Allah bizi qoruyur

1
48

kainatHəzrəti İsaya deyirlər:

– Sən Allahın Peyğəmbərisənmi?

– Bəli.

– Allah səni qoruyurmu?

– Bəli, qoruyur.

– Elə isə özünü bu qayadan atsan, Allah səni qoruyarmı?

Həzrəti İsanın cavabı belə olur:

– Mən Allahın Peyğəmbəri və quluyam. Onun məni istədiyi kimi imtahan etmək haqqı var. Amma mənim Allahı imtahana çəkmək kimi bir haqqım yoxdur.

———————————————————————————-

Komandanın səhvi

Peyğəmbərimiz Həzrəti Məhəmməd (s.ə.s.) çox tədbirli idi və tez-tez bir dəstə silahlı səhabənin başına bir komandan təyin edib, səfərə göndərirdi. Göndərərkən də onlara tapşırırdı ki, komandanın əmrlərinə itaət etsinlər. Belə səfərlərin birində komandan öz əsgərlərində nə hiss etdisə, bir böyük ocaq yandırdı və onlara əmr etdi ki, ocağa girsinlər. Əsgərlərdən bir qismi:

– Allah Rəsulu bizə əmr elədi ki, komandana itaət edək. Ona görə də həmən özümüzü oda ataq, – deyir.

Digər bir qismi isə:

– Biz atəşdən qurtarmaq üçün müsəlman olduq. Gedib Peyğəmbərimizdən soruşaq: əgər bu məsələdə komandanın dediyinə əməl etməyimizi buyurarsa, o zaman özümüzü oda atarıq, – dedilər.

Mədinəyə dönərkən həmin hadisəni Peyğəmbərimizə söylədilər. Rəsulullah:

– Əgər özünüzü oda atsaydınız, əbədi olaraq ondan çıxa bilməzdiniz, – buyurdu. Yəni cəhənnəmə gedərdiniz. Bu cavab hər kəsi təəccübləndirdi.

Rəsulullah (s.ə.s.) bildirdi ki, komandanın bu addımı səhv idi və Allaha üsyan edən bəndəyə itaət edilməz. Əgər başındakı rəhbərin də olsa, sənə verdiyi əmrlə Allaha üsyan edirsə, onun əmrinə itaət etməyəcəksən.

Mənbə: “Zaman-Azərbaycan”

1 comment

  1. Allah Azərbaycanımızı dərddən, bəladan hifz eləsin!!! Yarım qalmış arzularımızı çin eləsin!!! Hamı rəhbərdən vicdan, işə qərəzsiz baxmaq, ədalətlilik gözləyir..Bu, həmişə belə olub, bundan sonra da belə olacaq..Rəhbər olmaq çox məsuliyyətli və şərəfli işdir..

Comments are closed.