Zərdab rayonunun ərazisi neft – qaz ehtiyatı ilə zəngindir. Geologiya-mineralogiya elmləri doktoru, professor R. R. Rəhmanovun kitabında bu haqda geniş məlumat verilmişdir. Kitabda qeyd edilir ki, Zərdab rayonu ərazisində aparılmış geoloji-geofiziki və axtarış-kəşfiyyat işlərinin nəticəsi olaraq 1971-ci ildə ərazinin dərin qatlarında quyular qazılmışdır. Zərdab ərazisində qazılmış 3 saylı quyu 4175-4225 metr dərinlikdə orta Eosen çöküntülərindən (terrigen – karbonat – tufogen qatından) quyuların mənimsənilməsi zamanı quyu fontan vuraraq gün ərzində 420 ton neft vermişdir. 1971-1990-cı illər ərzində Zərdab geoloji ərazisində 13 axtarış-kəşfiyyat quyuları qazılmışdır. Lakin müxtəlif səbəblərdən işlər dayandırılmışdır. www.zerdab.com-un xəbərinə görə, yaxın dövrlərdə həmin ərazidə təkrar kəşfiyyat işlərinin aparılması planlaşdırılır. Qeyd edək ki, sözügedən ehtiyatlar rayonumuzun əsasən mərkəz və cənub-şərq hissəsində cəmlənib.
Allah qoysa yaxwi olar.neftin cixmaginin Zerdaba mueyyen tesiri olacag…
Comments are closed.