Bir neçə gündür Pərviz qardaşımızın itkisinin (Soltanovun) kədəri içindəyik. İçindəyik ona görə yazıram ki, bu ağrılı günlərdə özümü onun ailəsindən, ağbirçək anasından ayrı tutmaq istəmirəm. Deyirlər axı, sevinc paylaşdıqca çoxalır, kədər paylaşdıqca azalır…
Soltanov Pərviz Zabit oğlu barəsində bir neçə gün öncə qəzetimizdə geniş bir yazı dərc olunmuşdu. Yazıda Pərvizin həyat yolu barədə geniş məlumat vermişdik. Bildirmişdik ki, fəxr ediləsi, istedadlı gənclərdən olan Pərviz ali təhsilini Türkiyədə Orta Doğu Texnik Universitetində, magistratura təhsilini Macarıstanda – Mərkəzi Avropa Universitetində alıb. Doktorantura təhsilini isə Amerikada – Texas Universitetində almaq istəyirdi. Lakin qəfil xəstəliyə – xərçəngə tutulması onun planlarının yarımçıq qalması ilə nəticələndi. Bir neçə gün idi səhhətinin ağırlaşması səbəbindən Bakıya gətirilmişdi, Mərkəzi Klinikanın Reanimasiya şöbəsində müalicə olunurdu. Yaxınları onun son arzusunun Ramil Səfərovla görüşmək olduğunu bildirmişdilər. Qardaşı, Elnur Soltanovla görüşüb bu barədə qəzetimizdə geniş bir yazı dərc etdik. Məlum oldu ki, Pərvizin Ramil Səfərovu arzulaması səbəbsiz deyilmiş. Belə ki, Pərvizin Macarıstanda magistratura təhsili aldığı illər Ramil Səfərovun bu ölkədə məhkəməsi keçirilən dövrə düşüb. O, məhkəmə prosesində Ramil Səfərovla görüşüb, ona dəstək olurmuş. Həmin dövrdə məhkəmə ilə bağlı məqalələr yazdığı, araşdırmalar apardığı üçün Pərviz Soltanova ermənilər tərəfindən təzyiqlər göstərilirmiş.
Yazı qəzetimizdə dərc ediləndən sonra böyük rezonansa səbəb oldu. Hər kəs düşünürdü ki, görəsən, Ramil Səfərov Pərvizi ziyarətə gələcəkmi. Əlbəttə, hər kəs Ramildən müsbət xəbər gözləyirdi. Elə də oldu – Ramil Səfərov gəldi. Amma o gələnədək artıq Pərviz əbədiyyətə qovuşmuşdu. Özü də nə az, nə çox – düz 15 dəqiqə öncə.
Pərvizin qardaşı Elnur müəllim qəzetimizə açıqlamasında həmin günü belə nəql etdi: “Səhər tezdən mobil telefonuma zəng gəldi. Danışan şəxs dedi ki, Ramil Səfərovam, Pərvizlə bağlı yazılan məqaləni oxumuşam və xəstəxanada onu ziyarət etmək istəyirəm, nə vaxt gəlsəm, uyğun olar. Bildirdim ki, səhər 9-dan axşam 21-dək buradayıq və istədiyiniz vaxt gələ bilərsiniz. O, gün ərzində zəng vurub, gələcəyi vaxtı deyəcəyini söylədi. Axşamüstü 17:20-də zəng vurub: “6-da xəstəxanadayıq”,-dedi. Ramillə danışandan sonra Pərvizin həkimi zəng vurdu, onda biz anamla yolda idik və xəstəxanaya gedirdik. Həkim bildirdi ki, Pərviz özünü narahat hiss eləyir, sakitləşdirici, yuxugətirici dərman verməliyik. Razılaşdıq. Saat 17:40-da həkim yenidən zəng vurdu və bizim üçün çox acı bir xəbər verdi: Pərviz vəfat edib. Elə maşındaca bunu anama dedim”.
Pərvizin yaxınları xəstəxanaya çatdıqdan 15-20 dəqiqə sonra Ramil Səfərov yenidən zəng vurur və artıq klinikanın həyətində olduğunu söyləyir: “Ramil heç nədən xəbərsiz gəlirdi. O, Pərvizin vəfat etməsindən xəbərsiz idi. Anam Ramilin gəlişinə dözə bilmədi və hönkür-hönkür ağladı. Ramil Pərvizin vəfat etdiyini biləndə çox kədərləndi. Amma onun gəlişi anama təskinlik oldu. Ramil anama təsəlli verdi, əllərindən öpdü”.
Qardaşı Elnur müəllim deyir ki, Pərviz əsl vətənpərvər idi. Yəqin Ramil Səfərov bunu bildiyi üçün ona öz imzası olan kitabını hədiyyə gətirmişdi: “Ramil Səfərov dedi ki, Pərvizin onu görmək istəməsi barədə məqaləni ona xanımı təqdim edib. Ramil bu məqaləni oxuyandan sonra Pərvizi ziyarət etmək qərarı verib. Ancaq demək ki, qismət belə imiş. Vəfat etməsinə baxmayaraq, Ramil Pərvizlə də sağollaşdı, belə deyək, bir növ halallaşdı və onun üçün gətirdiyi kitabı bizə təqdim etdi. İndi o kitab Pərvizdən və Ramildən yadigar kimi evimizin ən gözəgəlimli yerinə qoyulub”.
Belə… Biz də Pərviz qardaşımıza Allahdan rəhmət diləyirik. O və etdiyi yaxşılıqlar heç bir zaman unudulmayacaq. Yazımızı Pərvizin uşaqlıq və gənclik dostu – Fəqan Rüstəmovun fikirləri ilə yekunlaşdırmaq istəyirik: “Pərviz hədsiz istiqanlı və vətənpərvər idi. Elmə, təhsilə çox böyük maraq göstərirdi. Hədəfi bu sahədə böyük uğurlar qazanıb, bu yolla ölkəmizin adını ucaltmaq idi. Eyni yaşda idik və bizə əkiz qardaşlar deyirdilər. Pərvizin qəfil vəfatı, əlbəttə ki, Allahın qismətidir. Onun ömür yolu hər birimiz üçün nümunədir. Allah rəhmət eləsin”.
NİCAT İNTİQAM, ZAMAN QƏZETİ
http://zaman.az/az/newsDetail_getNewsById.action?newsId=46347
Яшады ПЭРВИЗИМИЗ, ИЗИН ГОЙДУ дуямызда, дозэммэди hагсызлыгларына дунянын, шам кими ичиндэн эриди корпэчэ баламыз!….. Балача иди, бир мэчлисдэ мэнэ каh эми, каh да дайы дейирди. Рэhмэтлик Забит муэллим кулуб деди: сеч бирин де,амма икисин дэ дейэ билэрсэн, эмидайы, бах белэчэ галдылар онлар мэним хатиримдэ, чаным гэдэр истэдийим hэмкэндлилэримиз…..Учалдараг hагг сэсини, узун гойду дунямызда. Корунэчэк даим йери, душэн корпэ диши кими, Яшады чунку дуняда, эсил икид киши кими! олса да ОНА минлэрин рэгбэти, Йетсин дадына РАhИМИ-РЭhМАНЫН МИН, МИН РЭhМЭТИ!!!
Nə idi günahım, sən ey yaradan. Bir gün görməyə vermədin aman. Min cür əziyyətlə canımı aldın. Tez deyilmi, məni məzara saldın. Nə arzuma çatdım, nə kama yetdim. Ömrümü ölümə tez fəda etdim.
Ей киди дуня, йыхдын кор нечэ икиди дуня.., Ей дади – бидад Эрдэбил(рэhмэтлик атам дейэрмиш), Йыхдын, сурудун бизи, hамы билди, сэн дэ бил!!! Нэ гэдэр дэрд кэлсэ бизэ “сэбэбкары” ДУНЯДЫ, НЭ ГЭДЭР дэрд кулсэ бизэ, “сэбэбкары ДУНЯДЫ. БЭС КИМДИ ДЭРДЛЭРИ ДУНЯЯ ВЕРЭН?! БЭС КИМДИ ДУНЯНЫН ДЭРДЛЭРИН КОРЭН?! БЭС КИМДИ ДУНЯНЫН КУНАhЫН ДУЯН, БЭС КИМДИ ДУНЯНЫН КУНАhЫН ЮЯН?!
Урэйимдэн дамарыма ахан гара гэтрэ ганым, СЭНИ АГЛАР ПЭРВИЗИМ!!! Дэрд элиндэн чаш-баш галмыш, языг чаным, СЭНИ АГЛАР ПЭРВИЗИМ!!! Ийрими ил мэн чэкмишэм корпэ бала h’эсрэтини, Ийрими ил котурмушэм, бахышларын миннэтини, Ийрими ил мэн кэсмишэм “кишилэрин” гейбэтини, Ийрими ил сейр етмишэм йухуларда чэннэтини, Эзэмэтим!!!
Onun yarimciq heyat hekayesi.
Pervizin haqqinda,kitablara bele sigmayacaq qeder danisa bilerem.1997-ci ile qeder bizi(Pervizin orta mektebi bitirdiyi il)biri birimize baglayan unudulmaz usaqliq ve genclik illeri xatirelerimiz bunu demeye esas verir.Yalniz bizi 1997-2012 -ci iller(Pervizin tehsil almaq ucun xarice getmesi)ayirdi.Bu muveqqeti ayriliqin sonu gelmemis bizi ebedi ayriliq qarsiladi.Tesadufi deyil ki,Pervizle menim dogum gunum eyni ile eyni aya tesaduf edir.Biz qardas oldugumuzu sanirdiq.Indi onun haqqinda danismaq mene ne qeder cetin olmagini asanliqla basa dusmek olar.Eziz oxucular Perviz haqqinda bu qisa fikirlerimi sizlere agir uzuntu hislerimle chatdiriram.Pervizin Turkiyede, Macaristanda,Amerka birlesmis statlarinda oyrenci oldugu illeri onun,yaradici illeri kimi de hesab etmek olar.Hec subhem yox idi ki,Perviz gelecekde veteni Azerbaycan ucun,onemli bir sexsiyyete cevrilecekdi amma cox teessub bu bele olmadi.Amansiz xestelik buna imkan vermedi.Men qardasimi itirdim.Artiq biz Pervizi xatirelerimizde yasadacagiq.Ailemizin dostlarinin umumi Perviz sevenlerin basi sag olsun.ALLAH REHMET ELESIN.://
Əzizim, ana ağlar,
Balasız yanar ağlar.
Basar şəklin qoynuna,
İntizar sinə dağlar.
Йад аглар, нашы аглар, Козлэрин йашы аглар, Бир евдэн чаван кедэ, Дамдакы дашы аглар!!!
Əzizim bala dagı. Bürüyüb bala dagı. Hər yara sagalsa da. Sagalmaz bala dagı
Sen saydiqini say.gor felek ne sayir. Qeder bu imiw.Allah rehmet etsin.Amin.
gebri nurla dolsun. emioglunun anasina,gardaslarina Dilkase elece de hamimiza sebr versin Zabit emiye de allah rehmet elesin sene de boyuk tesekkur Nicat
аглар сэни шэhэрим, кэндлэрим аглар сэни, яхын гоhум, гэбэлэм, кэнчлэрим аглар сэни!
сачларыны йоланым, чичэк кими соланым, чаным, олан, галаным, динчлэрим аглар сэни!
сэлэр, дулар одланыб, чаhарлар паhраланыб, шешлэрим аловланыб, пэчлэрим аглар сэни!
чанын вэтэнэ верэн, кечэни кундуз корэн, душмэнэ синэ кэрэн, сэнкэрим аглар сэни!
гэлб охуян айнадан, гара ганлар гайнадан, кедиши даг ойнадан, лэнкэрим аглар сэни!
hагдан салам кэтирэн, арзу, мурад битирэн, короглулар йетирэн, чэнклэрим аглар сэни!
Zerdabin merd oqulu
Catlar ananin baqri
Qaldi baladan ayri
Zerdabim aqlar seni
из гоян ад, саныйнан, йер суваран ганыйнан, видалашан чаныйнан, тэнклэрим аглар сэни!
hэсрэтлэр бойнун эйэн, дэрдлэрдэн дэрдэ дэйэн, кэлмэйнэн лай-лай дейэн, лэнклэрим аглар сэни!
ал, яшылым сарайа, агым, сарым hарая?! бурунэрэк гарайа, рэнклэрим аглар сэни!
Analar anar aglar. Saçların yolar aglar. Dönər ag göyərçinə. Yoluna qonar aglar.
Allah rehmet elesin .cox pis oldumm . ruhu shad olsunnnnnn
aglayanlara teselli ,gulenlere sevinen Pervizim ,hardan axtaraq seni? soraq verenin kimdi? axtaririq ,tapmaq istiyirik yuxusuz Gecelerde,qus tek ucan xeyallarda…hardasan?
heyif yerlerer sigmadin ,goylere cekildin.hayif senden, hayif…
ele bilirem qollarim sinib, gozlerim kor olub….fikirlesirdim,Perviz ozu durub her sheyden kechmisde olan kimi danisacaq,”ay seniii.Yaman qorxdum.Amma yaxshi qurtuldum.”-deyecek…Amma…
))axirinci defe dayimi 2009da amerikaya gedende gordum.allah rehmet elesin.o qebirde tek yatmir,qebir qazilanda cenazenin yanina qizilgul atdim.Neynek?
ALLAX rexmet elesin gebri nurla dolsun
Comments are closed.