Zərdabın kəndlərinə qaz çəkilir – foto

1
52

qazHazırda Zərdab rayonunun 42 yaşayış məntəqəsindən 4-ü fasiləsiz olaraq mavi yanacaqla tam təmin edilir. www.zerdab.com saytına verilən məlumata görə, bunlar Zərdab şəhəri, Qoşaoba, Təzəkənd, Qaravəlli yaşayış məntəqələridir. Rayonun 4 yaşayış məntəqəsində – Gəlmə, Salahlı, Xanməmmədli, Hüseynxanlı kəndlərində (abonent sayı 923 nəfər 7,0%) qaz çəkilişi işləri davam etdirilir. O cümlədən, “32 hektar” adlanan ərazidə salınmış yeni yaşayış massivinə, şəhid ailələri və Qarabağ əlillərinin yaşadığı 16 mənzilli yaşayış evinə qaz xəttinin çəkilişində son tamamlanma işləri aparılır.

Ümumilikdə, 38 yaşayış məntəqəsinə (66,9%) təbii qaz verilməsinə ehtiyac vardır. Rayonda təbii qazdan istifadə edən abonentlər 100% sayğaclarla təmin olunublar.

www.zerdab.com saytının məlumatına görə, bu yaxınlarda Zərdab rayonunun Pərvanlı kəndinə də qaz xətlərinin çəkilişinə başlanılıb. Pərvanlı kəndindən sonra mərhələli şəkildə digər kəndlərə də qaz xətlərinin çəkiləcəyi bildirilir.

Kənd yerlərində yaşayanlar qaz xətlərinin çəkiləcəyi və evlərinin fasiləsiz mavi yanacaqla təmin olunacağı günü səbirsizliklə gözləyirlər. İnsanlarımızda belə bir ümid var ki, rayon rəhbəri, hörmətli Lütvəli Babayevə bununla bağlı edilən müraciətlər tezliklə öz müsbət nəticəsini verəcək. Qeyd edək ki, Zərdab rayon İcra Hakimiyyətinin başçısı Lütvəli Babayev rayonun kəndlərində mütəmadi səyyar qəbullar keçirir. Səyyar qəbullarda ən çox qaldırılan məsələlərdən biri də qazlaşdırma ilə bağlıdır. Rayon rəhbərliyi tərəfindən bu müraciətlər aiddiyyatı qurumlara yönəldilir və onların qarşısında bununla bağlı məsələ qaldırılır.

Onu da əlavə edək ki, Regionların Sosial İqtisadi İnkişafı Dövlət Proqramına əsasən, ölkəmizdə ucqar bölgələr də daxil olmaqla, əksər kəndlərin və yaşayış məntəqələrinin 2013-cü ilin sonunadək mavi yanacaqla təmin olunması nəzərdə tutulur. Ümid edək ki, bu proses rayonumuzda da maksimum şəkildə icra olunacaq.

Hər halda biz çox istərdik ki, rayonumuz kənd yerlərinin qazla təmin olunması məsələsində ölkəmizdə ön sıralarda gələydi. Rayonumuzun rəhbəri Lütvəli Babayev indiyədək müvafiq qurumlar qarşısında məsələ qaldırmaqla indiyədək bizim üçün real görünməyən bir çox məsələlərin həllinə nail olub.

Ümid edək ki, rayon rəhbərimizin əzmi, iradəsi sayəsində, müvafiq qurumlara bununla bağlı edilən müraciətlər nəticəsində kəndlərimizin qazla təminatı tam mümkün olacaq…

www.zerdab.com

1 comment

Comments are closed.