Zərdab Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin (DYPB) əməkdaşları görünməni məhdudlaşdıran pərdə və plyonkaları olan avtomobillərə qarşı reydlər keçiriblər. Reyd zamanı axtarışda olan avtomobillər də müəyyən edilib və cərimə meydançasına aparılıb. Bir neçə sürücünün isə avtomobilinə konstruksiyada nəzərdə tutulmayan dəyişikliklər etdiyi müəyyən edilib. Bütün bu pozuntularla yanaşı, sürücülük vəsiqəsi olmadan avtomobili idarə edən, texniki baxışdan keçməyən, heç bir sənədi olmayan sürücülər də aşkarlanıb. Onların barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə protokollar tərtib olunub.
Zərdab Rayon DYPB-nın rəisi Müşviq Əmirovun sözlərinə görə, ümumilikdə yanvarın 1-dən bu günə kimi Zərdab rayonunda 306 sürücüyə qarşı inzibati protokol tərtib olunub. Bunlardan 13-ü sərxoşluğa, 2-si avto xuliqanlığa, 16 nəfəri sürücülük vəsiqəsi olmadığına görə cərimələnib. 50 avtomobil pərdə və plyonkalara, 14-ü əlavə vasitələr quraşdırdığına, 188 sürücü isə yol-hərəkət qaydalarını pozduğu üçün inzibati məsuliyyətə cəlb olunub.
Plyonkan var özün aç daaa, qardaşım, gərək başqa oğlan aça sənin maşının plyonkasını????
Men ele bilirdim avtoşlar ancaq Saratovda var, deyesen, Zerdabdada varmış.
………………………..
Comments are closed.