Zərdabın tarixində ilk…

33
53

Zerdab-NovruzMobil telefonuma SMS gəldi: “Mədəniyyət” kanalına bax”. Kanalı dəyişirəm və məlum olur ki, martın 2-də rayonumuzda keçirilmiş Novruz şənliyindən hazırlanmış veriliş efirə verilir. Dost-tanışlar da bu verilişdən xəbər tutsunlar deyə təcili “odnaklassnik”də, “feysbukda”, “zerdab.com” qrupunda “Mədəniyyət” kanalına baxın” yazıram. Daha sonra televiziya qarşısında oturub ailəlikcə bu verilişi izləyirik. Doğma rayonumuzda belə təmtəraqlı, rəngarəng verilişin çəkilməsi həqiqətən də, qürurvericidir.

Bu yerdə qeyd edək ki, verilişdən müəyyən fraqmentlər Azərbaycan Dövlət Televiziyasının (AzTV) “Səhər” verilişində neçə gündür hissə-hissə efirə verilirdi. Amma verilişi bütöv izləməyin zövqü başqa idi (Eyni şənlikdən hazırlanmış növbəti veriliş martın 20-də AzTV-də yayımlanacaq-red).

Peşəkarlıq baxımından verilişi yüksək səviyyədə hesab etmək olar. Rayon yerində belə rəngarəng verilişin çəkilməsi heç də asan deyil. Həmkarlarıma bu əziyyətlərinə görə təşəkkür düşür…

*********

Zərdabda belə bir verilişin çəkilməsinin ideya müəllifi rayonumuzun rəhbəri Lütvəli Babayevdir. L. Babayev bundan öncə AzTV-nin “Kinokulub” verilişinin rayonumuzda çəkilişi təklifini vermişdi. Veriliş çox maraqlı da alınmışdı. Amma Zərdabda çəkilən Novruz şənliyi sözün həqiqi mənasında möhtəşəm idi. İnanıram ki, bu veriliş rayonumuzdan olan insanlarla yanaşı, bütün ölkə vətəndaşlarının ürəyincə oldu.

Xalq mahnılarımız, muğamlarımız, gənclərimizin rəqsləri, yaşlı analarımızın maraqlı söhbətləri, Kürdə gəzinti, adət-ənənələrimizin nümayişi, verilişi əvvəldən axıradək izləyənlərdə sözün həqiqi mənasında əsl nostalji hislər yaratdı.

Veriliş yayımlandıqca rayonumuzda, Bakıda, Rusiyada yaşayan həmyerlilərimizdən internetdə həm bayram təbriki, həm də verilişlə bağlı xoş mesajlar aldıq.

*********

Adətən, bizlər tənqid etməyi yaxşı bacarsaq da, təşəkkür etməyə tənbəllik edirik. www.zerdab.com saytı olaraq, dəfələrlə belə vəziyyətlə üzləşmişik.

Odur ki, Zərdab rayon İcra Hakimiyyətinin başçısı Lütvəli Babayevə təşəkkür yazısı yazmağı özümüzə borc bildik.

Ona görə ki, Lütvəli müəllim bu verilişin çəkilişinə şərait yaratmaqla, dəstək verməklə ilk növbədə, rayonumuzu ölkə miqyasında təbliğ etmiş oldu.

Veriliş harada yaşamağımızdan asılı olmayaraq, hər birimizdə yüksək əhvali-ruhiyyənin yaranmasına səbəb oldu. Verilişi izləyənlər rayonumuzda adət-ənənələrimizə, milli dəyərlərimizə nə qədər böyük hörmət olduğunu gördülər.

Rayonumuzda belə kütləvi verilişin çəkilib telekanallarımızda efirə verilməsi bir ilkdir. İndiyədək biz belə verilişləri daha çox digər şəhər və rayonların timsalında izləmişdik. Həmişə də arzulamışdıq ki, rayonumuzda da belə verilişlər çəkilsin. Verilişin efirə verilməsi bu mənada arzumuzun gerçəkləşdiyi an idi…

Bir daha bu verilişin ərsəyə gəlməsində əməyi olan hər kəsə səmimi-qəlbdən təşəkkürümüzü bildiririk. İnanırıq ki, bu son deyil, davamı hələ çox olacaq.

*********

Sonda qeyd edək ki, veriliş efirə verilən gün, yəni martın 19-da Prezident İlham Əliyev Bakıda Novruz bayramı münasibətilə ümumxalq şənliyində iştirak etdi və nitq söylədi. Bu yazımızı məhz Prezidentin həmin tədbirdə səsləndirmiş olduğu fikirlərlə yekunlaşdırmaq istəyirik. Prezident dedi: “Hər bir vətəndaş yaşadığı yerdə öz səylərini göstərməlidir ki, ölkəmiz daha da inkişaf etsin, çiçəklənsin, insanlar daha da yaxşı yaşasınlar, Azərbaycan uğurla irəliyə getsin. Mən əminəm ki, bundan sonra da bizim inkişaf yolumuz həmişə açıq olacaqdır”.

Bəli, biz də ümid edirik ki, ölkəmiz, ölkəmizin bir parçası olan doğma Zərdab rayonumuz daha da inkişaf edəcək və bizlər də bütün uğurlara görə sevinəcəyik.

Əziz oxucular, sizi və bütün Azərbaycan xalqını bu gözəl Novruz bayramı münasibəti ilə ürəkdən təbrik edirik. Bayramınız mübarək olsun!

Hazırladı: Nicat \ www.zerdab.com

33 ŞƏRH

  1. NOVRUZ
    BAYRAMINIZ MÜBARƏK!
    HAMINIZIN SÜFRƏSİ BOL, EVLƏRİNİZ İŞIQLI, AİLƏNİZ MEHRİBAN VƏ XOŞBƏXT OLSUN!!!
    NOVRUZ GELBINIZI XOSH HISLERLE DOLDURSUN. SAGLAMLIGINIZ MOHKEM,ARZULARINIZ SONSUZ, UMIDLERINIZ GERCEG OLSUN,SUFRENIZ DADLI VE BEREKETLi OLSUN AMiN !

  2. Baxdiq qardaw.qiraq yerde yawayiriq.doqurdan da fexr edirem zerdabimla.qurban olum rayonumuza.bu gede bilmedim bayrami cox teessuf

  3. Men telebelik illerinde chox aciyirdim ki, Zerdabin adini chekende chox insanlar bilmirdiler ki, bu adda rayon var ve ya o harada yerleshir. Izah edirdim ki, Goychaya, Ucara yaxindir ve pert olurdum. Amma indi Allaha shukur ki, Zerdab dunyada taninir, sheherimiz daha da gozelleshir. Son 5 ilde ise Zerdab azi 30 ilin inkishaf yolunu kechib. Novruz shenliyi tam klass, super idi. Inshallah, 2 chayin–Kur ve Qarasuyun (Turyanchayin) qovushduqu Zerdab kanalizasiya tikintisi bitenden sonra en gozel sheher olacaq.

  4. Hörmətli Nicat bəy. Bu tədbirə həqiqətən böyük zəhmət çəkilmişdi. Hər il rayonda Novruz şənliyi keçirilir, ancaq bu ilki kimi olmamışdı.Camaat 3 gün əziyyət çəkdi, əlindən gələni elədi ki, tədbir yüksək səviyyədə alınsın. Alındı da. Bu işdə zəhməti keçən hər kəsə təşəkkür düşür. Hətta şahidiyəm ki, icra aparatının bəzi işçiləri 3 gündə üst-üstə 6 saat yuxu görmədilər. Ancaq AZTV-nin bu əziyyətin fonunda bu dərəcədə bəsit proqram efirə verməsi başadüşülən deyildi. Siz jurnalistsiniz, tədbir vaxtı burda iştirak etmisinizsə yəqin bilirsiniz ki, bu cür tədbiri daha əyləncəli şəkildə hazırlamaq üçün hər şey vardı. Bu tədbir şou xarakterli idi. Yəqin ki, AZTV-də bu sahə digər kanallara nisbətən axsadığı üçün bizim tədbir də bu şəkildə alındı. Nə isə. İnşallah davamı gələr.

  5. Бу мухтар кимдирсе еле бил марсдан келиб. имкан верин бу хош кунде севинек. сизин кими —————————————– олмайа. ——————————————————-

  6. Шерхими нийе кесдинтз. еле етмейин ки о созлерден сизе де йазм

  7. Ay Şəhla xanım. Nə mən sizin kimi düşünməyə məcburam, nədə siz mənim kimi. Hamı öz fikrini yazır, xahiş edirəm öz fikrinizi yazın. Kimin nə fikirləşdiyi nəyinizə lazım? Burda 3 gün soyuqda siz də əziyyət çəksəydiniz daha yaxşı proqram tələb edərdiniz. Hər halda arxayın olun ki, bu cür tədbiri başqa kanal çəksəydi daha maraqlı alınardı.

  8. БИЗ 17 ИЛДИР ЗЕРДАБДАН КЕНАРДАЙЫГ. ХЕЛЕ БЕЛЕ БИР ЩЕЙ ОЛМАМЫЩДЫ.ХЕСЕН БЕЙ ЗЕРДАБИНИ ДЕ СЕНИН КИМИ ————— ДУЩУНЧЕЛИДЕР БЕЗДИРМИЩДИ.БОЩ БОЩ ДАНЫЩМА АЙ ——————————————– БИЛДИН

  9. Mən də ————— istəyirəm ki AZTV bütün günü o rəngarəng Zərdab tədbirini versin…Amma AzTV-nin öz dəsti-xətti var…Amma iri şəhər və rayonlardan çəkilmiş bayram görüntüləri Zərdab şənliklərinin görüntülərinə çata bilmirdi..bizim tədbirimiz daha gözəl alınmışdı..İndi də baxdıq..Zəhməti olan hər bir kəsə dərin təşəkkürlərimizi bildiririk…

  10. Ay Şəhla, adminin tez-tez şərhi kəsməsi səbəbi nədir görəsən? Nə deyim sənə. Hərə öz səviyyəsinə uyğun rəylər yazır. Sən xanım olaraq utanmırsansa mən utanıram. Get işinlə məşğul ol. Mən tədbirin bütün çəkilişini izləmişəm. AZTV-də göstərəndə də gözlədiyimi ala bilmədim və tənqid etdim. Rayon öz işini görmüşdü, TV isə yox. Tənqid etmək, çatışmayanı demək xətirə dəydiyi üçün bu günlərə qalmışıq. Sən vətəndən uzaqda Zərdabı görmüsən, sevinmisən, bunu başa düşürəm. Buradakı camaat gecə 11-12-yə qədər 3 gün əziyyət çəkib və bunun müqabilində daha yaxşı proqram gözləməyə haqqı var. 1 saatlıq çəkilişin 50 dəqiqəsi müğənnilərə həsr olunmuşdu. O müğənniləri görürük da başqa kanallarda. Kəndlərdən çoxlu sayda qadınlar gəlmişdi, saciçi yeməklər bişirildı, onların birini bircə dəqiqəlik danışdırmaq olardı. Dədə Qorqud meydanındakı çəkiliş və dirədöymə oyunundan isə heç nə göstərilmədi. Təkcə Dədə Qorqud meydanındakı çəkilişə 3 saatdan çox əziyyət çəkildi. Nə isə. Mübahisəni bir kənara qoyaq. Uğurlar

  11. novruz bayraminiz mubarek cox mohterem Prezdentimiz ve onun aile uzvlerisize uzun omur can saqliqi arzu edirem allah sizi qorusun Biz Zerdablar gelecek Prezdent seckilerinde yetkinle size ses vereceyik ,

  12. Əvvəla hamını NOVRUZ bayramı münasibəti ilə təbrik edirəm!Məqaləni də şərhləri də diqqətlə oxudum.Müəllifi də şərh yazanları da yazdıqlarını bir daha oxumağa dəvət edirəm.
    Yaxşı Mart ayının 2(iki)sində Novruz bayramı keçirmək kimin ağlına gəlib?!Yaxşı tutaq ki,bu bir “verilişdir”.Bəs ayin 20-21-də niyə şənlik keçirilmədi?!Yəni biz elə fövqalgücə malikik ki,Novruzu 20 gün qabaq gətirə bilirik?!
    Yəni bu bayram şənliyini 20 gün qabaq keçirməklə nəyə nail olduq?!Bəlkə hansısa yarışın qalibi olduq və ya Qarabağ məsələsinə mühüm bir töhvə verdik?!Çox yaxşı insanlar həmin gün yedilər-içdilər şənləndilər-öz pulları ilə.Bunun rayonumuzun inkişafına və bu inkişafda kiminsə roluna nə dəxli var.Guya kimsə olmasa idi rayonda inkişaf olmayacaqdı?Bəlkə əksinə daha sürətli olacaqdı?!Mən heç kimə nə irad tutmuram nə də Zərdabı 30 il bundan qabaqkı Zərdabla müqayisə etmirəm.Amma tənqid də edəndə tərif də edəndə müəyyən bir fakta söykənmək lazımdır.Belə tədbirləri keçirmək üçün Zərdabda iki idarə var:Mədəniyyət və Turizm idarəsi və İdman və Gənclər idarəsi.
    Qaldı televiziyalarda bu verilişin göstərilməsinə:-Allah Zərdab camaatının cibinə bərəkət versin.
    P.S.İndi 60-cı illər deyil televiziyalar belə verilişlər üçün sino gedir.

  13. йащар зердабда индийе кими беле бир щей олмушду кииииии..
    зердабы гой танысынларда.
    Чамаат балонларла учур биз хеле зердабы танытмагын дердиндейик. себеби де одур ки —————————————————- тааааааа хесен бейин заманындан бери —————————————
    инди баща душдунму ай ——————————————-

  14. Mən admindən xahiş edirəm kim nə yazıb onu bütöv verin.Çünki,hər kəs öz şərhi ilə özünü,savadını və tərbiyəsini təqdim edir.Ona görə də şəxsən mənim haqqımda kim nə yazırsa olduğu kimi verməyinizi xahiş edirəm.

  15. ——————————————————————— йащар
    ——————————————————-
    —————————–
    баща душ

  16. butun Zerdab ehline salamlar olsun heqiqetende teqdire laiqdir men beyendim bundanda yaxsisini gormek umdu ile Amin

Comments are closed.