaşlıq telləri daha da möhkəmlənər.
4. “Ölkə gündəmi” bölməsindəki yazıları daha da genişəhatəli etməklə, ölkədə baş verən ictimai- siyasi, sosial-iqtisadi hadisələri Zərdab əhalisinə daha ətraflı çatdırmaqla onların ölkəmizin ictimai-siyasi həyatında daha aktiv şəkildə iştirakına şərait yaratmış olarıq. Nəticədə Zərdab rayonu da inkişaf etmiş rayonlarımızın sırasında öz layiqli yerini tutar.
5. Təəssüf ki, rayonumuzun çox gözəl turizm potensialı olmasından çoxumuzun məlumatı yoxdur. Tanrı Şirvan və Qarabağ bölgəsinin qovşağında yerləşən və bu bölgələrin ümumi coğrafi xüsusiyyətlərini özündə cəmləşdirən gözəl Zərdabımıza Tuqay meşəsini, Kür çayının sahil boyunca çox əhəmiyyətli bir yerləşməni bəxş etmişdir. Demək olar ki, əksər kəndlərimiz də Kür çayının sahili boyunca yerləşmişdir. Bu xüsusiyyət rayonumuza çox böyük turizm gələcəyini vəd edir. Bu baxımdan Zərdabımızın alternativi yoxdur. Biz mütləq rayonumuzun turizm potensialını tam təfsilatı ilə ölkə səviyyəsində qabartmalıyıq. Cənab Prezident də bu yaxınlarda qeyd etdi ki, bölgələrin potensial imkanları barədə sahibkarlar, aidiyyəti qurumlar təklif və məlumatlarını versinlər. Fəaliyyətimizi bu istiqamətdə qura bilsək Zərdab və zərdablıların gələcəyi daha da gözəl olar.
6. Bölmələrinizin hamısı çox aktual və maraqlıdır. “Kəndlər” bölməsində kəndlərimizin ən görməli, görkəmli, qeyri-adi görünüşlü, turizm cəlbediciliyi olan ərazilərindən bir neçə şəkillər yerləşdirsəniz, onların tarixi və s. haqda, ziyalıları, şəhidləri (şəkillərlə), dini abidələri, pir və ocaqları haqda da məlumat versəniz çox gözəl olar.
Bizim olana sahib çıxmağı bacaraq. Azərbaycanımızın ərazisində yerləşən ən nüfuzlu ocaqlardan biri olan Veyis Baba ziyarətgahı təəssüf ki, bu gün Zərdab və Ağdaş rayonları arasında mübahisə obyektinə çevrilib. Bu pir rayonumuzun Yuxarı Seyidlər kəndində yerləşsə də təəssüf ki, Ağdaş rayonunun ərazisi kimi tanınır.
Sonda Sizə və bütün Zərdablılarıma can sağlığı, biri-birilərinə, rayonumuzun adına, özünə daha da böyük hörmət və sevgilə yanaşmağı arzulayıram.
İcazənizlə yazdığım bu iki şerimi Sizə və oxucularımıza təqdim etmək istəyirəm. Şerlərdən istifadə etsəniz və müraciətimə münasibət bildirsəniz çox şad olaram.

BÜTÖV AZƏRBAYCANIM
————————————–
Öpmək istəm dərdli anam əlindən,
Gözəl-göyçək nazlı sonam telindən,
Xəbər verin mənə o tay elimdən,
Yana qəlbim közü qala arada!
Təki bu köz Xan Arazı quruda!
Qurban olum o taydakı bacıma,
Namusuna, qeyrətinə, arına.
Araz qoyub ürəyimi virana.
Görüm səni quruyasan, ay Araz!
Millətim tək zarıyasan, ay Araz!
Gedəmmirəm TƏBRİZİMƏ neyləyim?!
Mən bu dərdi axı kimə söyləyim?
Qardaş bilmir qardaşının kimliyin!
Bundan böyük dərdmi olar dünyada,
ALLAH! Necə dözürsən bu fəryada?!
Anam TƏBRİZ! Mən bilirəm dərdini.
Dərd bükmüşdür bükülməyən qəddini.
Aşacağıq bir gün biz, fars səddini.
Gün doğacaq AZƏRBAYCAN elimə,
Qan qardaşım əl verəcək əlimə.
QARABAĞIM tapdaq altda qan ağlar!
Gecə-gündüz sizi-bizi soraqlar.
Yer də, göy də ağı deyib zarıldar,
Gəl qardaşım, tək qalmışam çat dada,
Yumruq kimi bir olaq bu davada!
Darıxmayaq dövr gələr, vaxt olar,
Düşmən taxtı çönər qarabəxt olar.
Gediş-gəliş həmişə, hər vaxt olar
GÜNEY-QUZEY arzusu, niyyəti bu!
TƏBRİZ-BAKI xiffəti, həsrəti bu!
Gəl Birləşək! Cənubdakı qardaşım!
Bunu istər 50 milyon soydaşın!
Vərəqləyək tarixmizin yaddaşın.
Mən ürəyəm, sən də mənim qanımsan,
BÜTÖV! VAHİD! TƏK AZƏRBAYCANIMSAN!
Qurban deyər: Şəhriyarım, xəstəyəm.
Qulaq yerə dikib daim səsdəyəm.
Ruhum sizdə, özüm bu tərəfdəyəm.
Ayrılığı yaman yerdə saldılar,
SİZİ BİZDƏN, BİZİ SİZDƏN ALDILAR!
AZƏRBAYCAN! Canım mənım! zaman gələr üzün gülər.
Təbriz-Bakı dilimizdə sonsuzadək bir səslənər.
Yüz illərin həsrətinə inşaallah son qoyular,
Parçalanmış ana yurdum nəhayət ki, BÜTÖV OLAR!

TÜRKİYƏM
——————-
Gəl birləşək, TÜRK qardaşım!
Gücümüz bir olmaqdadır.
Bu zalım və haqsız dünya,
Bizə qarşı qalxmaqdadır.
Biz bunu tam hiss etmirik,
Çünki dünya hiyləgərdir.
Gizli qurulan planlar,
Müsəlmana yönəlibdir.
Ey Türkiyəm! Canım mənim,
Güvənc yerim, qürur yerim.
Arzum budur sonsuzadək
Səni güçlü, məğrur görüm.
Düşmənlərin adı, sayı
Günü-gündən hey çoxalır.
Mənim güclü TÜRKİYƏMSƏ
Ucaldıqca hey ucalır.
Ey TÜRKİYƏM! Sən güclü ol!
Yağı düşmən qoy məhv olsun.
Türklüyündən sən ilham al,
Dünya sənə heyran qalsın.
Sən Türklüyün Fəxarəti,
Sən İslamın qalasısan.
Harda kasıb, məzlum varsa,
Orda mütləq sən də varsan.
Sən bu haqsız dünyamızın haqq səsisən,
Məzlumların, fağırların güvənc yeri, ümidisən.
Fələstində neçə ildir yüz minlərlə müsəlmanın qanı axır!
Hara baxır İslam əhli?!
Sən ordasan! Sən yanırsan, odlanırsan,
Sən dünyaya hayqırırsan!
Dözəmmirsən haqsızlığa.
İraqda da eyni dəhşət, eyni vəhşət.
Yenə qanı axır, görən kimin-əlbəttə ki, müsəlmanın!
Nədir bu səs?! Hardan gəlir?
Dünya səsdən silkələnir.
Kim olacaq?! Əlbəttə ki, TÜRKİYƏMDİR!
Neçə ildir Fələstində nahaq yerə cuhud qırır müsəlmanı,
Bəs dünyada haqq-ədalət, humanizm görən hanı?
Niyə tutmur İraqdakı qana-qəltan körpələrin, qocaların
Ah-naləsi Amerikanı?!
XOCALIMDA millətimi TÜRKDÜR deyə
Uşağumdan-qocamadək, qadınımdan-kişimədək,
Qana qəltan etdi Vazgen.
Bapbalaca cocuqları,
Hələ insan sayılmayan, doğulmayan,
Körpə-ətcə bəbələri çarxa çəkdi, oda atdı,
Ən körpəcə ürəklərə süngü taxtı mənfur düşmən.
Səbəb nədir? Tək cavab var: Müsəlmanam-Həm də TÜRKƏM.
Fəxr edirəm Müsəlmanam, fəxr edirəm ki, mən TÜRKƏM!
Özbəkistan, Qazaxstan, Qırğızstan, Türkmənistan.
O da TÜRKDÜR! Mən də TÜRKƏM!
Kim düşünür ki, mən təkəm?
Bax, erməni! Mənfur qonşu, mənfur düşmən,
erməniyə daha neçə dəstək olan, TÜRKƏ düşmən!
Qanı-qanımdan olan neçə TÜRK qardqşım var.
Bir millət, iki dövlət deyən Arkadaşım var.
Dayağım var, arxam var,
Güneydə 30 milyon canı canımdan olan,
AZƏRİ soydaşım var!
Gün gələcək yer üzündə TÜRK dünyası birləşəcək,
Birgə olsa, həmrəy olsa TÜRKÜN ƏSRİ tez gələcək!
Fəxr edirəm TÜRKLÜYÜMLƏ, çün şərəfli tarixim var,
Yeriyirəm çox ürəklə, gələcəyə inamım var!
Fəxr edək ki, TÜRK qardaşım, Allah bizi TÜRK yaratdı!
Bu nə demək? O demək ki,
Sən mənim qan qardaşımsan,
Canım, gözüm SOYDAŞIMSAN!!!

www.zerdab.com

8 ŞƏRH

  1. cox yaxsi biz ailalikca bu saytin oxucusuyuq,man ozimda konullu QARABag doyusunda olmusam,,rayonumuzdan coxlari haqqinda bilgim var .Cox sag olun bu taklifada gora Zardabimizin tarixini bilmak cox lazimdir

  2. SUSEN ZERDABLI
    23:14
    (Y)Cox saqolun deyirem bu maraqli ve deyerli mektubu yazan hem yerlimizede bu mektubu bizlerle paylawanada.
    Doqurdanda bu mektubda o sozlerin nece urekden geldiyini eline obosina olan sevgi necede gozel tesvir edilib.Hemde cox gozel gosteriwler verilib.Ehsen size, Zerdabin suyu coreyi halal olsun size .Kaw ki ,her bir Zerdabli oz yurdu haqda bele ferehle daniwaydi oz elini obasini sevdirmek ucun bele urekden caliwaydi .Kaw ki hamimiz bir olub Zerdabimizi dahada tanitdira bilek sevdire bileydik

  3. muselman kimi muselman olduguna hec wubhemiz yoxdu.ancaq muselmanlarin bu qeder awagilanmagina gorede ureyinin yanmasinada hec wubhemiz yoxdu.sen xalqimiz ucun cox deyerli ve lazimli memursan.inaniram ki,ellerine elin catmayan o taydaki milletimiz ucun olan butun arzularina catarsan.allh butun arzularina qovuwdursun seni.men fexr edirem ki,senin kimi vetenperver xalam oglu var.

  4. EY VETEN OGLU ALLAH seni ve senin kimi ziyali,vetenperver insanlari bu xalqa,millete cox gormesin.Yaz,yarat ki bizlerde oxuyub sesine hay verek.INSALLAH sesin daha yukseklerden gelsin..

  5. Cox gozel Qurban dayi.gorunurki cox vetenperver insansiniz.Allah sizi bu millete cox gormesin.Hemise qeleminiz guclu olsun.Amin

  6. Cox sagolun zerdab haqqinda yazdigiviz ucun mende zerdabliyam ve bunnan fexr edirem..menim15yawim var bakida qaliram amma tez tez zerdaba gedirem cox sevirem zerdabi ewq olsun zerdablilara…

Comments are closed.