Zərdabda “Xocalı şəhid şəhər” adlı tədbir keçirilib – fotolar

2
48

Zərdab-Xocali-anımZərdab Rayon Tarix-Diyarşünaslıq muzeyində “Xocalı şəhid şəhər” adlı tədbir keçirilib. www.zerdab.com saytının məlumatına görə, muzeyin foyesində “Xocalı qan yaddaşımız” adlı sərgi təşkil edilib. Sərgidə şagirdlərin Xocalı faciəsinə həsr olunmuş rəsmləri, divar qəzetləri nümayiş olunub. Tədbiri giriş sözü ilə muzeyin direktoru Şahnaz Mustafayeva açaraq bildirib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni separatistləri Rusiya ordusunun 366-cı motoatıcı alayının iştirakı ilə Qarabağın Azərbaycanlılar yaşayan Xocalı yaşayış məntəqəsini zəbt ediblər.

Muzeyin əməkdaşı Maisə Babayeva “Xocalı soyqrımı qurbanlarının xatirəsinə sükut dəqiqəsi elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin sərəncamını oxuyub və “Xocalı faciəsi təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa qarşı cinayətdir” mövzusunda çıxış edib. Muzeyin əməkdaşı Şəlalə Əliyeva “Xocalı faciəsini unutmayaq” mövzusunda məruzə ilə çıxış edib.

Tədbirdə şəhər 1 saylı məktəb-liseyin V sinif şagirdlərinin ifasında Xocalı faciəsi ilə bağlı kompozisiya nümayiş etdirilib. Tədbirdə Mədəniyyət evinin, Həsən Bəy Zərdabi muzeyinin və Mərkəzləşdirilmiş Kitabxana Sisteminin işçiləri də iştirak ediblər.

Rayon mədəniyyət evinin işçisi Sevinc Musayeva və Mərkəzləşdirilmiş Kitabxana Sisteminin işçisi Şəlalə Səlimova çıxış edərək bu faciəni törədənləri lənətləyib, tezliklə torpaqlarımızın alınmasını arzu ediblər.

www.zerdab.com

Zərdab-Xocali-anımZərdab-Xocali-anımZərdab

2 ŞƏRH

Comments are closed.