Zərdab rayon Tarix Diyarşünaslıq Muzeyində XVIII əsrə aid küp

1
69

su küpüTarixi eksponatlarla zəngin olan Zərdab rayon Tarix Diyarşünaslıq Muzeyində XVIII əsrə aid küp saxlanılır. Bu barədə www.zerdab.com saytına eksklüziv açıqlamasında muzeyin direktoru Şahnaz Mustafayeva məlumat verib. Şahnaz Mustafayeva bu küpün muzeyə daxil olan sonuncu eksponat olduğunu vurğulayıb. Onun sözlərinə görə, bu küp Zərdab rayonunda uzun illər ərzində qorunaraq günümüzə gəlib çatıb: “Nəsildən nəsilə ötürülmüş bir küpdür. Deyilənə görə, vaxtilə bu küpün içərisində su saxlanılarmış. İlkin ehtimallara görə, bu eksponat XVIII əsrə aiddir”.

Qeyd edək ki, Zərdab rayon Tarix Diyarşünaslıq Muzeyi 1984-cü ildən fəaliyyət göstərir. 9 bölmədən ibarətdir.

www.zerdab.com

1 comment

  1. Bele bir sey bizdede var. ama lap kicikdi. qulpu da var. men lap balaca olanda atam gətirmisdi eve. hardasa yer qazanda tapmisdilar.

Comments are closed.