Zərdabi Muzeyinin kollektivindən “31 mart – soyqırımı günü” tədbiri

0
48

Zerdab-tedbirZərdab rayon mədəniyyət və turizm şöbəsində Həsən bəy Zərdabi muzeyi kollektivinin təşkilatçılığı ilə “Azərbaycan tarixinin qanlı səhifəsi—31 mart soyqırımı günü” tədbiri keçirildi.

Öncə iştirakçılar 31 mart soyqırımı qurbanlarının xatirəsini yad etdilər.

Zərdabi muzeyinin direktoru Vəfa Bayramova ermənilərin zaman-zaman xalqımıza qarşı törətdikləri soyqırımın tarixindən danışdı.

Muzeyin əməkdaşları Tamilla Məmmədova, Tavad Qurbanova, Günay Şirinova, Rəhimə Rəhimli azərbaycanlıların məruz qaldığı soyqırımı hadisələrinin ayrı-ayrı dövrlərini şərh etdilər, bu qanlı genosidin qurbanlarının xatirəsinin hər zaman ehtiramla yad edilməsindən söz açdılar.

Şəhər 1 və 2 saylı tam orta məktəbləri şagirdlərinin ifasında ədəbii-bədii kompozisiya nümayiş etdirildi.

Tədbir iştirakçıları çıxış edərək xalqımıza qarşı soyqırımı törədənləri lənətlədilər, genosid qurbanlarının xatirəsinin hər zaman əziz tutulmasından razılıqla danışdılar, bu faciələrin qisasının düşməndən mütləq alınacağına əminlik ifadə etdilər.

Zerdab-tedbir