Azər Mirzəyev “Özümü normal hiss edən kimi səhnəyə qayıdacağam”

3
44
 Azər MirzeyevBir neçə müddətdir ki, səhhətində problem yaranmış əməkdar artist, aktyor Azər Mirzəyevin durumunda müsbətə doğru irəliləyiş müşahidə olunmur.

Bunu Azər Mirzəyev özü deyib. Aktyor sağalacağına ümidini kəsmədiyini bildirib: “Allah kərimdir. Hələ evdəyəm, gəzə bilmirəm, ayağa duranda divardan tuta-tuta yeriyirəm. Amma həkimlər bir aya yaxşılaşacağıma söz veriblər. Özümü normal hiss edən kimi səhnəyə qayıdacam”.

Ötən ilin ortalarında iflic keçirən əməkdar artist A. Mirzəyevin müalicəsi ev şəraitində davam etdirilir.

Qeyd edək ki, Azər Əlibala oğlu Mirzəyev 1952-ci il may ayının 12-də Zərdab rayonunda müəllim ailəsində anadan olub.

3 ŞƏRH

  1. Allahdan bol-bol sefa dileyirik size Azer muellim.Tanrinin rehmi hedsizdir rehm etdiyi bendelerinden olasiz ins-h

  2. Allah arzularinizi çin eləsin, Allah şəfa versin və tezliklə sağalib tamaşaçilarinizi ,bizləri sevindirəsiniz.

Comments are closed.