Yevlax sakini Zərdabda narkotik satırmış

2
53

Zərdab rayon Polis şöbəsinin apardığı əməliyyat tədbirləri nəticəsində şərti alıcıya 1 kq 300 qr narkotik vasitə olan qurudulmuş marixuananı 7000 manata satan Yevlax rayon sakini Rəşad Həsənov elə iş başında yaxalanıb. Saxlanılan şəxsin sözlərinə görə, o, narkotik vasitəni balıq tutmağa gedərkən Kür çayı boyunca yerləşən meşədən tapıb. Ancaq Zərdab Rayon Polis Şöbəsinin Cinayət – axtarış bölməsinin rəisi Məsud Rəhimovbildirib ki, əslində Rəşad Həsənov bir neçə ildir ki bu ticarətlə məşğul imiş. Faktla bağlı Zərdab Rayon Polis Şöbəsində CM-nin 234.4.2 və 234.4.3 maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.

2 ŞƏRH

  1. Məlumat düz olsa da qeyd edim ki, əməkdaşın vəzifəsini səhv vermisiniz. Polis mayoru Məsud Rəhimov Cinayət – axtarış bölməsinin rəisi deyil, İstintaq qrupunun baş müstəntiqidir.

Comments are closed.