Səhiyyə Nazirliyinin təşəbbüsü ilə “Sağlam həyat uğrunda” devizi altında keçirilən səhiyyə aylığı çərçivəsində Respublika Elmi Tədqiqat Kardiologiya İnstitutunun səyyar həkim briqadası Zərdab rayonuna ezam olunub. www.zerdab.com saytına verilən məlumata görə, yüksək ixtisaslı tibb mütəxəssisləri Mərkəzi Rayon Xəstəxanasında əsəb və ürək xəstəliklərindən əziyyət çəkən sakinləri müayinə ediblər. 200-dən artıq xəstə müayinə edilib. 10 nəfərin yerli xəstəxanada, 8 sakinin isə Bakı şəhərində müalicəsinin davam etdirilməsi məsləhət bilinib. Qeyd edək ki, səhiyyə aylığı çərçivəsində Zərdab Rayon Mərkəzi Xəstəxanasında tərkibi terapevt, pediatr və ginekoloq həkimlərdən ibarət 3 səyyar briqada yaradılıb. Dekabr ayının birinci yarısında tibb işçiləri rayon mərkəzində, Əlvənd, Şahhüseynli, Şəftəhal kəndlərində, məcburi köçkünlərin məskunlaşdığı Peşə Liseyində 2000-ə yaxın xəstəni müayinə ediblər. Ümumiyyətlə, əhaliyə daha keyfiyyətli tibbi xidmət göstərmək məqsədilə Rayon İcra Hakimiyyətinin təşkilatçılığı altında Topçubaşov adına Elmi-Cərrahiyyə Mərkəzinin Göz Xəstəlikləri və Hematologiya İnstitutlarının səyyar həkim briqadaları Zərdabda bir neçə dəfə humanitar aksiyalar keçiriblər.
Sevinc Abbasova
masallah.cox saq olsunlar.allah razi olsun.milletimize cox xeyri var
Comments are closed.