Diaqnozu həmişə düz çıxan kardioloq

0
42
Zərdab Rayon Mərkəzi Xəstəxanasının kardioloqu Abdulla Abdullayev
Zərdab Rayon Mərkəzi Xəstəxanasının kardioloqu Abdulla Abdullayev

Son illər ölkəmizdə ürək damar xəstəlikləri geniş yayılıb. Bəs bu xəstəlikdən qorunmaq mümkündürmü? Ürək damar xəstəliklərinin qarşısını almaq və bunun infarktla nəticələnməməsi üçün nələrə diqqət etmək lazımdır? www.zerdab.com saytının bununla bağlı sualını Zərdab Rayon Mərkəzi Xəstəxanasının kardioloqu Abdulla Abdullayev cavablandırıb. Abdulla Abdullayevin cavabını olduğu kimi təqdim edirik: “Düzgün qidalanmaya riayət edilməsi, əmək fəaliyyəti ilə məşğul olmaq, vaxtlı-vaxtında həkim müayinəsindən keçmək infarktın qarşısını ala bilər. Bundan əlavə, təkrar infarkt üçün risk faktorları var. Məsələn, bir adam infarkt keçirir, ancaq diqqət göstərmir və müəyyən müddətdən sonra təkrar infarkt keçirir. Təkrar infarkt üçün risk faktorlarına hipodenamiya, yəni az hərəkətlilik, piylənmə, şəkər xəstəliyi, həddindən çox siqaret çəkmək və s. aiddir. Bu cür xəstələr qanda xolesterinin artmaması üçün yağlı ətlərdən hazırlanmış qidalardan çəkinməli, əsəb sistemlərini qorumalı, təzyiq varsa, onu nəzarətdə saxlamalıdırlar. Bundan əlavə, stress və ağır fiziki işlə məşğul olmaq da infarktla nəticələnə bilir. Ona görə də infarkt xəstələri mütləq dispanser müşahidəyə götürülməli və həkim nəzarətində saxlanılmalıdırlar”.

www.zerdab.com

Kardioloq Abdulla AbdullayevAbdulla AbdullayevAbdulla Abdullayev