Zərdabda təhsil işçiləri ilə görüş keçirildi – fotolar

4
52

Zərdab-rayonuFevralın 9-da Zərdab rayonunda təhsil işçiləri ilə rayon rəhbərliyinin görüşü keçirilib. Görüşdə 2012-ci ildə rayonun ictimai-siyasi və sosial-iqtisadi sahələrdə görülmüş işlər və 2013-cü ildə qarşıda duran vəzifələr barədə Rayon İcra Hakimiyyətinin başçısı cənab Lütvəli Babayevin hesabat məruzəsi müzakirə olunub.

Görüşdə iştirak edən icra başçısı Lütvəli Babayev məruzənin bəzi məqamları ilə iştirakçıları tanış edib və qeyd olunub ki, 2012-ci ildə rayonda bütün sahələrdə əsaslı irəliləyişə nail olunub.

Kənd təsərrüfatında və tikinti-abadlıq sahəsində görülən işlər ürəkaçan olub.

Hesabat ilinin zərdablılar üçün ən əlamətdar hadisəsi ölkə Prezidenti cənab İlham Əliyevin oktyabrın 7-də Zərdaba səfəri, çoxsaylı yeni obyektlərin, o cümlədən Heydər Əliyev Mərkəzinin, Gənclər Mərkəzinin, su bulağının və YAP rayon təşkilatının yeni inzibati binasının açılışında iştirakı, Heydər Əliyev parkı və Veteranlar Evi ilə tanışlığı və ictimaiyyət nümayəndələri ilə səmimi görüşü olub.

İcra başçısı onu da bildirib ki, 2012-ci ildə rayonun təhsil işçiləri üçün də sevindirici olub. Hazırda rayonda 43 ümumtəhsil məktəbi fəaliyyət göstərir. 6956 nəfər şagirdin təlim tərbiyəsi ilə 978 nəfər pedaqoji işçi çalışır. Son 5 ildə 13 yeni məktəb binası tikilib, 1 məktəb, 3 uşaq bağçası əsaslı təmir olunub, 4 məktəbin istilik sistemi bərpa olunub. Hazırda rayonun Çallı, İsaqbağı və Aşağı Seyidlər kəndlərində yeni məktəb binaları tikilir. 2012-ci ildə rayon üzrə 103 nəfər ali məktəblərə qəbul olunub. Hansı ki, 2007-ci ildə bu rəqəm cəmi 47 nəfər olub. Son illərdə 7 nəfər “Əməkdar müəllim” adına layiq görülüb, 4 nəfər “Tərəqqi” medalı ilə, 3 nəfər Təhsil Nazirliyinin “Qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif olunub. Ötən dərs ilinin yekunlarına görə Gəlmə kənd tam orta məktəbi “Ən yaxşı ümumtəhsil müəssisəsi” müsabiqəsinin qalibi olub, 1 nəfər “Əməkdar müəllim” adına layiq görülüb, 1 nəfər isə “Tərəqqi” medalı ilə təltif edilib. “Uşaq və yeniyetmələrin elmi-texniki yaradıcılığı” respublika müsabiqəsində 1-ci yer tutan 2 nəfər məktəbli ABŞ təhsil müəssisələrində təhsil almaq hüququ qazanıb və hazırda orada təhsil alırlar.

Məktəbli idmançıların, xüsusilə şahmatçıların və karateçilərin beynəlxalq turnirlərdə, Avropa və Dünya Kuboku yarışlarında fəal iştirakı, yüksək yer tutmaları razılıq hissi ilə qeyd olunub.

Təhsil işçilərinin nümayəndələri çıxış edərək bütövlükdə hesabat ilində Rayon İcra Hakimiyyəti Başçısının rəhbərliyi ilə rayonda görülən işləri, ölkə rəhbərinin diqqət və qayğısını yüksək qiymətləndirib və təhsil sahəsində həlli vacib olan bir sıra məsələlərlə bağlı təklif və müraciətlərini də bildiriblər.

Yığıncaq iştirakçıları son vaxtlar bir qrup radikal müxalifətçilərin təhriki ilə İsmayıllı rayonunda baş verən hadisələrin siyasiləşdirilməsini qətiyyətlə pisləyib və respublikamızdakı ictimai-siyasi sabitlikdən razı qaldıqlarını, ən ağrılı yerimiz olan Dağlıq Qarabağ probleminin Ali Baş Komandanımızın rəhbərliyi ilə tezliklə həll olunacağına inamlarını ifadə ediblər.

Görüş iştirakçıları yazıçı Əkrəm Əylislinin “Daş yuxular” əsərinə də münasibət bildirərək onun “mən azərbaycanlıyam” deməyə bundan sonra mənəvi haqqı olmamasını bəyan edərək, Əkrəm Əylislinin bütün titullarından məhrum edilməsi ilə bağlı ölkə Prezidentinin müvafiq sərəncamlarını  alqışladıqlarını bildiriblər.

Təhsil işçiləri 2013-cü ildə ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar zərdablıların rayon ərazisində 90 min ədəd ağac əkmək barədə təşəbbüsünə fəal qoşulduqlarını, bu istiqamətdə təhsil müəssisələrində genişmiqyaslı tədbirlərin keçirilməsinə artıq başlanıldığını vurğulayıb və bu ilin oktyabrında Azərbaycanda keçiriləcək növbəti prezident seçkilərində xalqımızın ən layiqli namizədini dəstəkləyəcəklərini bəyan ediblər.

Yığıncaqda Milli Məclisin üzvü Jalə Əliyeva iştirak və çıxış edib.

www.zerdab.com

Zərdab-rayonu

Zerdab-rayonu

Zerdab

Zərdab-rayonu

Jalə Əliyeva

Zərdab-rayonu

Baba Babayev

4 ŞƏRH

  1. Mən başa düşmədim “yanlışıqlar” və “ağıllı” sözünü niyə çıxarıbsız?!

Comments are closed.