Ucar rayonunda 4 nəfərin xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. Hadisə dünən axşam saat 17:00 radələrində Ucar şəhəri ərazisindən keçən dəmir yolunun üzərindəki avtomobil körpüsünün üstündə qeydə alınıb. Zərdab sakini, 1988-ci il təvəllüdlü Pirəliyev Salah Arif oğlu 10 VO 667 dövlət nömrə nişanlı “Mersedes” markalı minik maşını ilə hərəkətdə olarkən idarəetməni itirib və körpünün kənarından 10 metr hündürlükdən aşıb. Hadisə nəticəsində sürücü Salah Pirəliyev, sərnişinlər – 1976-cı il təvəllüdlü Pirəliyeva Lamiyə Bəyalı qızı, 1980-cı il təvəllüdlü Pirəliyeva Samirə Bahəddin qızı, 1986-cı il təvəllüdlü Orucova Gülyanaq Arif qızı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Ucar rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Faktla bağlı Ucar rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.
www.zerdab.com
allah ozu komek dursun
kimdi qardaw,harda olub
Allah komekleri olsun!
Görəsən onlar müğənni Bəyalının uşaqlarıdır? Allah köməkləri olsun!
ALLAH BEYALIYA BAGIWLASIN.
Lamiyə Bəyalının qızıdı, Samirə də gəlini..Allah köməkləri olsun hamısının..
Allah komek olsun
Allah komek olsun
allah rehim elesin sefa versin
Allah sefa versin.
Comments are closed.