Millət vəkilimiz seçicilərlə görüşdü – foto

1
48

Jalə ƏliyevaMillət vəkili Jalə Əliyeva 92 saylı Zərdab-Ucar seçki dairəsində seçicilərini qəbul edib. Jalə Əliyeva seçiciləri dinləyib, onları maraqlandıran sualları cavablandırıb, qaldırılan məsələlərlə bağlı münasibətini açıqlayıb. Seçicilər daha çox məhkəmə qərarlarının icrası və qərarların icra edilməsindəki problemlərlə bağlı deputata fikirlərini bildiriblər. Kür daşqınları zamanı evləri bərbad vəziyyətə düşmüş vətəndaşlar da millət vəkilinə müraciət ediblər. Seçicilər bir neçə məhəllədə elektrik enerjisinin verilməsində yaranan problemlər və sosial yardımlarla bağlı da fikirlərini bildiriblər.

Jalə-ƏliyevaMillət vəkili qaldırılan məsələləri dinləyərək, bəzi müraciətləri elə yerindəcə əlaqədar təşkilatlara bildirib. Bu məsələlərin həlli istiqamətində işlər görülüb. Digər məsələlərlə bağlı ərizələr qəbul olunub. Jalə Əliyeva səsləndirilən problemlərin araşdırılacağını və həll ediləcəyini bildirib.

Seçicilərlə görüş Azərbaycan xalqının tarixi yaddaşına milli qürur günü kimi həkk olunmuş 20 Yanvar faciəsinin 23-cü ildönümünü ərəfəsində baş tutduğundan millət vəkili qəhrəmanlıq tariximizə yazılan şanlı səhifə haqqında məlumat verib. O, görüş iştirakçıları ilə fikir mübadiləsi apararaq həmin günün Azərbaycan xalqı üçün əhəmiyyətindən danışıb.

1 comment

  1. Hormetli, Jale xanim. Men elilem,işsizem, evliyem 1 qiz evladim var. Bizim veziyyetimiz cox acinacaqlidir. Menim ayliq gelirim 38 manatdir, onun da 30 manatini qaldiqim evin kirayesine verirem. Sizden xahis edirik ki, bize evle baqli komeklik edesiniz.
    Elaqe telefonum: 051 796 48 96

Comments are closed.