Ötən əsrin ortalarında dünya təcrübəsində tərəfsizlik nümayiş etdirən dövlətlər arasında “açıq qapılar” siyasəti dəbdə idi.
O zaman bu kursa üstünlük verənlər çox məhdud sayda idi, amma onlar uğur qazana bildilər və seçdikləri yol örnək oldu. “Açıq qapılar” ona görə cazibəli idi ki, dünyada soyuq müharibə gedirdi və həm Şərqə, həm də Qərbə açıq olmaq bir o qədər də asan deyildi.
İndinin özündə də “açıq qapılar” strategiyasına üz tutan məmləkətlər, necə deyərlər, uduşlu vəziyyətdədir. Bu kurs investisiya iqliminin sağlam olmasına, biznes mühitinin canlanmasına yol açır.
Bunun reallaşmasının başlıca səbəbi isə Azərbaycan Prezidenti İlham Əliyevin özünün açıq və şəffaf kursa önəm verməsidir. Onun şəxsi nümunəsi həm komandasına, həm milli elitaya, həm də geniş kütləyə tərəqqi prioritetlərinin nədən ibarət olduğunu açıqlayır.
Azərbaycan qlobal mühitdə genişlənən tənəzzül meyillərindən sığortalanmaqda da qibtəediləcək bacarıq göstərir, nə etmək lazım olduğunu və necə etmək lazım olduğunu tam dəqiq müəyyən edə bilir. Dürüst seçimin üstünlükləri danılmazdır, lakin iqtisadi-sosial və mənəvi-psixoloji sahələrdə bəzi xoşagəlməz cərəyanların üzə çıxması suallar doğurmaya bilməz.
Dünən dövlət başçısı regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının dördillik yekunlarına həsr olunmuş konfransda çıxışında bu məsələlərə toxunaraq prinsipial məqamları önə çəkməli oldu. Ölkə rəhbərinin etimadından sui-istifadə edənlər, təbii ki, milli inkişaf yolunda əngələ çevrilirlər. Əgər hakimiyyət işləyir, fəallıq göstərirsə, deməli, bütün məmur düşərgəsi, icra orqanlarının nümayəndələri də qeyd-şərtsiz işgüzarlıq çevrəsindən kənara çıxmamalıdırlar. Bu paralel fəaliyyət qolları, işgüzarlıq mənasında bir-birini tamamlamalıdır ki, boşluq və eybəcərliklər yaranmasın.
Hakimiyyət payına düşən çətinlikləri dəf etməyi bacarır, strateji problemlərin həllinə uğurla nail olur, fəzaya milli peyki də buraxır, inkişafın bütün sahələrə yayılma yollarını cızıb dönüş üçün münbit şərait yaradır. Belə olduqda, yerlərdə işlərin icrasını da dövlət rəhbərliyi görməlidirmi? Çatışmazlıqlar aradan qaldırılmasa, onda quruculuq proqramının həyata keçməsində əngəllər qaçılmaz ola bilər. İşə ciddiyyətlə yanaşmaqda dövlət başçısı məsuliyyətin xüsusi önəm daşıdığını xüsusi vurğuladı ki, bu da bütün komanda və milli elita üçün həm ciddi siqnaldır, həm də vəziyyətə əncam cəkmək işarəsi.
“Mən öz 50 illiyimi Ağcabədidə köçkünlərlə keçirmişəm. Bu, mənim təbiətimdir, ikincisi, mən yol göstərirəm”, – deyən Prezident İ.Əliyev bildirdi ki, indi həlli vacib məsələlərlə, problemlərlə bağlı arxayın-arxayın, tələsmədən götür-qoy etməyin deyil, əməli iş görməyin vaxtıdır. Belə olduqda bütün çərçivələri aşan eyş-işrət üçün, cazibəli həyat tərzi keçirmək üçün yer qalmır.
Gənc dövlətin enerjili lideri strateji əhəmiyyət daşıyan məsələlərin öhdəsindən bacarıqla gələ bilib və gəlir. Ona görə də, komandada təmsil olunanlar da taktiki problemlərin həllinə çalışmalı, bu yolda nəyə qadir olduqlarını, ilk növbədə, vicdanlı, sağlam və şəffaf fəaliyyətləri ilə ortaya qoymalıdırlar.
Açıq və şəffaf siyasət, davranış tərzi özbaşınalığı qətiyyən nəzərdə tutmur və qəbul etmir. Açıqlıq o deməkdir ki, heç bir sahədə örtülü işlər və əməllərə yer verilməsin. Yalnız bu halda inkişafı əngəlləyən qaranlıq məqamlardan qurtulmaq mümkündür.
Artıq sadə və son dərəcə əhəmiyyətli həqiqətlər haqda dövlət başçısı tutarlı fikir və mesajlarını işləri icra edənlərə və cəmiyyətə çatdırdı. İndi qalır vaxtında deyilmiş irad və işarələrə müvafiq cavablar verilsin. Vaxt gözləmir.
Tofiq Abbasov. “Bakupost”
Gorekdaaa kimlerse ozune yigiwacaq?
BUNA COXDAN QERAR VERMELIYDI.GOZEL QERARDI BELKE BIR AZ QUDURQANLAR OZUNE YIQIWDI.
Sohbet rusvetxor memurlardan gedir. Isden cixarmaq onlar ucun cezalanmaq deyil. Yashayis seviyyemiz bele memurlardan ne vaxta kimi asili olacaq ?
Açıq qapı indiki qaynar xətdir..Zənnimcə bu daha optimal yoldur..Evdən bir zənglə fikrini bildirmək daha rahatdır..
Comments are closed.