Tikanlıqda şərqi deyənlər

0
63
Baba  Babayev.           Filologiya  elmləri  doktoru,                                                              Azərbaycan Yazışılar Birliyinin üzvü.
Baba Babayev. Filologiya elmləri doktoru, Azərbaycan Yazıçılar Birliyinin üzvü.

Bu  günlərdə  radikal  müxalifət  düşərgəsində  yeni  yaradılan “El”  hərəkatı  adlı  qondarma qurum fəaliyyətə  başladığını  elan  edib. “El”  hərəkatının təsis  olunması  barədə  kütləvi  informasiya  vasitələrində  verilmiş  xəbərlərə  nəzər  saldıqda  maraqlı  məqamlarla   tanış  oluruq. “Yeni” qurumda   təmsil  olunanların hamısı – təbii  ki, Eldar  Namazov  başda  olmaqla – vaxtilə  yarıtmaz  fəaliyyətlərinə  görə  tutduqları  vəzifələrdən kənarlaşdırılmış  insanlardır. Eldar  Namazov liderlik keyfiyyətindən tamamilə uzaq olan  siyasi  fiqurdur. Faktiki  olaraq bu  hərəkatda   kimlər  təmsil  olunur? Hərəkatın  bəyanatında qeyd  olunur ki, guya qeyri –siyasi  qüvvələr  onun  əsas bazisi  olacaqdır. Belə bir sual ortaya çıxır:  ölkəmizin ziyalı   kəsimi  Eldar  Namazovun  timsalında  Azərbaycanın siyasi  gələcəyini  görə  bilərmi? Qətiyyən yox!  Belə  şəxslər daha çox  icraçı  kimi fəaliyyət  göstərə  bilərlər.Çünki belələri müəyyən həlledici məqamlarda  doğru  və qətiyyətli qərarlar vermək  imkanlarına malik deyillər.

Buna görə də hansısa yenilikçi gənclər ordusunun, liberal xətti daşıyan insanların Eldar  Namazova güvənməməsi  və burada təmsil olunmamaları  bu klubun gələcəyi haqqında  bizə  dəqiq fikir söyləməyə imkan verir.

Ötən illərin təcrübəsi göstərir  ki, sözügedən yeni qurumun ətrafına toplaşanlar “köhnə əsgərlərdir” və bu köhnə düşüncəli “ideoloqlar” yeniləşən mürəkkəb siyası dünyamızda nəinki  heç bir iş görmək iqtidarında olmayacaqlar, hətta aralarında dedi-qodulara, küsü-barışlara rəvac verəcəklər. Nəticədə bu hərəkat müxalifəti  parçalayacaq, funksionerləri  isə “nə qarı  gördük, nə  saçın hördük” -deyib, için-için sızlayıb fikir  dünyasına qərq olmaqla suyu süzülmüş qarı kimi İctimai Palata, AMİP-lə yanaşı Müsavatla AXCP-də tikanlıqda şərqi deyəcəklər.

Baba Babayev.  Filologiya elmləri  doktoru, Azərbaycan Yazıçılar Birliyinin üzvü.