Zərdab Uşaq və Ailələrə Dəstək Mərkəzində milli bayramımız – Novruz qeyd edilib. www.zerdab.com saytına verilən məlumata görə, tədbiri giriş sözü ilə Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktoru Könül Həsənova açaraq xalqımızın qədim və milli bayramı olan Novruz bayramı münasibətilə bütün tədbir iştirakçılarını təbrik edib. Mərkəzdə gələn qonaqlar üçün şirniyyat süfrəsi təşkil olunub. Şənlikdə rəqs və əl işləri dərnəklərindən bəhrələnən uşaqların iştirakı ilə milli rəqslərimizdən nümunələr göstərilib. Novruz bayramının atributlarından olan keçəl və kosa tədbirə dəvət olunub, yumurta döyüşdürülüb, milli adət ənənələrimizi əks etdirən səhnəciklər göstərilib. Məktəblilərin göstərdiyi flaşmob tədbir iştirakçılarına xoş ovqat bəxş edib.
www.zerdab.com
Allah razi olsun.Bu cur tedbirlerin kecirilmesi cox gozeldir
Men Zerdab sakini olaraq bu Merkezin iscilerine oz minnetdarligimi bildirirem.Cunki onlar butun isleri temennasiz edirler.Men ozum de bu Merkezde pulsuz Kompyuter derneyinin uzvuyem.Allah razi olsun.
Comments are closed.