Yanvarın 13-də Zərdab rayonunda intihar hadisəsi baş verib. www.zerdab.com saytına verilən məlumata görə, hadisə rayonun Lələağacı kəndində baş verib. Belə ki, kənd sakini, 21.03.1969-cu il təvəllüdlü, ruhi xəstə Məmmədova Vəfa Ənvər qızı intihar edib. Kənd sakinlərinin www.zerdab.com saytına verdikləri məlumata görə, onun cəsədi saat 15:00 radələrində həyətlərindəki tövlədə, asılmış vəziyyətdə tapılıb. Hazırda faktla bağlı araşdırma aparılır.
www.zerdab.com