Təcrübəli təyyarə komandiri: Adil Qəniyev, ad gününüz mübarək!

5
88
TƏCRÜBƏLİ TƏYYARƏ KOMANDİRİ ADİL QƏNİYEV
TƏCRÜBƏLİ TƏYYARƏ KOMANDİRİ ADİL QƏNİYEV

Səmimiyyəti, sadəliyi və düzgünlüyü ilə həmişə fərqlənmiş ADİL QƏNİYEV haqda onun üçün unudulmaz olan AD GÜNÜNDƏ xoş sözlər demək biz Əlvəndlilər üçün çox sevindiricidir. ADİL SURU OĞLU QƏNİYEV  24 mart 1950-ci ildə ZƏRDAB rayonunun ƏLVƏND kəndində sadə bir zəhmətkeş ailədə anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra, özünün dediyi kimi, arzuların qanadında DÜNYA turnesinə yollanıb. Hərbi xidməti başa vurub, sonra 1970-ci ildən Rusiya federasiyasının ÇİTA şəhər Aviasiya Texnikomunu bitirərək Novosibirsk şəhər mülki aviasiya dəstəsində artıq təcrübəli pilot kimi uçuşlara başlayır. Bir neçə il sonra isə ADİL müəllim SANKT-PETERBURQ Milli Aviasiya Akademiyasına daxil olur. AKADEMİYANI fərqlənmə diplomu ilə bitirərək öz sevimli peşəsini davam etdirir, təyyarə komandiri, eskadriliya komandiri, aviasiya inspektoru kimi vəzifələrdə çalışaraq 20 ilə yaxın Rusiyada işlədikdən sonra, 1990-cı ildə Vətənimizin o ağır, çətin günlərində ölkəmizə qayıdaraq, dövlət milli aviasiya şirkətində işə başlayır. ADİL müəllim QƏNİYEV  2 il sonra yeni yaranmış Azərbaycan Hava Yolları (AZAL, АЗАЛ, ”Azerbaijan Airlines”) şirkətinin təyyarə bazasını möhkəmləndirmək məqsədi ilə həm təhsilini bir daha artırmaq və yeni müasir tipli sərnişin təyyarəsi gətirmək məqsədi ilə ABŞ-a göndərilir. Amerikanin Dallas şəhəri aviasiya şirkətində təhsilini başa vurduqdan sonra, yenicə müstəqil olmuş ölkəmizə Azərbaycan Hava Yolları (AZAL, АЗАЛ, ”Azerbaijan Airlines”) şirkətinə ilk BOİNQ sərnişin təyyarəsini gətirir. Həmin vaxtdan etibarən BOİNQ sərnişin laynerinin komandiri kimi çalışan ADİL müəllim öz sevimli peşəsini gənc nəslin nümayəndəsi olan öz sevimli övladına da sevdirmişdir. Beləcə, böyük övladı RUSLAN  da MİLLi AVİASİYA  AKADEMİYASINI əla qiymətlərlə bitirərək, Azərbaycan Hava Yolları (AZAL, АЗАЛ, ”Azerbaijan Airlines”) şirkətində sərnişin təyyarəsində uçuşlara başlayır. Hal-hazırda  RUSLAN gənc olmasına baxmayaraq, maşallah olsun, Aerobus A-320 sərnişin laynerinin təcrübəli pilotudur. Avropa ,YAXIN Şərq və MDB ölkələrinə sərnişin daşımasını həyata keçirir. Sonda hörmətli ADİL müəllim, AD GÜNÜNÜZ münasibəti ilə sizi səmimi qəlbdən təbrik edirik , sizə uzun ömür can sağlığı, çox çətin və şərəfli işinizdə uğurlar arzu edirik. Ruslan, sizə də bu şərəfli işinizdə uğurlar. Siz pilotlarin dili ilə desək, həmişə  sizlərə – “Myakaya posadka”. Tanrı sizləri qorusun.

Təbrik etdi : MAARİF QURBANOV, ƏLVƏND

TƏCRÜBƏLİ TƏYYARƏ KOMANDİRİ ADİL QƏNİYEV
TƏCRÜBƏLİ TƏYYARƏ KOMANDİRİ ADİL QƏNİYEV
HÖRMƏTLİ ADİL MÜƏLLİMİN OĞLU - RUSLAN QƏNİYEV
HÖRMƏTLİ ADİL MÜƏLLİMİN OĞLU – RUSLAN QƏNİYEV
HÖRMƏTLİ ADİL MÜƏLLİMİN OĞLU - RUSLAN QƏNİYEV
 RUSLAN QƏNİYEV

 

 

5 ŞƏRH

  1. Məndə bir qohum kimi öz növbamda ad gununuzu tabrik ediram.Can saligi,uzun ömur arzulayiram.Allahin en sevimli bendalerindan olasiz.Her ikiniz hemisa,her an zirvelerdan əksik olmayasiz.Amin

Comments are closed.