Abdullayev Abdul Abdulla oğlu 1953-cü ildə Zərdab rayonunda anadan olub. Azərbaycan Dövlət Universitetinin geoloji-coğrafiya fakültəsini bitirib. Coğrafiya elmləri namizədidir. Abdul Abdullayev öz elmi araşdırmaları ilə ölkəmizdə coğrafiya elminin inkişafına böyük töhfələr verib. Bu xidmətlərinə görə, müxtəlif diplomlara layiq görülüb. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Coğrafiya İnstitutunun şöbə müdiri olub.
www.zerdab.com