Bu günlərdə www.zerdab.com saytında yayımlanan “Azərbaycan tarixini araşdıranlar Zərdabın Əlvənd kəndinə gəlsinlər” adlı məqaləyə bu kəndin ziyalılarından cavab gəlib. Məlumat üçün bildirək ki, yazıda Zərdab rayonunun Əlvənd kəndinin nəinki ölkəmizin – Şərqin ən qədim kəndlərindən biri olduğu, bu baxımdan tarixçilərin Azərbaycan tarixini araşdırarkən Əlvənd kəndinə xüsusi önəm vermələrinin vacibliyi vurğulanıb və digər maraqlı faktlar öz əksini tapıb.
Yazıya reaksiya özünü çox gözlətməyib və bununla əlaqədar saytımızın elektron poçtuna məktublar daxil olur. Həmin məktublardan birinin müəllifi Əlvənd bəylərindən olan Rəhim bəyin nəvəsi, hörmətli Maarif Qurbanovdur. Maarif müəllim yazır: “Əlvəndlilər və Əlvəndin qədim tarixi ilə bağlı xoş sözlərinizə görə sizə təşəkkür edirəm. Qeyd etdiyiniz kimi, Əlvənd rayonumuzun və ölkəmizin ən qədim yaşayış məskənidir və qədim İpək yolunun üzərində yerləşmişdir. Əlvənddə karvansaralar, çoxlu sayda ticarət dükanları, tikiş sexi, ipək, biyan emalı müəssisələri, dəmirçi sexləri olmuşdur. Əlvənddə fəaliyyət göstərən “Şənbə bazarı” kəndin yaşlı sakinlərinin dediklərinə görə, 1920-ci ilə qədər fəaliyyət göstərmişdir”.
Maarif Qurbanov daha sonra yazır: “Əlvənd kəndində 1970-ci illərə qədər işləmiş – qoşa bərə, Kür çayından keçməklə Şirvanla – Qarabağ bölgəsini birləşdirən yeganə keçid olmuşdur. Doğru qeyd etmisiniz, Əlvəndin tarixçilərin və arxeoloqların tədqiqatına ehtiyacı çoxdur”.
Maarif müəllim məktubunda bir maraqlı məqama da toxunur. Dediyinə görə, hazırda Əlvənd kəndində 1380-ci ilə aid olduğu ehtimal edilən dəmirçi aləti saxlanılır. Bu yerdə bir etiraf edək ki, Maarif müəllimin bəhs etdiyi dəmirçi alətindən bizim xəbərimiz yoxdur. Maarif müəllimdən xahiş edərdik ki, bu barədə bizi ətraflı məlumatlandırsın. Böyük məmnuniyyətlə, bu barədə yazını saytımızda yayımlamağa hazırıq. Əminik ki, bu yazı da oxucularımızın marağına səbəb olacaq.
Maarif Qurbanov yazır: “Əlvən kəndinin qədimliyini əks etdirən – 1380-ci ilə məxsus dəmirçi alətini – “Dəmir Zindan”ı bu gün də Əlvənddə saxlayırıq. Bu alət bizim üçün olduqca əhəmiyyətli və dəyərlidir”.
Sonda M. Qurbanov www.zerdab.com saytı vasitəsi ilə əlvəndlilər adından icra orqanlarına müraciət edərək Əlvəndə qəsəbə statusunun verilməsini xahiş edir: “Bir arzumuz da var, kəndimizin qədimliyini və bugünkü müasirliyini nəzərə alaraq, Əlvəndə ABAD QƏSƏBƏ statusunun verilməsini yuxarı icra orqanlarından əlvəndlilər adından xahiş edirik”.
Bəs Əlvənd kəndinə qəsəbə statusu verilə bilərmi? Praktikada, təcrübədə belə bir nümunə varmı? Araşdırmalarımız zamanı məlum oldu ki, sonuncu dəfə ölkəmizdə belə bir hadisə ötən il baş verib. Belə ki, Prezident İlham Əliyevin sərəncamı ilə Astara rayonunun Ərçivan kəndinə qəsəbə statusu verilib.
Sərəncama əsasən, Nazirlər Kabinetinə tapşırılıb ki, üç ay müddətində Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Astara rayonunun Ərçivan kəndinə qəsəbə statusunun verilməsi haqqında” qanuna uyğunlaşdırılması ilə bağlı təkliflərini hazırlasın və Azərbaycan Prezidentinə təqdim etsin; üç ay müddətində Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Prezidentinə məlumat versin; mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Prezidentinə məlumat versin; həmin qanundan irəli gələn digər məsələləri həll etsin.
Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Astara rayonunun Ərçivan kəndinə qəsəbə statusunun verilməsi haqqında” qanuna uyğunlaşdırılmasını təmin etməli və bu barədə Nazirlər Kabinetinə məlumat verməlidir.
Sənəddə o da qeyd olunub ki, Azərbaycan Respublikasının Astara rayonunun Ərçivan kənd inzibati ərazi dairəsi tərkibindəki Ərçivan kəndinə qəsəbə statusu verilsin, Ərçivan kənd inzibati ərazi dairəsi Ərçivan qəsəbə inzibati ərazi dairəsi hesab edilsin.
Sənəddən də göründüyü kimi, yaxın keçmişdə ölkəmizdə belə bir hadisə olub. Onu da bildirək ki, Ərçivan da Əlvənd kimi, Azərbaycanın qədim kəndlərindən biri olub.
Ümid edək ki, Əlvənd kəndinin əhalisinin, ziyalılarının adından edilən bu təklif, Zərdab rayon İcra Hakimiyyəti tərəfindən dəyərləndiriləcək və əgər məqbul hesab edilərsə, bu təklif daha yuxarı instansiyalara çatdırılacaq.
Mövzu ilə əlaqədar Zərdab rayon İcra Hakimiyətinin də mövqeyini yayımlamağa hazırıq.
www.zerdab.com
Men de bir Elvendli kimi isteyerdim ki Elvende qesebe adi verilsin. Bu biz Elvendlileri coxx sevindirer.
bu neinki elvendlileri hetta hamini sevindirer. rayonda 2 qesebe kimi sevindirmezki.
Cox sevinerik bu status verilse kendimize….Fexr edirik
Əlvənd kəndi Azərbaycan türklərinin qədim yaşayış yerlərindəndir.
Y.e.ıı əsrində Ptolemeyin “Coğrafi təlimnamə”əsərində bu kəndin adı
Alvana şəklində çəkilmişdir.Orta əsrlərdə bu yaşayış məskəni Şir-
vanda mərkəz olmuşdur.A.A.Bakıxanov bu faktı təsdiqləyir və yazır ki,1775-ci ildə Şirvan xanı Ağası xan Əlvənddə oturub bütün Şirvana
hökmran oldu.xıx əsrdə Əlvənd Maarif müəllimin qeyd etdiyi kimi,iq-
tisadi cəhətdən inkişaf etmiş kənd olmuşdur.Bu kəndə qəsəbə statu
su verilsə, qədim nüfuzu özünə qayıtmış olar.
Men bir Zerdafli kimi sizi alqislayiram.Qoy kendlerimiz abadlashsin.
Comments are closed.