Qadın kişinin icazəsi olmadan onun pulundan götürə bilərmi?

2
75

qadınDinimizə görə ailə qurmuş kişinin də, qadının var-dövləti özünə aiddir. Nə kişi qadının, nə də qadın kişinin malını, pulunu xərcləmək, satmaq və ya başqasına bağışlamaq hüququna malikdir. Ancaq ortada başqa vəziyyət varsa, yəni kişi ailəsinin, uşaqlarının ehtiyaclarını təmin etmirsə, qadın qanuni yollarla öz hüququnu tələb etmək səlahiyyətinə malikdir. Dinimizin buyuruğuna görə ailənin zəruri ehtiyaclarını təmin etmək kişinin borcudur. Əgər kişi imkanı olduğu halda bu vəzifəsini yerinə yetirmirsə, qadına onun icazəsi olmadan malından, pulundan götürmək hüququ doğur. Bunun nümunəsini Peyğəmbər Əfəndimizin (s.ə.s.) bir hədisində də görmək olar. Bir xanım Peyğəmbərimizin (s.ə.s.) yanına gəlir və həyat yoldaşının xəsisliyindən şikayət edir. Onda Rəsulullah o xanıma:
– Sən həyat yoldaşının malından özünə və uşaqlarına kifayət edəcək qədər götürə bilərsən, – deyir.
Rəsulullah bu hədisi ilə zəruri ehtiyacları təmin olunmayan qadına icazəsi olmasa belə həyat yoldaşının malından, pulundan götürmək səlahiyyət verir və bunun ölçüsüni də göstərir: “Sənə və uşaqlarına kifayət edəcək qədər”… Ancaq əgər məsələ ehtiyac məsələsi deyilsə, yəni qadın həyat yoldaşının malından, pulundan götürüb öz mülkiyyətinə keçirirsə, satırsa və ya başqasına bağışlayırsa, dinimiz buna icazə vermir…

2 ŞƏRH

  1. Allah razı olsun sizdən..maraqlı və aktual mövzudur..Məncə ər və arvadın büdcəsi bir olsa yaxşıdır.Və əlbəttə icazəli şəkildə xərclənməsi daha məqsədəmüvafiqdir…

  2. Ilk novbede halalliqla goturmeliyik.Icaze olmadan goturulurse artiq ogurluq sayilir.Meseleye o biri terefden baxsaq eger kisi ancaq ozune xercleyirse ve ailenin maddi teminatlarini odemirse qadina basqa yol qalmir.Her bir aile bascisi ele nizamlamalidir ki bu tarazligi nece deyerler ne sis yansin ne kabab.Menim fikrimce qadinin ozunun de sexsi gelir menbeyi olmalidir ve bir budce olmalidir.Bu menim subyektiv fikrimdir.

Comments are closed.