Zərdab rayonunun ictimai-siyasi və sosial-iqtisadi sahələrində görülmüş işlər və 2013-cü ildə qarşıda duran vəzifələrlə bağlı rayon rəhbərliyinin tibb işçiləri ilə görüşü keçirilib.
Görüşdə iştirak edən icra başçısı, iqtisad elmləri namizədi Lütvəli Babayev 2012-ci ildə rayonda görülən işlərlə iştirakçıları tanış edib. Qeyd edilib ki, 2012-ci ildə rayonda bütün sahələrdə əsaslı irəliləyişə nail olunub. Ümumi Daxili Məhsul istehsalı 98 milyon manatdan çox olmuş, tikinti-quraşdırma işlərinə 36 milyon manat vəsait yönəldilib.
2012-ci ilin zərdablılar üçün ən əlamətdar hadisəsi ölkə Prezidenti cənab İlham Əliyevin oktyabrın 7-də Zərdaba səfəri, çoxsaylı yeni obyektlərin, o cümlədən Heydər Əliyev Mərkəzinin, Gənclər Mərkəzinin, su bulağının və YAP rayon təşkilatının yeni inzibati binasının açılışında iştirakı, Heydər Əliyev parkı və Veteranlar Evi ilə tanışlığı və ictimaiyyət nümayəndələri ilə səmimi görüşü olub.
İcra başçısı onu da bildirib ki, 2012-ci ildə rayonun səhiyyə sahəsində də uğurlar qazanılıb. Hazırda rayon əhalisinə 150 çarpayılıq 4 xəstəxana, 11 kənd həkim, 12 kənd tibb məntəqəsi, poliklinika və Gigiyena və Epidemiologiya Mərkəzi tibbi xidmət göstərmişdir. Tibb müəssisələrində 64 nəfər həkim, 270 nəfər tibb işçisi fəaliyyət göstərmişdir. Ötən il doğulanların sayı 736 nəfər olmuşdur. 10 nəfər həkim, 82 nəfər tibb işçisi ixtisasartırma kurslarından keçmiş, 14 nəfər həkim sertifikasiya imtahanı vermişdir. 2012-ci ilin may ayında görkəmli oftalmoloq alim, professor Çingiz Cərullazadənin rəhbərlik etdiyi “Ofko” tibb mərkəzinin həkim briqadası Rayon Mərkəzi Xəstəxanasında 200 xəstəni müayinə, 30 nəfər xəstəni, o cümlədən 4 nəfər şəhid ailəsinin üzvünü pulsuz cərrahi əməliyyat etmişdir. Ötən ilin may-iyun aylarında M.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzindən əslən Zərdabdan olan akademik Böyükkişi Ağayevin rəhbərliyi ilə həkim briqadası rayonda olmuş, 500 nəfər xəstəni pulsuz müayinə, 5 nəfər xəstəni cərrahi əməliyyat etmişlər. Həmin mərkəzin ümumi cərrah həkimi Teymur Əllərov il ərzində hər həftənin cümə və şənbə günləri xəstəxanada olmuş, 47 xəstəni cərrahi əməliyyat etmişdir. 2012-ci il ərzində rayonda 2 dəfə qanvermə aksiyası keçirilmiş, donorlar 60 litrə qədər qan vermişlər. İl ərzində Şəftəhal kəndində tibb məntəqəsi, Çallı kəndində doğum palatası istifadəyə verilib. Bıçaqçı kənd həkim məntəqəsində cari təmir işləri aparılmışdır.
Səhiyyə işçilərinin nümayəndələri çıxış edərək bütövlükdə Rayon İcra Hakimiyyəti Başçısının rəhbərliyi ilə rayonda görülən işləri, dövlət başçısının diqqət və qayğısını yüksək dəyərləndirməklə, tibb sahəsində həlli vacib olan bir sıra məsələlərlə bağlı təklif və müraciətlərini də bildiriblər. Hazırda rayonda 50 nəfərə qədər müxtəlif ixtisasdan olan ali təhsilli həkimə, Mərkəzi Rayon Xəstəxanasının və bir neçə kənd tibb müəssisəsinin əsaslı təmirinə zəruri ehtiyacın olduğu vurğulanıb.
Görüşdə iştirak edənlər son vaxtlar İsmayıllı rayonunda baş verən hadisələrin məhz həmin hadisələrin təşkilatçısı olan bir qrup radikal müxalifətçilər tərəfindən siyasiləşdirilməsini qətiyyətlə pisləmiş, respublikamızdakı ictimai-siyasi sabitlikdən, sosial-iqtisadi inkişafdan razı qaldıqlarını qeyd etmişlər. Azərbaycan üçün ən vacib problemlərdən olan Dağlıq Qarabağ münaqişəsinin Ali Baş Komandanımızın rəhbərliyi ilə tezliklə həll olunacağına inamlarını ifadə ediblər.
İştirakçılar yazıçı Əkrəm Əylislinin “Daş yuxular” əsərinə də münasibət bildirərək bu əsərin vətənə, millətə satqınlığın əyani təzahürü hesab etmişlər. Romanın müəllifinin bütün titullarından məhrum edilməsi ilə bağlı ölkə Prezidentinin müvafiq sərəncamlarını alqışladıqlarını bildirmiş, onun “mən azərbaycanlıyam” deməyə bundan sonra mənəvi haqqı olmamasını bəyan etmişlər.
Səhiyyə işçiləri 2013-cü ildə ümummilli lider Heydər Əliyevin və Azərbaycanın görkəmli oftalmoloq-alimi, tibb elmləri doktoru, professor, əməkdar elm xadimi, Azərbaycan Respublikası Elmlər Akademiyasının həqiqi üzvü Zərifə xanım Əliyevanın 90 illik yubileyləri ilə əlaqədar zərdablıların rayon ərazisində 90 min ədəd ağac əkmək barədə təşəbbüsünə fəal qoşulduqlarını, bu istiqamətdə tibb müəssisələrində genişmiqyaslı tədbirlərin keçirilməsinə artıq başlanıldığını vurğulayıblar. Görüş iştirakçıları bu ilin oktyabrında Azərbaycanda keçiriləcək növbəti prezident seçkilərində xalqımızın ən layiqli namizədini dəstəkləyəcəklərini bəyan ediblər.
www.zerdab.com
Elə sizin saytda yazdığınıza görə Zərdabda 67 nəfər ali təhsilli həkim fəaliyyət göstərir.Yuxarıda isə göstərirsiniz ki,50 nəfər həkimə ehtiyac vardır..Deməli Zərdabda 42.7% həkim çatışmazlığı mövcuddur.İndi özünüz düşünün burada hansısa uğurdan danışmaq olarmı?
Fəaliyyətdə olan prezidentə səs verəcəyini anonim elan edilməsi,ölkədə repressiv mühütün göstəricisi ola bilər.Odur ki,ANONİM müəllim öz adınızla yazın.
Muellim yox hekim. Menim eger urekden gelen sozlerimdirse men sizin kimi qorxub adimi qisa yazmamisam. Bir de sehven gedib anonim sozu. Bir daha deyirem – biz sehiyye iscileri novbeti prezdent seckilerinde azerbaycanimizin layiqli övladina mohterem Prezdentimiz cenab Ilham Eliyeve ses vereceyik.
Comments are closed.