Zərdab rayonunda yanğın hadisəsi baş verib. Fövqəladə Hallar Nazirliyinin (FHN) Zərdab rayon Yanğından mühafizə hissəsinin məlumatına görə, hadisə gecə saatlarında rayonun Gəlmə kəndində qeydə alınıb. Kənd sakini, 1965-ci il təvəllüdlü Əhədov Sədyar Fikrət oğluna məxsus, ümumi sahəsi 140 kvadratmetr olan birmərtəbəli, 3 otaqlı evdə baş verən güclü yanğının söndürülməsinə 2 yanğınsöndürən maşın və canlı qüvvə cəlb olunub. Yanğının miqyasının daha böyük olması səbəbindən əlavə olaraq qonşu Ağcabədi rayonundan 1 yanğınsöndürən maşın da çağırılıb. Evin yanğın başlayan otağı və çardaq hissəsi tamamilə yanıb. Yanğının digər 2 otağa keçməsinin qarşısı alınıb. İlkin ehtimala görə, yanğın otaqda olan odun sobasından başlayıb. Faktla bağlı araşdırmalar davam edir.
www.zerdab.com
allah komek dursun qisda cetindir allah yardimciniz olsun
Comments are closed.