Zərdabda himayədən məhrum uşaqlara Novruz hədiyyəsi

0
48

Zərdab rayonuNovruz bayramı münasibətilə Zərdab rayonunda silsilə tədbirlər keçirilir. Rayon İcra Hakimiyyətində 40-a yaxın hər iki valideynini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlarla rayon rəhbərliyinin görüşü keçirilib.

Tədbirdə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Lütvəli Babayev Novruz bayramı ilə bağlı qeyd edib ki, 2009-cu il sentyabrın 30-da Novruz YUNESKO tərəfindən qeyri-maddi mədəni irs siyahısına daxil edilmiş, 23 fevral 2010-cu ildə isə BMT Baş Assambleyasının 64-cü sessiyasının iclasında mart ayının 21-i “Beynəlxalq Novruz Günü” elan edilmişdir. L. Babayev bildirib ki, rayonda hər iki valideynini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlara hər zaman xüsusi qayğı göstərilir. Xalqımızın milli bayramı olan Novruz ərəfəsində 40-a yaxın aztəminatlı ailəyə maddi yardım göstərilməsi bu diqqətin bariz nümunəsidir. L. Babayev növbəti Novruz bayramını işğal altındakı torpaqlarımızda qeyd olunmağını arzulayıb.

Zərdab RİHBA-nın informasiya təminatı və təhlil sektoru